2022-11-07 10:05:09 | İQTİSADİYYAT
ABŞ türkmən qazının Azərbaycandan Avropaya nəqlində yaxşı perspektivlər görür

“Bazar konyukturasına əsaslanaraq, Türkmənistan öz qazını Avropa İttifaqına tədarükü üçün çox yaxşı perspektivlərə malikdir”.

Fact-info.az “Report”a istinadən xəbər verir ki, bu fikri ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisi Donald Lu Aşqabadda olarkən deyib.

“Karyeramın əvvəlində mənim Bakıdakı səfirliyimizdə müvəqqəti işlər vəkili olmaq imkanım oldu. Biz, Azərbaycan tərəfi, Aİ, ABŞ və Türkmənistanla bu barədə danışdıq: Türkmənistan qazının Avropaya çatdırılması imkanları haqqında. 20 ildən çoxdur. İndi isə çox maraqlı məqamdır, çünki qazın qiyməti çox yüksəkdir. Və hesab edirəm ki, Türkmənistan hökumətinin indi bu layihə (Azərbaycan qazının Avropaya nəqli üçün nəzərdə tutulmuş Cənub Qaz Dəhlizi layihəsinin tərkib hissəsi olan Trans-Anadolu Qaz Boru Kəməri - Red) haqqında düşünməsi çox yaxşı olardı”.

Lu hesab edir ki, ölkədən müxtəlif istiqamətlərdə qaz tədarükü imkanları nə qədər çox olarsa, türkmən xalqı üçün də o qədər yaxşı olacaq.

“Bu, Türkmənistan xalqını təkcə türkmən qazının ən yüksək qiymətləri ilə deyil, həm də etibarlı təchizatla təmin edəcək. ABŞ hər cür kömək etməyə hazırdır, amma biz türkmən qazını almayacağıq, ABŞ-da çoxlu qazımız var”.

Baxış sayı : 148
Laçının azadlığından iki il ötür Azərbaycan MN: Rusiya sülhməramlı kontingenti müraciətlərimizə hələ də etinasız yanaşır Əjdər Tağızadə: Urmiya gölünün qurudulmasına qarşı çıxış edənlər zindana atılıb Mürsəl Qurbanov təltif edilib ASALA terrorçuları ilə İranın xüsusi xidmət orqanları arasında əlaqələrə dair yeni faktlar üzə çıxıb “Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 1 il ötür Mövlud Çavuşoğlu Rusiya-Ukrayna müharibəsi ilə bağlı açıqlama verib İran Azərbaycana qarşı əsassız ittihamlar irəli sürməkdənsə, öz siyasi xəttini korrektə etməlidir Ceyhun Bayramov Aİ-ni Ermənistanın Laçın yolundan hərbi məqsədlər üçün sui-istifadə etdiyi barədə məlumatlandırıb Pentaqonda Azərbaycan-ABŞ hərbi əməkdaşlığı və regional təhlükəsizlik müzakirə olunub Rüstəm Minnixanov Azərbaycanda tatar ictimai təşkilatlarının nümayəndələri ilə görüşüb "Türk birliyi daha da güclənəcək!" mövzusunda Zoom platformasında görüş keçirilib Azərbaycan Ermənistan ərazisində 15-20 km-lik bufer zona yaratmalı olacaq Özbəkistanda "Türkistan və Qafqazların unikal tarixi xəritələri" adlı sərgi keçiriləcək İsveçdə "Mədəniyyət kodu-Şuşa" adlı lonqrid layihəsi təqdim olunub Ərdoğan: "2023-cü il seçkilərində qələbə qazanmağımıza heç kim mane ola bilməz" Azərbaycan MN: "Qarabağ iqtisadi rayonunun "Dağlıq-Qarabağ ərazisi" kimi qeyd edilməsi yolverilməzdir" Ankarada Türkiyə-Azərbaycan-Türkmənistan liderlərinin görüşü müzakirə olunacaq Stoltenberq: “Putin qışdan silah kimi istifadə etmək istəyir” Aktauda Azərbaycan, Qazaxıstan, Türkiyənin xarici işlər və nəqliyyat sahələri üzrə məsul nazirlərinin görüşü keçirilib The Economist: “Qaz və enerji qiymətləri qışda Avropada ölümlərin artmasına səbəb olacaq” Prezident: "Azərbaycan xalqının iradəsini nə işğalla, nə başqa təhdidlərlə sarsıtmaq olmaz" “Sarəng” sənədli filminin təqdimatı olacaq XİN rəhbəri Azərbaycan-Türkiyə-Qazaxıstan üçtərəfli görüşündə çıxış edib