2020-07-28 10:05:15 | AKTUAL
Los Anceles polisi: “Ermənilər azərbaycanlılara qarşı nifrət zəminində cinayət törədiblər”

.

Los Anceles polisi iyulun 23-də məlumat yayaraq, iki gün əvvəl Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu qarşısında baş verən hadisələr zamanı azərbaycanlılara məhz ermənilərin hücum edərək xəsarət yetirdiyini bildirib.

Bu barədə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan məlumat verilib.

Məlumatda deyilir: "Qeyd edək ki, hadisə baş verəndən sonra erməni daşnakları və ümumiyyətlə, erməni təbliğatı bütün sosial media paltformalarında özlərini qurban kimi təqdim edərək, azərbaycanlıların onlara qarşı aqressiya törətdiklərini deyərək, öz cinayətlərini ört-basdır etməyə çalışırdılar. Baş Konsulluq isə elə ilk gündən hadisələrə dair obyektiv rəsmi açıqlamanın verilməsində və kimin hücuma məruz qaldığının aydın bəyan edilməsində təkid edirdi.

Baş Konsulluğun səyləri nəticəsində bu hadisənin məhz erməni daşnakları tərəfindən törədildiyi öz rəsmi təsdiqini tapdı.

Bundan əlavə, polis bu vəhşilikləri törədən erməni cinayətkarlarına qarşı yalnız xəsarət yetirmə maddəsi üzrə deyil, daha ağır maddə olan nifrət zəminində törədilən cinayət maddəsi üzrə iş açılacağını bəyan edib".

Qeyd edək ki, hadisədən dərhal sonra baş konsul Los Anceles Polis İdarəsinin rəisi Michel Moore ilə əlaqə saxlayaraq, vəziyyətin ciddiliyi ilə bağlı ona məlumat verib və polisin erməni zorakılığının qarşısını ala bilməməsi ilə bağlı ciddi iradını bildirmişdi. O, öncədən Los Anceles polisinə icmamızın keçirəcəyi bu əks-nümayiş barədə xəbərdar olduğunu və Baş Konsulluğa nümayişçilərin təhlükəsizliyinin tam təmin olunacağına zəmanət verdiyini demişdi. M.Moore isə baş konsuldan baş verən bu hadisəyə görə dəfələrlə üzr istəyərək, məsələnin ciddi araşdırılacağını, bununla bağlı xüsusi istintaq qrupu yaradacağını qeyd etmişdi.

Hazırda bir nəfər erməni saxlanılıb və digərlərinin müəyyən edilib cinayət məsuliyyətinə cəlb olunması üzrə istintaq prosesi davam edir. Baş Konsulluq sözügedən erməni cinayətkarların tezliklə müəyyən edilib öz cəzalarını almaları üçün bütün lazımi tədbirləri görməkdədir.

Baxış sayı : 808
Məmurlar dürüst, xalqına, dövlətinə sadiq və peşəkar xüsusiyyətlərə malik olmalıdır - Hikmət Hacıyev 2021-01-24 09:25:25 “Komsomolskaya Pravda”da 20 Yanvar hadisələrinə həsr olunmuş məqalə dərc olunub 2021-01-24 09:15:43 "Ermənistan cəmiyyəti qisasla bağlı fikirlərdən əl çəkməlidir" 2021-01-24 09:05:37 Əli Hüseynli: “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın beynəlxalq rolu artmaqdadır” 2021-01-23 21:40:36 ADA Universiteti Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə repatriasiyanın proqnozlaşdırılması və səmərəli təşkili mövzusunda sosioloji tədqiqat layihəsini həyata keçirəcək 2021-01-23 10:20:38 Azərbaycanın enerji strategiyası uzaqgörənlik, effektiv qərar qəbuletmə və koordinasiyalı fəaliyyət planı üzrə uğurla icra olunur 2021-01-23 10:05:42 Bazar iqtisadiyyatı şəraitində biznesin borc təcrübəsi 2021-01-23 09:55:17 "Böyük Qayıdış” qısametrajlı bədii və animasiya film layihələri müsabiqəsi elan edildi 2021-01-22 16:35:09 Avropa azərbaycanlıları 20 Yanvar faciəsini törədən SSRİ rəhbərliyinin cəzalandırılmasını tələb edir 2021-01-22 11:50:22 Ermənilərin ən böyük problemi öz uydurduqları yalanlara özlərinin inanmalarıdır 2021-01-22 10:35:09 Haaqada “20 Yanvar uşaqların gözü ilə” adlı virtual sərgi 2021-01-22 09:40:15 Prezident İlham Əliyev: Xəzəryanı ölkələrin əməkdaşlığı çox dinamik, qarşılıqlı anlaşma ruhunda inkişaf edir 2021-01-22 09:15:12 Türkmənistan Prezidenti: Xəzərdə birgə uğurlu fəaliyyətin əsas rəhni türkmən və Azərbaycan xalqlarının möhkəm qardaşlıq telləridir 2021-01-22 09:05:54 Professor Surxay Musayev: “Vətən müharibəsi və COVİD- 19 pandemiyası zamanı bütün tibbi heyət üzərinə düşən vəzifəni ləyaqətlə yerinə yetirdi” 2021-01-21 14:15:02 Azərbaycan Prezidenti İlham Əliyevlə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında videokonfrans formatında görüş keçirilib 2021-01-21 13:40:37 Şuşada “Xarı bülbül” festivalı və Vaqif poeziya günlərinin keçirilməsi ilə bağlı işlərə başlanıb 2021-01-21 12:55:15 Türkiyə Milli Müdafiə Nazirliyi: 20 Yanvar - Unutmadıq, unutmayacağıq! 2021-01-21 12:40:40 Könül Nurullayeva: “İşğaldan azad edilmiş torpaqların inkişaf modeli nümunəvi xarakter daşıyacaq” 2021-01-21 11:50:58 Türk şirkətləri azad edilmiş ərazilərdə tekstil sahəsinə 50 milyon dollar yatırım edəcək 2021-01-21 11:40:09 “20 yanvar qəhrəmanlıq tarixindən Qarabağ zəfərinə” 2021-01-20 17:50:20 20 Yanvar faciəsinin ildönümü Şuşada qeyd olunub 2021-01-20 19:05:56 Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət etdilər 2021-01-20 12:45:16 Arye Qut: Azərbaycan postsovet məkanında öz ərazi bütövlüyünü bərpa etməyə nail olmuş yeganə ölkədir 2021-01-20 10:20:14 Tariximizin şanlı qəhrəmanlıq səhifəsi 2021-01-20 09:50:06