2022-06-17 08:55:55 | AKTUAL
Parisdə növbəti erməni təxribatının qarşısı alınıb

Parisdə mütəşəkkil erməni təşkilatı Daşnaksütyun (Erməni İnqilabi Federasiyası, FRA -Daşnaksütyun) partiyasının davamçıları olan FRA Nor Seround assosiasiyasının üzvləri Azərbaycan səfirliyinin Mədəniyyət Mərkəzinə hücum ediblər.

AZƏRTAC xəbər verir ki, erməni gənclərdən ibarət təxribatçı dəstənin üzvləri ERE televiziyasının Qarabağ və Şuşa şəhərindən hazırladıqları “Qarabağa gedən yol” adlı filmin Mədəniyyət Mərkəzində təşkil edilmiş təqdimatına mane olmaq istəsələr də, buna nail ola bilməyiblər.

Səfirlik fransız polisinə müraciət edib. Polislər təxribatçı dəstənin əsas üzvünü saxlayıblar.

ASALA terror təşkilatı tərəfindən beyinləri yuyulmuş və manqurtlaşmış erməni gənclər təcavüzkar hərəkətləri ilə azərbaycanlılara xəsarət yetiriblər.

Qeyd edək ki, FRA-daşnaksütyunun keçmiş lideri Varandyan daşnakların nə dərəcədə terrorist olduqlarını aydın şəkildə təsvir edərək yazıb : “FRA-daşnaksütyun kimi terror üsulları ilə bağlı zəngin təcrübəyə malik inqilabi partiya heç vaxt olmayıb... FRA-daşnak terrorizmin ən qatı nümayəndələrini yetişdirib”. Göründüyü kimi, erməni daşnaklar öz xislətlərindən əl çəkməyiblər.

Xatırladaq ki, bir neçə il əvvəl elə həmin FRA Nor Seround gənc daşnakları Parisdə “Saint Eustache” kilsəsində Xocalı faciəsi ilə bağlı hazırlanmış tədbirə soxularaq, təcavüzkar hərəkətlər törətmişdilər.

Baxış sayı : 211
Azərbaycan QHT-ləri beynəlxalq təşkilatlara müraciət edib Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisi yekunlaşıb Şuşanın Yuxarı Gövhərağa məscidində erməni vandalizmini əks etdirən sənədli film çəkilir Ukraynada öldürülən rus hərbçilərin sayı 44 minə ÇATIR Fatma Yıldırım: Bu gün diktə edən tərəf qalib Azərbaycandır Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim keçir Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib Fazil Mustafa: Prezident İlham Əliyevin son açıqlamaları tarixi-strateji əhəmiyyətə malikdir Zaur Məmmədov: Prezident İlham Əliyev müsahibəsində regiondakı proseslərə müdaxilə etmək istəyənlərə çox vacib mesajlar verdi Ərdoğan: “Türkiyə özünü əsas silah istehsalçısı və təchizatçısı kimi təsdiqləyib” Britaniyadakı Azərbaycan icması “Mehdinin Xidmətçiləri Birliyi”nin terrorçu təşkilat kimi tanınmasını tələb edir Şuşa ... Tarixi sükut nələr danışır - Solmaz Rüstəmova-Tohidi yazır Prezident İlham Əliyev AzTV-yə müsahibə verib "Azad edilmiş ərazilərdə kənd təsərrüfatı üçün çox münbit təbii şərait var" - Prezident Şuşa ilə bağlı yeni layihənin icrasına başlanılıb Azərbaycan Ordusu Buzdux və digər hakim yüksəkliklərdə mühəndis işləri görür Ukraynanın yenidən qurulması üçün beynəlxalq konfrans keçiriləcək "Tarix yazan oğullar" və "Qarabağın fatehləri" kitablarının təqdimatı keçirilib Laçın dəhlizi ətrafında yaranmış vəziyyət Üçtərəfli Bəyanatın 6-cı bəndi əsasında nizamlanmalıdır Rusiya ordusu bu qədər itki verib İşğaldan azad edilmiş ərazilərdə 42 abidə pasportlaşdırılıb “Ermənistan öhdəliklərinə zidd fəaliyyət göstərir və sülhə maneə törədir” - Ceyhun Bayramov Rafiq Quliyev: “Səsləndirilmiş fikirlərdən təşkilatçılar nəticə çıxarmalıdırlar” Agentlik QHT-lərlə online görüş keçirib