İQTİSADİ
A- A A+

BMT Milli Strategiyanı dəstəkləyir

2016-10-06 09:55:21

BMT İnkişaf Proqramı (BMTİP) Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair 2017–2020-ci illər üçün Milli Strategiya”nın təsdiqini dəstəkləyir

BMT-nin Azərbaycan nümayəndəliyindən AZƏRTAC-a bildiriblər ki, BMTİP rezident nümayəndəsi Qulam İshaqzai hökumətlə əməkdaşlığın qarşıdakı beş il ərzində gücləndirilməsində Milli Strategiyanın rolunu vurğulayaraq deyib: “Milli Strategiya bu sahədə islahatların aparılmasına təkan verməklə yanaşı, bioloji müxtəliflik və ətraf mühitin mühafizəsi üzrə proqram fəaliyyətlərində BMTİP ilə hökumət arasında əməkdaşlığın artırılmasına müsbət təsir göstərəcək. BMTİP bioloji müxtəliflik, həmçinin ekosistemin idarə edilməsində Qlobal Ekologiya Fondu, o cümlədən Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əməkdaşlığını davam etdirəcək”.

Bioloji müxtəliflik üzrə birinci Milli Strategiya və Fəaliyyət Planı həyata keçirildikdən sonra Azərbaycanda qorunan ərazilərin sahəsi 5 faizdən 11,3 faizə, meşə örtüyü sahəsi isə 11,4 faizdən 12,1 faizə qədər artıb. Azərbaycanda artıq səkkiz milli park təsis olunub və hazırda iki milli park yaradılır.

Azərbaycan hökuməti ikinci Milli Strategiyanı BMTİP ilə sıx tərəfdaşlıq çərçivəsində iki il müddətində hazırlayıb. Strategiyanın əsas məqsədi genetik resursların səmərəli istifadəsi, bioloji müxtəlifliyin müdafiəsi, ekoloji dayanıqlılığın təkmilləşdirilməsi, xüsusi mühafizə olunan ərazilərin yaradılması, bioloji müxtəlifliyə təsir edəcək risklərin azaldılması və bu sahədə cəmiyyətin maarifləndirilməsidir.

Təsdiq edilmiş Milli Strategiya Bioloji Müxtəliflik üzrə Konvensiya ilə sıx bağlıdır. Bu Konvensiya dünya ictimaiyyətinin dayanıqlı inkişafa olan öhdəliyi nəticəsində hazırlanıb və 1993-cü il iyunun 4-də 168 üzv ölkənin imzası ilə qəbul edilib. Azərbaycan Konvensiyaya 2000-ci ilin martında qoşulub.


Kateqoriya : İQTİSADİ Baxış sayı : 805

QHT və MEDİA

2019-09-14 07:20:13

QHT və MEDİA
Rövşən Rzayev: ATƏT-in Minsk qrupu qətiy...
Rövşən Rzayev: ATƏT-in Minsk qrupu qətiy...

Fact-info.az xəbər verir ki, bu fikirləri Qaçqınların və Məcburi Köçkünlərin ...

2019-09-13 08:15:56

QHT və MEDİA
“Xocalılı Ləfixanım” filminin təqdimatı ...
“Xocalılı Ləfixanım” filminin təqdimatı ...

Ailənin başçısı Salman Abbasov, onun həyat yoldaşı Bəsti, oğlanları Mərkəz və...

CƏMİYYƏT

2019-09-15 05:55:09

CƏMİYYƏT
“Unudulmayan tarix”i dünyaya xatırladan ...
“Unudulmayan tarix”i dünyaya xatırladan ...

Doğrudur,bir zamanlar bu faciələri xalqımızın qan yaddaşından silməyə çalışa...

2019-09-12 10:05:57

CƏMİYYƏT
Qaraçay xalqının deportasiyası haqqında ...
Qaraçay xalqının deportasiyası haqqında ...

Qaraçay-Çərkəz Respublikasının Çerkesk şəhərində Böyük Vətən müharibəsi illər...

İQTİSADİ

2019-09-10 10:05:40

İQTİSADİ
Ülvi Mehdiyev: “Xankəndidə, Şuşada “ASAN...
Ülvi Mehdiyev: “Xankəndidə, Şuşada “ASAN...

"Vəzifəmizdən, gördüyümüz işdən asılı olmayaraq biz hamımız bu dövlətin əsgər...

2019-09-07 08:05:53

İQTİSADİ
Strateji yol xəritələrinin icra vəziyyət...
Strateji yol xəritələrinin icra vəziyyət...

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Strateji yo...