2022-12-23 09:25:26 | CƏMİYYƏT
Etiraz aksiyası mübarizənin yeni dövrə qədəm qoyduğundan xəbər verir

Azərbaycan ərazilərində faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda təşkil olunan etiraz aksiyasına qarayaxma cəhdləri, vay-şüvən kampaniyası erməni mediasında daha da genişlənib. 

Əslində düşmən haqqı-ədaləti kənara atıb öz bəd niyyətini bildirməli idi. Bunu da ermənilər öz xislətlərinə uyğun formada edirlər. Təəssüf doğuran odur ki, bəzi dövlətlərin rəsmiləri də reallığı görməyərək erməni qarayaxmasına dəstək olurlar, Xankəndində ermələrin blokada da qaldıqlarını bildirirlər. 

Diqqətlə araşdıranda aydın olur ki, həmin xarici ölkə rəsmilərinin bəyanatları ədalətli olmasa da, neytrallığını qoruyub saxlayır. Yəni  tövsiyə xarakterlidir. Artıq bu  çağırışlar 90-cı illərin yaxa cırması, kəskin bəyanatları deyil. Bununda əsas səbəblərindən biri odur ki,  Azərbaycan ərazilərində faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda təşkil olunan etiraz aksiyasına  Vətəndaş Cəmiyyətinin İnstitutları, ekoloqlar, digər fəal insanlar qoşulub. Əslində belə aksiyaların hədəfində sülhə, əməkdaşlığa çağırış, insanlığa və ekologiyaya qarşı həyata keçirilmiş terror siyasətinə kəskin etiraz var. 

Deməli, mübarizənin yeni dövrü başlayır. Çox əhəmiyyətli bir metodologiyanın tətbiqi ilə Vətəndaş Cəmiyyəti İnstitutlarının potensialının ortaya qoyulması yeni bir mərhələnin başlanğıcıdır. Düşünürəm ki, QHT potensialının düzgün dəyərləndirilməsi  və hədəflərin müəyyənləşdirilməsi effekt verəcək. İstər Qarabağda sülhün-sabitliyin bərqərar edilməsində, istərsə də ölkə daxilində sosial-iqtisadi sferada şəffaflığın təmin edilməsində QHT çox zəruri mexanizmdir. Yetər ki, bu mexanizmdən düzgün istifadə olunsun. 

Nəhayət Xankəndi-Laçın yolunda təşkil olunan etiraz aksiyası ilə bağlı erməni qarayaxma cəhdləri, vay-şüvəni bizi haqq yolumuzdan döndərməmləidir. Azərbaycanın Qarabağla bağlı ədalətli mövqeyinin dünyada daha yaxşı müdafiəsi üçün bir çox zəruri addımlar atılmalıdır. Bu geniş mövzu olsa da QHT-lərlə bağlı bəzi qısa qeydlərimi bildirirəm. QHT-nin fəaliyyəti heç bir məkanda kampaniya xarakterli deyil, davamlı olmalıdır. 

Zaman-zaman beyin mərkəzlərinin fəaliyyəti ilə bağlı buraxılmış səhvlər ciddi təhlil olunaraq aradan qaldırılmalıdır. QHT-nin  azad rəqabət mühitində öz intellektual potensialınıortaya qoyması üçün bir çox faktorlarla bərabər  davamlı maliyyə  son dərəcə önəmlidir. Bəzi dövlət qurumları, özəl şirkətlər QHT-lərlə əməkdaşlıq üçünqapılarını  taybatay açmalıdırlar. Bir sözlə Vətəndaş Cəmiyyəti İnstitutlarının güclənməsi dövlətin, millətin, cəmiyyətin strateji maraqlarına xidmət etmiş olacaq. 

Əkrəm Bəydəmirli



Baxış sayı : 354
Enerji diplomatiyası dünya nizamının tənzimlənməsinə töhfə verə bilər 2023-02-03 11:45:27 Azərbaycan Prezidenti: "Biz artıq Cənub Qaz Dəhlizinin genişləndirilməsi haqqında danışırıq" 2023-02-03 10:05:33 Aksiyanın 54-cü günündə ekofəallar Xankəndi-Laçın yolunda etirazlarını davam etdirirlər 2023-02-03 09:55:17 Gənclər günü ilə əlaqədar tədbir keçirilib 2023-02-03 10:15:06 Ukraynanın Donetsk vilayətinin hansı ərazilərinin işğaldan azad edildiyi açıqlanıb 2023-02-03 09:55:45 Azərbaycan Prezidenti: TAP layihəsini uğurla icra etdik və Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşına çevrildik 2023-02-03 09:30:03 İran ASALA terrorunun ev sahibidir 2023-02-03 08:25:08 Prezident İlham Əliyev 2 fevral – Gənclər Günü münasibətilə Azərbaycan gənclərini təbrik edib 2023-02-02 16:15:43 Prezident İlham Əliyevin gənclərin hərtərəfli inkişafına hesablanmış dövlət siyasəti 2023-02-02 10:35:28 XİN könüllülər arasında Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunan esse müsabiqəsi elan edib 2023-02-02 11:00:21 Türkiyə islamafobiya ilə mübarizədə İsveçdən səmimi addımlar gözləyir - Ərdoğan 2023-02-02 09:55:50 Erməni əsilli şəxslər BQXK-nın avtomobilləri ilə Ermənistana yola salınıb 2023-02-02 09:40:23 Ağır döyüşlər gedən Baxmut 2023-02-02 09:25:36 “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından “Əhməd Cavad” adlı biblioqrafiya nəşr edilib 2023-02-02 07:20:34 Professor Sürəddin Zeynalov: “Qərbi Azərbaycanla bağlı həqiqətləri dünyaya çatırmaq bizim hədəfimizdədir” 2023-02-01 15:30:10 "Qərbi Azərbaycana qayıdışımız üçün Ermənistanın məcburi icra edəcəyi mexanizmlər yaradılmalıdır" - İcmanın sədr müavini 2023-02-01 10:25:37 “Cəfər Cabbarlı: azad bir ruh” adlı film çəkilib 2023-02-01 09:55:23 DTX: "İrandakı terror hadisəsi ilə bağlı rəsmi mənbələrə istinad olunmayan məlumatlar yayımlanır" 2023-02-01 09:25:06 Türkiyənin vasitəçiliyi ilə Rusiya ilə Ukrayna arasında əsir və yaralıların mübadiləsi gündəmdədir 2023-02-01 09:40:07 XİN Azərbaycanın Beynəlxalq Ədalət Məhkəməsindəki müraciəti üzrə dinləmələrə dair məlumat yayıb 2023-02-01 07:30:38 Macarıstan mətbuatı: Azərbaycan Avropa üçün enerji resurslarının əsas təchizatçısıdır 2023-01-31 10:55:55 Azərbaycan gənclərinin vətənə sədaqət ruhunda tərbiyə edilməsi məsələsi Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının mühüm istiqamətlərindən biridir 2023-01-31 09:10:45 Güney Azərbaycanın və Təbrizin tarixi abidələri 2023-01-31 09:50:43 Laçın-Xankəndi yolundakı aksiya 51 gündür davam edir 2023-01-31 09:30:05