TƏDQİQATLAR
A- A A+

Tarixçi alim Azərbaycan diplomatiyasının keçdiyi yolu araşdırıb

2016-01-06 09:45:15

Bu il dövlət müstəqilliyimizin bərpa edilməsinin 25 illiyi tamam olur

Ötən dövr ərzində Azərbaycan dövləti xarici siyasət sahəsində böyük bir yol keçib. Həmin tarixin araşdırılması Azərbaycan alimlərinin qarşısında dayanan vəzifələrdən biridir. Bu baxımdan tarixçi alim, Milli Məclisin deputatı, professor Musa Qasımlının yaxınlarda nəşr edilmiş iri həcmli “Azərbaycan Respublikasının xarici siyasəti (1991-2003). 2 hissədə. I hissə. Bakı, Mütərcim nəşriyyati, 2015. - 648 səh.); II hissə. Bakı, Mütərcim nəşriyyati, 2015. - 664 səh.) monoqrafiyası Azərbaycan diplomatiya tarixi elminin uğurlarındandır. 

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin qərarı ilə “Azərbaycan Respub­lika­sının diplomatiya tarixi” seriyasından hazırlanan və iki hissədən ibarət olan bu əsər 1991-2003-cü illərin xarici siyasət tarixini  əhatə edir. Monoqrafiyada Azərbaycan diplomatiyasının keçdiyi yol araşdırılıb. Müəllif Azərbaycan, Rusiya, Gürcüstan, Türkiyə, ABŞ, Böyük Britaniyanın və digər ölkələrin ən mötəbər mənbələri, Praqada ATƏT arxivinin, Vyanada BMT kitabxanasının materialları əsasında Azərbaycan diplomatiya tarixinin bu illər ərzində keçdiyi yolu işıqlandırıb.

Əsərin I hissəsində XX əsrin sonlarında, dağılma ərəfəsində SSRİ-nin daxili ictimai-siyasi və beynəlxalq vəziyyəti, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsi, Ermənistanın hərbi təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Azərbaycan diplomatiyasının fəaliyyəti, Azərbaycanın enerji diplomatiyası, Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi istiqamətində Azərbaycan diploma­tiyasının səyləri, Azərbaycanın qonşu ölkələr ilə münasibətlərinin qurulması və inkişafı problemləri araşdırılıb.  

Monoqrafiyanın II hissəsində Azərbaycan Respublikasının Avropa dövlətləri və ABŞ, Asiya və Afrika ölkələri ilə münasibətləri, beynəlxalq təhlükəsizlik və əməkdaşlıq sistemində tutduğu yer, xarici siyasətində iqtisadyyat amilinin rolu və s. məsələlər tədqiq edilib. Mənbələrin əksəriyyəti elmi dövriyyəyə ilk dəfə gətirilib.

Əsər diplomatlar, siyasətçilər, beynəlxalq münasibətlər və diplomatiya tarixi ilə məşğul olan mütə­xəssislər, bu ixtisaslar üzrə təhsil alan bakalavr və magistrlar, Azərbaycan Respublikasının xarici siyasət və diplomatiya tarixi ilə maraq­lanan şəxslər üçün nəzərdə tutulub. Monoqrafiya gələcək tədqiqatlar üçün yeni istiqamətlər açır.  

 

 


Kateqoriya : TƏDQİQATLAR Baxış sayı : 1026

QHT və MEDİA

2019-05-23 16:40:50

QHT və MEDİA
“Son iclas” filmi qənclər tərəfindən bö...
“Son iclas” filmi qənclər tərəfindən bö...

Qeyd edək ki, “Son iclas” bədii-sənədli filmi Azərbaycan Xalq Cümhuriyyətini...

2019-05-23 09:20:12

QHT və MEDİA
Cənubi Karolina ştatının qubernatoru ADR...
Cənubi Karolina ştatının qubernatoru ADR...

Bəyannamədə 1918-ci il may 28-də Müsəlman Şərqində ilk dünyəvi parlamentli re...

CƏMİYYƏT

2019-05-22 22:10:45

CƏMİYYƏT
Harvard Universitetinin saytı Azərbaycan...
Harvard Universitetinin saytı Azərbaycan...

ABŞ-ın Harvard Universitetinin rəsmi saytında Azərbaycanın Ukraynadakı səfiri...

2019-05-20 09:20:15

CƏMİYYƏT
Azərbaycan Avropa İttifaqı ilə bərabərhü...
Azərbaycan Avropa İttifaqı ilə bərabərhü...

Azərbaycan Respublikası müasir beynəlxalq münasibətlər sistemində əməkdaşlıq ...

İQTİSADİ

2019-05-22 23:10:52

İQTİSADİ
ABŞ Konqresində Trans-Xəzər regionu ilə ...
ABŞ Konqresində Trans-Xəzər regionu ilə ...

Brifinqdə Azərbaycan, Əfqanıstan, Türkiyə, Gürcüstan və Özbəkistanın ABŞ-dakı...

2019-05-17 09:05:12

İQTİSADİ
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...
Mamuka Baxtadze: Transxəzər Beynəlxalq N...

Bu gün Qazaxıstan, Çin, Azərbaycan, Türkiyə və Gürcüstanın iştirakçısı olduğu...