SİYASƏT
A- A A+

İsveç ictimaiyyəti Ermənistan-Azərbaycan münaqişəsi barədə məlumatlandırılıb

2016-12-06 08:25:44

İsveçdə fəaliyyət göstərən “Swazco İsveç-Azərbaycan Şurası” diaspor təşkilatı Stokholmda “Qafqaz - geosiyasi dolaşıqlıq” mövzusunda seminar keçirib

Seminarın məqsədi Qafqaz regionunda mövcud olan müxtəlif etnik qruplar, dillər və münaqişələr barədə yerli ictimaiyyətin nümayəndələrinə məlumat vermək olub. 
Tədbiri açan “Swazco İsveç-Azərbaycan Şurası”nın sədri Dəniz Lətifi rəhbərlik etdiyi təşkilatın gördüyü işlərdən söz açaraq bildirib ki, “Swazco”nun məqsədi İsveç və Azərbaycan cəmiyyətləri arasında əlaqələri inkişaf etdirmək, İsveç vətəndaşlarının ölkəmiz haqqında biliklərini artırmaqdır. 
Stokholmda fəaliyyət göstərən Baltik və Şərqi Avropa Araşdırmalar Mərkəzinin professoru Tomas Lunden Qafqaz regionunun tarixi inkişaf yolundan, etno-coğrafi, din və dil fərqliliklərindən danışıb. 
Stokholm Universitetinin siyasi elmlər üzrə doktoru Fərəc Quliyev çıxış edərək Qafqaz regionundakı münaqişələr haqqında söz açıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə danışan F.Quliyev azərbaycanlılara qarşı aparılan etnik təmizləmə siyasəti ilə bağlı məlumat verib. Azərbaycan ərazisinin bir hissəsinin erməni işğalı altında olduğunu seminar iştirakçılarının diqqətinə çatdıran Stokholm Universitetinin siyasi elmlər üzrə doktoru bu vəziyyətin bütün regionun inkişafına mənfi təsir etdiyini söyləyib. Bildirib ki, yürütdüyü təcavüzkar siyasətin nəticəsində Ermənistan regionda həyata keçirilən iri iqtisadi və nəqliyyat layihələrindən kənarda qalıb.
F.Quliyev Azərbaycanın regionun bütün ölkələri ilə dostluq və tərəfdaşlığa əsaslanan əlaqələrinin olduğunu vurğulayıb. O, əhalisinin əksəriyyətinin müsəlman olmasına baxmayaraq, Azərbaycanın İsrail ilə yüksək siyasi və iqtisadi əlaqələr yaratdığını deyib, ölkəmizin habelə Türkiyə və Rusiya ilə də strateji əlaqələrinin olduğunu diqqətə çatdırıb.
Daha sonra seminar diskussiya formasında davam edib.Tədbirin sonunda “Swazco” təşkilatının rəsmi internet səhifəsi təqdim olunub. Seminarda İsveç ictimaiyyətinin nümayəndələri, habelə Azərbaycan və türk diaspor fəalları iştirak ediblər.(AZƏRTAC)

 

 

 

 


Kateqoriya : SİYASƏT Baxış sayı : 1000

QHT və MEDİA

2020-06-06 10:20:15

QHT və MEDİA
“İngiltərənin geosiyasi maraqlarında “er...
“İngiltərənin geosiyasi maraqlarında “er...

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü...

2020-06-05 16:35:29

QHT və MEDİA
Ermənilərin soydaşlarımıza qarşı törətdi...
Ermənilərin soydaşlarımıza qarşı törətdi...

Demokratik cəmiyyət quruculuğu yolunda sürətlə irəliləyən, sosial-iqtisadi sa...

CƏMİYYƏT

2020-06-04 18:35:30

CƏMİYYƏT
Ekoloji təhlükəsizlik siyasəti
Ekoloji təhlükəsizlik siyasəti

Əvvəl "Ekoloji təhlükəsizlik" nədir sualına aydınlıq gətirməyə çalışaq. Ekolo...

2020-06-03 08:40:48

CƏMİYYƏT
Azərbaycan Ordusu - 102
Azərbaycan Ordusu - 102

“Danışıqlar öz yerində, ancaq indi dünyada siz də yaxşı görürsünüz ki, güc a...

İQTİSADİ

2020-05-29 09:30:52

İQTİSADİ
Azərbaycan postpandemiya dövründə biznes...
Azərbaycan postpandemiya dövründə biznes...

Dünyanın aparıcı şirkətlərinin Azərbaycana marağı artmaqdadır. Hətta pandemiy...

2020-05-15 10:35:56

İQTİSADİ
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...

Azərbaycan Qafqaz regionundan keçən Avrasiya nəqliyyat marşrutlarının inkişaf...