2017-03-31 08:55:19 | MƏDƏNİYYƏT
Misir mətbuatı azərbaycanlıların soyqırımından yazıb

.

Azərbaycanın Misirdəki səfirliyinin 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanatı bu ölkənin “Yaxın Şərq” rəsmi xəbərlər agentliyi, nüfuzlu “Əl-Cumhuriyyə”, “Masress” və “Moheet” qəzetləri tərəfindən yayılıb.

Bəyanatda xalqımızın tarixində baş vermiş soyqırımı aktlarından, Azərbaycan torpaqlarının 1813-cü il “Gülüstan” və 1828-ci il “Türkmənistan” müqavilələri əsasında parçalanmasından, Azərbaycan xalqının öz tarixi torpaqlarından qovulmasından danışılır, 1918-ci ilin martında ermənilər tərəfindən törədilmiş soyqırımı haqqında geniş məlumat verilir.

Sənəddə Birinci Dünya müharibəsinin sonlarında baş vermiş hadisələrdən və Rusiyadakı bolşevik inqilabından yararlanan ermənilərin 1918-ci ilin 31 mart axşamı Bakıda və digər şəhərlərdə azərbaycanlılara qarşı törətdikləri soyqırımı, İslam abidələrini və ibadət ocaqlarını yandırdıqları, şəhərləri viran qoyduqları barədə məlumatlar əksini tapıb. Bəyanatda, həmçinin 1905–1907-ci illərdə çar Rusiyasının hakim dairələri tərəfindən himayə olunan və istiqamətləndirilən erməni millətçilərinin azərbaycanlılara qarşı apardığı etnik təmizləmə, genişmiqyaslı qətllər və vəhşiliklər də barədə məlumatlar da yer alıb.

1918-ci ildə Azərbaycan Demokratik Respublikasının yaranmasından sonra Nazirlər Kabineti tərəfindən xüsusi komissiya yaradıldığı, həmin ilin martında baş vermiş hadisələrin və törədilmiş cinayətlərin araşdırıldığı, 1919-1920-ci illərdə 31 mart gününün ölkədə milli matəm günü kimi qeyd olunduğu vurğulanıb.

Bildirilib ki, 1920-ci ildə Qafqazın şimalında baş verən dəyişikliklərdən istifadə edən ermənilər Azərbaycan torpaqlarını Ermənistan Sovet Sosialist Respublikasına birləşdirib, 1948-1953-cü illərdə 150 min azərbaycanlı həmin torpaqlardan çıxarılıb.

1992-ci ildə Ermənistan ilə Azərbaycan arasında münaqişənin həlli üçün ABŞ, Fransa və Rusiyanın həmsədrlik etdikləri Minsk qrupunun vasitəçiliyi ilə sülh danışıqlarının başlanması və 20 ildən çox davam etməsi barədə məlumat verilib. Vurğulanıb ki, Ermənistanın nümayiş etdirdiyi qeyri-konstruktiv mövqe səbəbindən sülh danışıqları heç bir nəticə verməyib. İşğalçı dövlət BMT Təhlükəsizlik Şurasının münaqişənin həlli ilə bağlı qəbul etdiyi qətnamələrə məhəl qoymur. (AZƏRTAC)

 

 

Baxış sayı : 1413
Mətbuat Şurasının yeni sədri: “Azərbaycan mediasının saflaşması uğrunda mübarizə aparacağıq” Mədəniyyət Nazirliyi “Qarabağın tarixi” mövzusunda qısa videoçarxlar müsabiqəsi elan edib “Səfirliklərimizə hücum edənlərin tapılıb cəzalandırılmasını tələb edirik” Azay Quliyev Helsinkdə ATƏT-i tənqid etdi, erməni təxtibatlarından danışdı Ermənilərin Xocalı istiqamətində basdırdığı tələ-mina aşkarlanıb Rusiyanın şok itkiləri açıqlanıb Ermənistan cinayət törətmiş şəxsləri məsuliyyətə cəlb etmək üçün heç bir tədbir görmür “Əl Cəzirə” telekanalı Ermənistanda Azərbaycana məxsus mədəni abidələrinin dağıdılması ilə bağlı reportaj yayımlayıb QHT Agentliyinin dəstəyilə regionlarda maarifləndirmə işi davam etdirilib Türkiyə Prezidenti: Pelosinin məlum səfəri ilə Qafqazdakı proseslərə zərbə vurmağa nə gücü, nə də imkanı var Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsinə Ermənistanla bağlı məktub göndərib İki qurum arasında müqavilə imzalanıb QHT yeni layihəyə start verdi Avropa İttifaqı Rusiya rəhbərliyinə qarşı yeni sanksiyalara hazırlaşır Birinci vitse-prezident Mehriban Əliyeva Laçından video paylaşıb Erməni təxribatının qarşısını alarkən xəsarət almış hərbçilərin əlillik üzrə əyani müayinələrinə başlanılıb Azay Quliyev QHT Agentliyinin iclasını keçirdi Azərbaycan Prezidenti Ermənistana xəbərdarlıq edib "Kiberhücumların sayı artıb" “Qanları ilə dastan yazanlar” layihəsinin icrasına başlanılıb UNESCO-nun mənzil qərargahının qarşısında Qərbi Azərbaycanın tarixi və mədəni irsinin dağıdılmasını əks etdirən aksiya keçirilir “Qəhrəmanlıq salnaməsinin Elşən Səfərov zirvəsi” adlı layihənin icrasına başlanılıb. Milli QHT Forumunun prezidenti: Azərbaycan təxribatlara həmişə qətiyyətlə cavab verəcək Azərbaycanın xarici ölkələrdəki səfirliklərinə qarşı erməni icmaları tərəfindən törədilmiş vandalizm aktlarına dair Azərbaycan QHT-lərinin BƏYANATI