2022-06-14 11:10:24 | CƏMİYYƏT
Şuşa Bəyannaməsi- strateji hədəflər, regionun sabitliyi

Bir il öncə Azərbaycan və Türkiyə prezidentləri tərəfindən imzalanmış Şuşa Bəyannaməsi regiona yönəlmiş görünən və görünməyən təhdidlərin aradan qaldırılmasında mühüm əhəmiyyəti olan tarixi sənəddir. Dünyada belə tendensiya olub ki, imzalanmış sənədlər məkanın adı ilə tarixdə qalır. Bu baxımdan Şuşa Bəyannaməsi həm imzalanma məkanına, həm də strateji hədəflərinə görə, bizim üçünçox qiymətlidir.

Azərbaycanın  II Qarabağ savaşında qazandığı tarixi qələbəsinə  kölgəsalmaq, erməni separatizmindən  məqamı gələndə yararlanmaq istəyən məkrli qüvvələrə və ümumilikdə Azərbaycanın ərazi bütövlüyünə xor baxanlara, bu məlum bəyannamə ciddi mesaj idi. Bir daha çox dəqiq bildirilmişdi ki, regiona təhdidlə yanaşan qüvvələr qarşılarında Türkiyə-Azərbaycan əmədaşlığının yaratdığı  möhkəm gücü, hərbi əməkdaşlığı görəcəklər. Gerçəkdən həm əvvəl,  həm də son bir ildə iki qardaş ölkənin silahlı qüvvələinin birgə möhtəşəm təlimləri davam edib. Bütün bu addımlar hər hansı dövlətə qarşı deyil, yalnız regionda sabitliyin təmin olunmasına hədəflənmişdi. 

Şuşa Bəyannaməsinin digər bir əhəmiyyəti ondan ibarətdir ki, nəhəng iqtisadi layihələrin gerçəkləşməsi üçün zəruri təminat yaratmaq, bir sıra dövlətləri nəhəng tranzit layihələrin icrasına cəlb etməkdir. Çünki Azərbaycanın təqdim etdiyi iqtisadi əməkdaşlıq modeli regionda sülhün bərqərar olmasında çox effektli mexanizmdir. Təəssüf ki. Rusiyanın dirijorluğu ilə  Ermənistanda baş qaldıran revanşist qüvvələr  öz ağalarından aldıqları təlimata uyğun hərəkət edirlər. Onların hədəfi Ermənistanı bu layihələrdən uzaq salmaq, gərginliyi daha da artırmaqdır. Lakin düşmən tərəfinin təxribatları effekt verməyəcək. Cənubi Qafqaz regionunda sabitliyə, Azərbaycanın ərazi bütövlüyünə qarşı hər hansı təxribatlar olcaqsa,  əvəzində  çox  kəskin cavab tədbirlərinin tətbiq olunacağı şübhəsizdir.

Onu da qeyd edək ki, bir çox nəhəng layihələrin, o cümlədən Zəngəzur dəhlizinin reallaşması isə bütün türk dünyası arasında əməkdaşlıq üçün yeni imkanlar açır. Belə əlaqələrdən hər bir ölkə faydalanacaq. Əməkdaşlığın inkişafı məqsədilə yol xəritəsi statusunda olan Şuşa Bəyannaməsi və digər işlər inanırıq ki, zaman keçdikcə effektiv nəticələrini verəcək.

Nəhayət Rusiya –Ukrayna müharibəsinin yaratdığı fəlakətlər sindromunda, dünyada at izinin it izinə qarışdığı məqamda Türkiyə və Azərbaycanın ortaya qoyduğu əməkdaşlıq modeli, Şuşa Bəyannaməsi çox ideal variantdır. Biz Vətəndaş Cəmiyyətinin nümayəndəsi olaraq bu prosesdə öz töhfəmizi verməyə hazırıq.

Əkrəm Bəydəmirli



Baxış sayı : 259
Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimlər keçib Zelenski azad edilən yaşayış məntəqələrinin sayını açıqlayıb Azərbaycan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun səmərəli istifadəsinə səy göstərir Zakir Həsənov revanşist qüvvələrin təxribatlarının qarşısını almağa hazır olmaqla bağlı tapşırıqlar verib Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb Sevil Mikayılova: Azərbaycan azad olunmuş əraziləri bərpa etməklə yanaşı, həm də beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı üçün əsaslı işlər görür Türk dövlətlərinin təhlükəsizlik şuralarının katibləri Ankara və İstanbulda bir araya gəliblər Şuşa adından istifadə qaydası müəyyənləşib "Discovery" telekanalı azad edilmiş Ağdam şəhərinə videoreportaj həsr edib Azərbaycan Ordusunun Komando bölmələrində təlim məşqləri keçirilir - Video Ukrayna Rusiyanın bir milyard dollarlıq əmlakına həbs qoyub 7000 nəfərə "Müharibə veteranı" adının verilməsi ilə bağlı qərar qəbul edilib “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 118-ci kitabı çapdan çıxıb "Şuşa İli"nə həsr olunmuş muğam festivalına yekun vurulub “Ordümüz Gücümüzdür”Silahlı qüvvələrin 104 illiyinə həsr olunmuş tədbir keçirilib "Qoşulmama Hərəkatındakı dostlarımız Azərbaycana qarşı təxribatların qarşısını aldılar" Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutunun rolu artıb - Tokayev Brüsseldə Azərbaycanın “Ağıllı kənd” modelindən danışılıb "Şuşa məişət əşyaları" adlı virtual sərgi hazırlanıb Prezident İlham Əliyev Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında iştirak edib Silahlı Qüvvələr gününə həsr olunan tədbir keçirildi Prezident İlham Əliyev: Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir "Müharibə yalnız Ukraynanın qələbəsi ilə başa çatacaq" Azərbaycan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla görüşüb