TƏDQİQATLAR
A- A A+

Bu yolu biz özümüz müəyyən etmişik

2016-09-30 08:50:22

Referendum: Azərbaycan heç kimi təkrar etmir, onun öz yolu var!

Artıq 12-ci ildir ki, Azərbaycan bənzəri olmayan bir sürətlə inkişaf edərək, bölgənin həm iqtisadi və həm də siyasi güc mərkəzinə çevrilib və o, bu yolu bundan sonra da davam etdirmək əzmindədir. 

Bu yolun başlanğıcı ULU ÖNDƏR tərəfindən 1993-1994-cü illərdə qoyuldu və 1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edildi. Bundan sonrakı illərdə Azərbaycan müstəqilliyin başlanğıcında səriştəsiz idarəçilik nəticəsində düşdüyü  siyasi və iqtisadi kataklizmalardan düşünülmüş bir ssenari ilə çıxmağa üz tutdu. Düşünülmüş idarəçiliklə bu gün inkişafın ən yüksək səviyyəsinə gəlib çatmış Azərbaycanın həm iqtisadi və həm də siyasi durumunu o illərin iqtisadi, siyasi durumu ilə müqayisə etmək mümkün deyil. Bu illər ərzində Azərbaycan sadəcə inkişaf etməyib, o, sözün əsil mənasında inqilabi dönüşə nail ola bilib. İndi kimsə o dövrün iqtisadi, maliyyə göstəricilərini bu günün müvafiq göstəriciləri ilə müqayisə edə bilərmi? Belə müqayisə mümkün deyil. 

Görülən işlərə kölgə salmaq, hər işdə bir qara axtarmaq xislətindən xali olmayanlar bilməlidirlər ki, bu uğurlara kölgə salmaq mümkün deyil, çünki onları bütün dünya görür və təsdiq edir. Mükəmməl heç nə olmur. Bu qədər işlər görülürkən nöqsanlarsız da ötüşmək mümkün deyildi. Mühüm olan budur ki, nöqsanlar aşkarlandıqca onlar qətiyyətlə aradan qaldırılır. Bu yolda heç kimə güzəşt edilmir. Dövlət başçısının “heç kimin toxunulmazlıq statusu ola bilməz” çağırışı tam gücü ilə işləyir. Bu çox tədqirəlayiq bir haldır.

Bu gün Azərbaycan regionun əsas oyunçusuna çevrilib. O bölgənin ən qüdrətli iqtisadi və siyasi güc mərkəzi kimi özünün layiqli yerini tutub. Bu gün bölgədə Azərbaycanın iştirakı olmadan hər hansı bir transmilli layihənin reallaşması, hər hansı siyasi bir məsələnin həlli mümkün deyil. Bu gün Azərbaycan Avropanın on illər boyu yaşadığı enerji asılılığı probleminin həllində dönüş yaradacaq bir layihənin müəllifi kimi bütün dünyaya sözünü deyə bilir. Bu gün Azərbaycanın həm qərb, həm şərq, həm şimal və həm də cənub üçün əhəmiyyəti əvvəlkindən qat-qat böyükdür.

Bir sözlə bu gün Azərbaycan yaxın və uzaq güclərin çox böyük maraq dairəsində olan bir məmləkətdir. Qarşı tərəflər üçün onun təkcə təbii sərvətləri deyil, həm də coğrafi mövqeyi kifayət qədər əhəmiyyətlidir. Biz bütün böyük güclər üçün strateji maraq kəsb edən bir ölkəyik. Lakin bu bizə heç də həmişə istədiklərimizi vermir. Bizim öz maraqlarımız var. Biz güclü dövlət olmaq, Qarabağ savaşındakı uğursuzluqları bizə miras qoyanların səhvlərini düzəltmək, nümunəvi multikultural və tolerant bir məmləkət kimi, gücündən qabaritindən asılı olmayaraq hər kəsi özü ilə hesablaşdırmaq yolunu tutmuşuq. Bu yollu tutmaq və onunla uğurla irəliləmək, çox çətindir, ancaq şərəflidir. 

Bir baxın, bu gün Azərbaycanın da yerləşdiyi böyük regionda təmsil olunan ölkələr və bütövlükdə keçmiş Sovetlər Birliyinə aid olan ölkələr içərisində bir Azərbaycan öz neytral mövqeyini qoruyub saxlaya bilib. Qalan hər bir dövlət öz seçimini edib. Bu gün kimin hansı gücün yanında olduğu hər kəsə gün kimi aydındır. Biz isə heç kimin yanında deyilik. Bizim öz yolumuz var. Biz özümüz özümüzün yanındayıq. Bu yol çox ağır yoldur. Bu yolu aparan dövlət başçısı böyük siyasi iradə sahibidir. Bu yolun bundan sonra daha uğurla davam etdirilməsi ölkədə siyasi islahatları zəruri etdi. Heç şübhə yoxdur ki, sentyabr ayının 26-da Azərbaycan vətəndaşları öz hakimiyyətinin dayaqlarının möhkəmlənməsini, onun apardığı quruculuq işlərinin səmərəliliyini təmin etməyi hədəflənmiş siyasi islahatlara “HƏ” deyəcək!
Fikrət Yusifov
İqtisad elmləri doktoru, professor


Kateqoriya : TƏDQİQATLAR Baxış sayı : 1052

QHT və MEDİA

2019-09-19 08:35:00

QHT və MEDİA
Ülvi Mehdiyev: “Vətən sərhəddən başlayır...
Ülvi Mehdiyev: “Vətən sərhəddən başlayır...

"Könüllülük hərəkatının fəaliyyəti dövründə 600-ə yaxın layihə həyata keçiril...

2019-09-18 07:35:57

QHT və MEDİA
“Paşinyan Cənubi Qafqazı müharibəyə apar...
“Paşinyan Cənubi Qafqazı müharibəyə apar...

“Nikol Paşinyanın növbəti bəyanatı onu göstərir ki, artıq məsələ aydındır və ...

CƏMİYYƏT

2019-09-17 08:20:20

CƏMİYYƏT
Türkiyənin Təkaltı dağının zirvəsində Az...
Türkiyənin Təkaltı dağının zirvəsində Az...

Türkiyənin Tuzluca rayonunda yerləşən Təkaltı dağına doğru Azərbaycan-Türkiyə...

2019-09-15 05:55:09

CƏMİYYƏT
“Unudulmayan tarix”i dünyaya xatırladan ...
“Unudulmayan tarix”i dünyaya xatırladan ...

Doğrudur,bir zamanlar bu faciələri xalqımızın qan yaddaşından silməyə çalışa...

İQTİSADİ

2019-09-18 07:25:49

İQTİSADİ
Hikmət Hacıyev: "Azərbaycan türkmən qazı...
Hikmət Hacıyev: "Azərbaycan türkmən qazı...

Türkmən qazının idxalatçıları və ya Aşqabad tərəfindən təşəbbüs olarsa, Azərb...

2019-09-16 09:20:33

İQTİSADİ
“Yeni Əsrin müqaviləsi”nin imzalanmasınd...
“Yeni Əsrin müqaviləsi”nin imzalanmasınd...

Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” yataqlarının və “Gün...