2022-11-20 11:50:54 | İQTİSADİYYAT
Genişmiqyaslı layihələr və dövlət proqramları Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə xidmət edir

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı mahiyyət etibarilə dövlətimizin başçısının ərazilərimizin dirçəldilməsi ilə bağlı iradəsinin ifadəsi, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirməklə bağlı sözlərinin əməli təzahürü, bunu reallaşdırmağın praktiki planıdır. Həyata keçirilən genişmiqyaslı layihələr və dövlət proqramları Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə xidmət edir

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

O bildirib ki, Dövlət Proqramının prioritet istiqamətləri ərazilərin bərpası və əhalinin qayıdışına dair baxışı və qarşıya qoyduğu hədəflərdir. Bu hədəflərə təhlükəsizlik, müasir yaşayış məntəqələrinin salınması, əhalinin dayanıqlı məskunlaşması, əhatəli və qabaqcıl standartlara cavab verən infrastrukturun qurulması, ərazilərin iqtisadi inkişafının dəstəklənməsi, ekoloji təmiz mühitin təmin edilməsi aiddir. Həddindən çox əhatəli, daha praqmatik və daha hədəfyönümlü olan yenidənqurma və inkişaf proqramının ölkənin öz daxili imkanları hesabına icra edilməsi isə bir çox ölkələr üçün əlçatmaz bir təcrübədir.

“2023-cü il üçün dövlət büdcəsi xərcləri və gəlirləri baxımından müstəqillik tariximizin ən böyük büdcəsidir. Qlobal müstəvidə baş verən iqtisadi təlatümlərə və böhranlara baxmayaraq, Azərbaycanda hər il davamlı olaraq büdcədə artım olur. Bu fakt özü Azərbaycanın iqtisadi dayanıqlığının göstəricisidir. Builki artım da nəzərəçarpacaq səviyyədədir. Ümumilikdə, 2023-cü il üçün dövlət büdcəsi bütün sahələr üzrə dayanaqlı inkişafın təmin olunmasını özündə ehtiva edir. Bu da işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramının uğurla həyata keçirilməsinə imkan verəcək”, - deyə deputat bildirib.

A.Hüseynovun sözlərinə görə, dayanıqlı icmaların yaradılması, sahibkarlıq fəaliyyəti üçün əlverişli mexanizmlər, gələcəkdə məşğulluğun təmin edilməsi kimi kompleks məqsədlər tədbirlər planında önəmli yer tutur. Dördillik müddətdə icraçı qurumların hesabatlılığının üç mərhələ üzrə - ilkin, aralıq və yekun nəticələr üzrə qiymətləndirilməsi diqqətəlayiqdir. Dövlət Proqramının Tədbirlər Planı 25 fərqli fəaliyyət istiqaməti üzrə ərazilərə Böyük Qayıdışla bağlı bütün mümkün aspektləri – yaşayış məntəqələrinin tikintisindən başlayaraq, məşğulluğun təmin edilməsi, bərk məişət tullantılarının idarə edilməsi sisteminədək ən müxtəlif tədbirləri əhatə edir.

Dövlət Proqramında nəzərdə tutulan tədbirlər hədəf göstəricilərinə uyğun olaraq 2026-cı ilədək həyata keçiriləcək. Həmin vaxtadək Qarabağ və Şərqi Zəngəzurda infrastruktur, iqtisadiyyat yenidən qurulacaq, sosial inkişaf, ətraf mühitin tarazlı inkişafı təmin ediləcək. Ərazilər minalardan və partlamamış hərbi sursatdan təmizlənəcək, ərazilərdə şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin tikintisi və hamı üçün əlçatan, etibarlı, keyfiyyətli və dayanıqlı infrastruktur qurulacaq. Həmçinin yaşayış üçün rahat şərait yaradılması məqsədilə nəqliyyat-yol, rabitə, su, qaz, elektrik, istilik təmin olunacaq, o cümlədən həssas əhali qruplarının sosial müdafiəsi gücləndiriləcək. “Ağıllı şəhər”, “Ağıllı kənd” və “Yaşıl enerji zonası” konsepsiyaları öz həllini tapmaqla, ölkədə mənzil fondunun həcmi artırılacaq. Bir sözlə, Qarabağ və Şərqi Zəngəzur 2026-cı ilədək insanlarımızın firavan, təhlükəsiz yaşayacağı bir məkana çevriləcək”, - deyə Aydın Hüseynov inamını ifadə edib.

Baxış sayı : 112
Laçının azadlığından iki il ötür Azərbaycan MN: Rusiya sülhməramlı kontingenti müraciətlərimizə hələ də etinasız yanaşır Əjdər Tağızadə: Urmiya gölünün qurudulmasına qarşı çıxış edənlər zindana atılıb Mürsəl Qurbanov təltif edilib ASALA terrorçuları ilə İranın xüsusi xidmət orqanları arasında əlaqələrə dair yeni faktlar üzə çıxıb “Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 1 il ötür Mövlud Çavuşoğlu Rusiya-Ukrayna müharibəsi ilə bağlı açıqlama verib İran Azərbaycana qarşı əsassız ittihamlar irəli sürməkdənsə, öz siyasi xəttini korrektə etməlidir Ceyhun Bayramov Aİ-ni Ermənistanın Laçın yolundan hərbi məqsədlər üçün sui-istifadə etdiyi barədə məlumatlandırıb Pentaqonda Azərbaycan-ABŞ hərbi əməkdaşlığı və regional təhlükəsizlik müzakirə olunub Rüstəm Minnixanov Azərbaycanda tatar ictimai təşkilatlarının nümayəndələri ilə görüşüb "Türk birliyi daha da güclənəcək!" mövzusunda Zoom platformasında görüş keçirilib Azərbaycan Ermənistan ərazisində 15-20 km-lik bufer zona yaratmalı olacaq Özbəkistanda "Türkistan və Qafqazların unikal tarixi xəritələri" adlı sərgi keçiriləcək İsveçdə "Mədəniyyət kodu-Şuşa" adlı lonqrid layihəsi təqdim olunub Ərdoğan: "2023-cü il seçkilərində qələbə qazanmağımıza heç kim mane ola bilməz" Azərbaycan MN: "Qarabağ iqtisadi rayonunun "Dağlıq-Qarabağ ərazisi" kimi qeyd edilməsi yolverilməzdir" Ankarada Türkiyə-Azərbaycan-Türkmənistan liderlərinin görüşü müzakirə olunacaq Stoltenberq: “Putin qışdan silah kimi istifadə etmək istəyir” Aktauda Azərbaycan, Qazaxıstan, Türkiyənin xarici işlər və nəqliyyat sahələri üzrə məsul nazirlərinin görüşü keçirilib The Economist: “Qaz və enerji qiymətləri qışda Avropada ölümlərin artmasına səbəb olacaq” Prezident: "Azərbaycan xalqının iradəsini nə işğalla, nə başqa təhdidlərlə sarsıtmaq olmaz" “Sarəng” sənədli filminin təqdimatı olacaq XİN rəhbəri Azərbaycan-Türkiyə-Qazaxıstan üçtərəfli görüşündə çıxış edib