2022-05-29 09:15:34 | MƏDƏNİYYƏT
Bakıda Şuşanın 270, Xurşidbanu Natəvanın 190 illiyinə həsr olunmuş konfrans keçirilib

Beynəlxalq Türk Akademiyası birinci Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində Şuşa şəhərinin 270, Xurşidbanu Natəvanın anadan olmasının 190 illiyinə həsr olunan konfrans təşkil edib.

Fact-info.az xəbər verir ki, konfransda Beynəlxalq Türk Akademiyasının qazax dilində nəşr etdiyi “Qarabağ: Azərbaycanın incisi – tarixi, mədəniyyəti, təbiəti” kitab-albomunun təqdimatı keçirilib.

Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti Füzuli Məcidli tədbirin məqsədi və kitab-albom barədə məlumat verib. 44 günlük Vətən müharibəsi zamanı çapdan çıxan kitabın ensiklopedik nəşr olduğunu və ilk dəfə bir beynəlxalq təşkilat tərəfindən Qarabağla bağlı fundamental nəşr ortaya qoyulduğunu diqqətə çatdırıb.

Sonra Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutun direktoru, akademik Muxtar İmanov, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid, Qazaxıstandan şair Gülnaz Fayzulla, AMEA Ədəbiyyat İnstitutundan tanınmış alimlər və digər qonaqlar çıxış edərək Xurşidbanu Natəvan irsi barədə fikirlərini bölüşüblər.

Tədbirin sonunda iştirakçılar Türk Akademiyasının nəşrlərinin sərgiləndiyi stendlə tanış olublar.

Baxış sayı : 284
Azərbaycan QHT-ləri beynəlxalq təşkilatlara müraciət edib Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisi yekunlaşıb Şuşanın Yuxarı Gövhərağa məscidində erməni vandalizmini əks etdirən sənədli film çəkilir Ukraynada öldürülən rus hərbçilərin sayı 44 minə ÇATIR Fatma Yıldırım: Bu gün diktə edən tərəf qalib Azərbaycandır Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim keçir Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib Fazil Mustafa: Prezident İlham Əliyevin son açıqlamaları tarixi-strateji əhəmiyyətə malikdir Zaur Məmmədov: Prezident İlham Əliyev müsahibəsində regiondakı proseslərə müdaxilə etmək istəyənlərə çox vacib mesajlar verdi Ərdoğan: “Türkiyə özünü əsas silah istehsalçısı və təchizatçısı kimi təsdiqləyib” Britaniyadakı Azərbaycan icması “Mehdinin Xidmətçiləri Birliyi”nin terrorçu təşkilat kimi tanınmasını tələb edir Şuşa ... Tarixi sükut nələr danışır - Solmaz Rüstəmova-Tohidi yazır Prezident İlham Əliyev AzTV-yə müsahibə verib "Azad edilmiş ərazilərdə kənd təsərrüfatı üçün çox münbit təbii şərait var" - Prezident Şuşa ilə bağlı yeni layihənin icrasına başlanılıb Azərbaycan Ordusu Buzdux və digər hakim yüksəkliklərdə mühəndis işləri görür Ukraynanın yenidən qurulması üçün beynəlxalq konfrans keçiriləcək "Tarix yazan oğullar" və "Qarabağın fatehləri" kitablarının təqdimatı keçirilib Laçın dəhlizi ətrafında yaranmış vəziyyət Üçtərəfli Bəyanatın 6-cı bəndi əsasında nizamlanmalıdır Rusiya ordusu bu qədər itki verib İşğaldan azad edilmiş ərazilərdə 42 abidə pasportlaşdırılıb “Ermənistan öhdəliklərinə zidd fəaliyyət göstərir və sülhə maneə törədir” - Ceyhun Bayramov Rafiq Quliyev: “Səsləndirilmiş fikirlərdən təşkilatçılar nəticə çıxarmalıdırlar” Agentlik QHT-lərlə online görüş keçirib