QHT və MEDİA
A- A A+

"Biz, soyqırım və terrorra yox deyirik!"adlı sənədli filmin çəkilişləri davam edir

2017-01-21 21:35:05

Layihə

Azərbaycan Respublikası "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin layihəsi əsasında "Biz, soyqırım və terrora yox deyirik!"adlı sənədli film çəkilir. Filmin layihə rəhbəri bu Təşkilatın rəhbəri, "Tərəqqi"medalının mükafatçısı Şamil Sabiroğlu, ssenari müəllifi Respublikanın Əməkdar jurnalisti Zərnişan İnqilabqızı, rejissor Nazim Məmmədov, layihə rəhbərinin köməkçiləri Ayna Allahyarqızı və Şamilə Şamilqızıdır. Sənədli film Respublika Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə istehsal olunur.
Film dünyada soyqırım və terrorla mübarizəyə həsr olunub. Yanvarın 21-də filmin növbəti çəkilişləri başlandı.Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, tarix elmləri doktoru, Professor Vəli Əliyev, Azərbaycan Tibb Universitetinin İnsan Anatomiyası Kafedrasının əməkdaşı, Tibb elmləri doktoru, Professor Mübariz Allahverdiyev, Azərbaycanın Milli Qəhrəmanı Səfiyar Behbudovun bacısı, "Qürur"Şəhid Ailələri Xeyriyyə İctimai birliyinin sədri Naibə Behbudova, "Yeni Yurd"Sosial İnkişaf ictimai birliyinin sədri Mahirə Əsədova, "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" ictimai birliyinin sədri, Milli Məclisin deputatı Qənirə Paşayeva çıxışında bütün tərəqqipərvər dünyanı terror və soyqırımla mübarizəyə səslədilər.
Sənədli filmdə Türkiyənin Azərbaycana yeni təyin edilmiş Səfiri Erkan Özoral, habelə, soyqırıma məruz qalmış bir neçə Xocalı sakini də müsahibə verəcək.
Filmin təqdimatının bu il fevralın 2-ci ongünlüyündə Bakıda, daha sonra isə Türkiyə, Almaniya və Fransada təşkil ediləcəyi planlaşdırılıb.
Şamilə Şamilqızı
Fact-info.az

 

 


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 1361

QHT və MEDİA

2020-06-06 10:20:15

QHT və MEDİA
“İngiltərənin geosiyasi maraqlarında “er...
“İngiltərənin geosiyasi maraqlarında “er...

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü...

2020-06-05 16:35:29

QHT və MEDİA
Ermənilərin soydaşlarımıza qarşı törətdi...
Ermənilərin soydaşlarımıza qarşı törətdi...

Demokratik cəmiyyət quruculuğu yolunda sürətlə irəliləyən, sosial-iqtisadi sa...

CƏMİYYƏT

2020-06-04 18:35:30

CƏMİYYƏT
Ekoloji təhlükəsizlik siyasəti
Ekoloji təhlükəsizlik siyasəti

Əvvəl "Ekoloji təhlükəsizlik" nədir sualına aydınlıq gətirməyə çalışaq. Ekolo...

2020-06-03 08:40:48

CƏMİYYƏT
Azərbaycan Ordusu - 102
Azərbaycan Ordusu - 102

“Danışıqlar öz yerində, ancaq indi dünyada siz də yaxşı görürsünüz ki, güc a...

İQTİSADİ

2020-05-29 09:30:52

İQTİSADİ
Azərbaycan postpandemiya dövründə biznes...
Azərbaycan postpandemiya dövründə biznes...

Dünyanın aparıcı şirkətlərinin Azərbaycana marağı artmaqdadır. Hətta pandemiy...

2020-05-15 10:35:56

İQTİSADİ
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...

Azərbaycan Qafqaz regionundan keçən Avrasiya nəqliyyat marşrutlarının inkişaf...