2022-08-17 09:35:56 | QHT VƏ MEDİA
“Qaçqınkom”dan Laçın ziyalılarına ikili münasibət...

Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Basqaldakı çıxışı hər bir azərbaycanlı kimi mənimdə içimə sığmayan hədsiz sevinc və qürur yaratdı.

Az sonra Laçın rayonunda Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi ərazidə qanunsuz məskunlaşdırılmış ermənilərin hazırda oradan köçürülməsi 2020-ci ilin 10 noyabrında imzalanmış üçtərəfli Bəyanat çərçivəsində həyata keçirilməsi, bununla əlaqədar olaraq dövlətimizin başçısı otuz ilə yaxın məcburi köçkün vəziyyətində yaşayan Laçın şəhəri, Zabux və Sus kəndləri sakinlərinin qayıdışa hazırlanması barədə tapşırıq verdiyini eşitməyin nə qədər qürurverici olduğunu  sözlə ifadə etmək olduqca çətindir.

16 avqust 2022-ci il tarixdə Laçın Şəhər İcra Nümayəndəliyindən mənə zəng edib saat üçdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Laçın şəhər ziyalıları ilə nəzərdə tutulan görüşə  mənim də dəvətli olduğum bildirildi. Mən gün ərzində planlaşdırılmış bütün işlərimi bir kənara qoyub dəvət olunduğum görüşə yollandım. Lakin görüşə gedərkən orada rastlaşdığım mənzərə məni şok etdi. Buraya qədər yaşadığım qürur və sevin hissi elə bil daşa çırpıldı.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin qapısı ağzında mühafizəçi mənim adımın siyahıda olmadığını bildirdi. Mən kənara çəkildim və  qapının yanında xeyli insanların toplaşdığını görüb onlara yanaşdım. Onlarda mənim kimi adları siyahıda olmayanlar idi. Adları siyahıda olmayanların içərisində Laçın Şəhər İcra Nümayəndəsi Oktay müəllimi və onun müavini Rasim müəllimi görəndə lap “matım qutum” qurudu. Məlum oldu ki burada iki siyahı olub “Qaçqınkom”un  tərtib etdikləri siyahı və Laçın Şəhər İcra Nümayəndəliyinin siyahısı. Sən demə keçərli olan da elə “Qaçqınkom”un öz siyahısı imiş.

Narazılıq yaranmasın deyə bizi (Laçın Şəhər İcra Nümayəndəliyi tərəfindən dəvət olunanları) “Qaçqınkom”un binalarının içərisində bağa dəvət edib sakitləşməyimizi xahiş etdilər. 30-40 dəqiqə sonra bizimdə nəzərdə tutulan görüşə qatılmağımıza razılıq gəldi. Lakin görüşdə çıxışlar zamanı yalnız “Qaçqınkom”un  nümayəndələri tərəfindən hazırlanmış xüsusi adamlara söz verilirdi. 

Çox təəssüf ki nə Laçın Şəhər İcra Nümayəndəsinə nə onun müavininə və nədə bu qurumu təmsil edən Dövlət qurumunun digər nümayəndələrinə söz verilmədi. Halbuki Laçın şəhər sakinləri və onlara məxsus əmlak, Laçının sosial, komunnal, təhsil, mədəniyyət və digər sahələrinə aid hesabatlar və statistik məlumatlar bu qurum tərəfindən hazırlanır.

Mən dəfələrlə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi əməkdaşlarının ev “bölgüləri”və digər başqa məsələlər barədə neqativ hallara yol verildiyini eşitmişdim. Lakin bir rayonun ziyalılarına qarşı ikili münasibət və hörmətsizliklə ilk dəfə idi rastlaşırdım. 

Mən burada Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin özündən razı bəzi əməkdaşlarına xatırlatmaq istəyirəm, Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyev heç bir neqativ hallarla barışmır. Onun məmurlara etdiyi bütün xəbərdarlıqlar qanuni qüvvəsini saxlayır.  


Faiq İsmayılov

Avrasiya Beynəlxalq Memarlar Akademiyası Moskva şöbəsinin fəxri professoru.

Baxış sayı : 153
Mədəniyyət Nazirliyi “Qarabağın tarixi” mövzusunda qısa videoçarxlar müsabiqəsi elan edib “Səfirliklərimizə hücum edənlərin tapılıb cəzalandırılmasını tələb edirik” Azay Quliyev Helsinkdə ATƏT-i tənqid etdi, erməni təxtibatlarından danışdı Ermənilərin Xocalı istiqamətində basdırdığı tələ-mina aşkarlanıb Rusiyanın şok itkiləri açıqlanıb Ermənistan cinayət törətmiş şəxsləri məsuliyyətə cəlb etmək üçün heç bir tədbir görmür “Əl Cəzirə” telekanalı Ermənistanda Azərbaycana məxsus mədəni abidələrinin dağıdılması ilə bağlı reportaj yayımlayıb QHT Agentliyinin dəstəyilə regionlarda maarifləndirmə işi davam etdirilib Türkiyə Prezidenti: Pelosinin məlum səfəri ilə Qafqazdakı proseslərə zərbə vurmağa nə gücü, nə də imkanı var Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsinə Ermənistanla bağlı məktub göndərib İki qurum arasında müqavilə imzalanıb QHT yeni layihəyə start verdi Avropa İttifaqı Rusiya rəhbərliyinə qarşı yeni sanksiyalara hazırlaşır Birinci vitse-prezident Mehriban Əliyeva Laçından video paylaşıb Erməni təxribatının qarşısını alarkən xəsarət almış hərbçilərin əlillik üzrə əyani müayinələrinə başlanılıb Azay Quliyev QHT Agentliyinin iclasını keçirdi Azərbaycan Prezidenti Ermənistana xəbərdarlıq edib "Kiberhücumların sayı artıb" “Qanları ilə dastan yazanlar” layihəsinin icrasına başlanılıb UNESCO-nun mənzil qərargahının qarşısında Qərbi Azərbaycanın tarixi və mədəni irsinin dağıdılmasını əks etdirən aksiya keçirilir “Qəhrəmanlıq salnaməsinin Elşən Səfərov zirvəsi” adlı layihənin icrasına başlanılıb. Milli QHT Forumunun prezidenti: Azərbaycan təxribatlara həmişə qətiyyətlə cavab verəcək Azərbaycanın xarici ölkələrdəki səfirliklərinə qarşı erməni icmaları tərəfindən törədilmiş vandalizm aktlarına dair Azərbaycan QHT-lərinin BƏYANATI Ceyhun Bayramov: “Ermənistan sülh prosesini əngəlləyir və gecikdirmə taktikasına əl atır”