2016-01-19 20:10:02 | CƏMİYYƏT
Şura 2015-ci ildəki fəaliyyəti ilə bağlı hesabat verib

Yanvarın 19-da Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2015-ci ildəki fəaliyyəti ilə bağlı hesabat konfransı keçirib

 

Tədbirdə QHT təmsilçiləri ilə yanaşı, ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri də iştirak ediblər.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev bildirib ki, 2015-ci il həm vətəndaş cəmiyyəti, həm də Şura üçün əlamətdar olub. Ötən ilin QHT sektorunun dinamik inkişafı ilə yadda qaldığını deyən sədr Şuranın maliyyələşdirdiyi layihələrin icra vəziyyəti, hesabatlılıq, elektron xidmətlərin təkmilləşdirilməsi və digər sahələrdə müsbət tendensiyaların müşahidə edildiyini vurğulayıb.
Qeyd edilib ki, ötən il də Şura beynəlxalq əməkdaşlığa xüsusi diqqət göstərib. 
Hesabat məruzəsi ilə çıxış edən Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov ötən il qurumun 23 iclas keçirdiyini deyib. Bildirib ki, ötən il “Vətəndaş cəmiyyəti” jurnalının 12 nömrəsi işıq üzü görüb, Şuranın hər gün yenilənən www.qhtxeber.az saytına aylıq giriş təxminən 70 min təşkil edib. Qurum 2015-ci ildə müxtəlif mövzulara həsr olunan, 50-dən çox rayonun QHT-lərinin iştirak etdiyi 12 tədbir keçirib, 300 QHT-yə konsultativ xidmət göstərilib. On altı beynəlxalq təşkilatın nümayəndəsi ilə Şurada görüş keçirilib. Ötən il Şuraya 819 layihə təklifi daxil olub

Baxış sayı : 1494
"Ermənistan dünyanın gözü qarşısında mülki şəxsləri hədəf alır" 2020-09-30 13:00:29 BMT Təhlükəsizlik Şurasında qapalı məsləhətləşmələrin keçirilməsini təqdir edirik - Prezidentin köməkçisi 2020-09-30 12:35:55 Düşmənin 2300 nəfərədək canlı qüvvəsi məhv edilib 2020-09-30 08:55:11 BMT Təhlükəsizlik Şurası iclas keçirib 2020-09-30 08:40:30 Polad Bülbüloğlu Rusiya XİN-ə çağırıldı 2020-09-30 06:55:59 Azərbaycan Prezidenti İlham Əliyev “Rossiya-1” telekanalının “60 dəqiqə” proqramında sualları cavablandırıb 2020-09-29 22:45:51 Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq müdafiə hüququnu reallaşdırılır 2020-09-29 18:30:11 Prezident İlham Əliyev dövlət və hökumət başçılarının toplantısında videoformatda çıxış edib 2020-09-29 18:20:24 İşğal edilmiş ərazilərimizdəki mədəniyyət obyektlərinin sayı açıqlanıb 2020-09-29 09:55:19 ABŞ mediası erməni vəhşiliyindən yazdı 2020-09-29 09:25:59 “Mədəniyyət naminə elm” 2020-09-29 09:25:55 Rusiyalı politoloq: Prezident İlham Əliyevin fəaliyyəti Azərbaycan cəmiyyətində yüksək dəstəklənir 2020-09-29 08:10:22 Prezident İlham Əliyevlə BMT-nin Baş katibi arasında videokonfrans formatında görüş oldu 2020-09-29 07:25:56 İƏT Ermənistanın Azərbaycana qarşı təxribatını və hücumlarını qınayır 2020-09-28 19:25:14 “Ermənistan adlı suveren dövlət mövcud deyil” 2020-09-28 16:05:34 Beynəlxalq təşkilatlar məlumatlandırılıb 2020-09-28 11:50:08 Ermənilər Azərbaycanın 26 mülki vətəndaşını yaralayıb - Baş Prokurorluq 2020-09-28 10:20:13 TRT HABER Ermənistan silahlı qüvvələrinin Azərbaycana hücumları ilə bağlı xüsusi proqram yayımlayıb 2020-09-28 08:50:46 Azərbaycanda hərbi vəziyyət qüvvəyə minib 2020-09-28 07:05:42 Emin Həsənli: Xalqımızın ürəyi Azərbaycan əsgəri ilə döyünür 2020-09-28 06:55:50 "Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini pozur" 2020-09-28 06:50:27 Rusiyalı deputat: Ermənistan hərbi qüvvələrini işğal olunmuş ərazilərdən qeyd-şərtsiz çıxarmalıdır 2020-09-27 21:45:51 Ölkə QHT-lərinin müraciəti: Ali Baş Komandanımızın və Ordumuzun yanındayıq! 2020-09-27 20:25:03 Qardaş Azərbaycanı dəstəkləyirik - Pakistan XİN 2020-09-27 20:05:14