2022-03-08 21:00:42 | AKTUAL
"Şəhid vermiş qəhrəman anaların qarşısında baş əyirəm" - Millət vəkili Azərbaycan qadınlarını təbrik etdi

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib. Təbrikdə deyilir:

"Əziz ANALAR, BACILAR və dəyərli XANIMLAR !

Sizin hər birinizi "8 MART Beynəlxalq Qadınlar Günü" münasibəti ilə səmimi qəlbdən təbrik edir, can sağlığı, uzun ömür və sonsuz xoşbəxtlik arzu edirəm!

Bu tarixi gün dünyanın bir çox ölkəsində qadınlara hörmət və ehtiram əlaməti olaraq yüksək səviyyədə qeyd edilir. Bu bayram ilk baxışdan elə təsir bağışlayır ki, sanki bu bayram xanımlara çiçək və hədiyyə almaq üçün təsis edilib, ancaq bu günün yaranma tarixinə nəzər salsaq, görərik ki, 8 Mart heç də romantik hadisələr nəticəsində yaranmayıb. Tam əksinə, qadının cəmiyyətdəki rolu və hüquqları uğrunda apardığı mübarizə ilə bağlıdır.

Bu gözəl bayramın yaranma səbəbi ilə tanış olaq. 1857-ci il martın 8-i ABŞ-ın Nyu-York şəhərində tikiş və ayaqqabı fabrikinin qadın işçiləri nümayişə çıxırlar. Onlar 10 saatlıq iş günü, işıqlı və rahat iş yeri, kişilərlə eyni maaş tələb edirlər. O zaman qadınlar sutka ərzində 16 saat işləyir, bunun müqabilində isə qəpik-quruş alırdılar. Ancaq polis nümayişi dağıtmaq üçün işçilərə hücum edir və fabrikin qapılarını bağlayır. Fabrikdə yanğın başlayır. Ancaq işçilər fabrikin qarşısında qurulan barrikadalardan keçərək qaça bilmirlər. Nəticədə çoxu qadın olmaqla 129 işçi yanaraq həyatını itirir. Beləliklə, qadınların haqqı uğrunda apardığı mübarizəyə qanla yekun vurulur. İşçilərin cənazə mərasiminə 100 mindən çox insan qatılır.

Bu hadisədən 53 il sonra, 1910-cu ildə Danimarkanın Kopenhagen şəhərində keçirilən 2-ci Beynəlxalq Sosializm Konfransında Almaniya Sosial Demokrat Partiyası liderlərindən olan Klara Setkin tekstil fabriki yanğınında ölən qadın işçilərin xatirəsinə 8 martın "Dünya Qadınlar Günü" olaraq qeyd olunmasını təklif edir və təklif qəbul edilir. Amma qadınlar günü ilk dəfə Avstriya, Danimarka, Almaniya və İsveçrədə 1911-ci ilin martın 19-da qeyd edilir. O zaman milyondan artıq kişi və qadın nümayişlərdə iştirak edir.

Azərbaycanda 8 mart - bayram kimi ilk dəfə 1917-ci ildən qeyd edilir. 1965-ci ildən keçmiş SSRİ-də 8 mart - Beynəlxalq Qadınlar Günü istirahət günü elan olunub. 1975-ci il isə dünya qadınları üçün xüsusi əhəmiyyət daşıyır. Həmin ildə ilk dəfə olaraq BMT Beynəlxalq Qadınlar Gününü qeyd edir. İki il sonra isə qurumun ümumi qurultayında 8 Mart - Qadın Hüquqları və Beynəlxalq Sülh Günü olaraq rəsmiləşir. Xüsusi ilə qeyd etmək istərdim ki, Azərbaycan qadınlarının müasir cəmiyyətimizin formalaşmasında xüsusi yeri və rolu var. Azərbaycan xanımları zərifliyin, ülviliyin və gözəlliyin rəmzi olaraq milli varlığımızı özündə əks etdirən mədəni dəyərlərimizin əsrlərdən bəri bir bütöv halında qorunub saxlanılmasında misilsiz xidmətlər göstərmiş və həmişə cəmiyyətimizin etibarlı mənəvi dayağı olmuşlar. Eyni zamanda onlar hər sahədə yüksək fəallığı, zəngin biliyi, vətənpərvərliyi, dövlətçilik ənənələrinə sədaqəti, mərdliyi ilə tarix boyu seçilmiş və xalqımızın taleyində əhəmiyyətli rol oynamışlar.

Hələ qan yaddaşımız olan "Dədə Qorqud" eposunda qəhrəman qadın obrazları Oğuz igidləri, ərlərlə yanaşı da vəsf edilmişdir.

Məsələn, Qantural evlənmək üçün özünə nişanlı axtaranda deyir ki, elə bir qız istəyirəm ki, mən ayağa qalxmamış o qalxmış olsun, mən evdən çıxmamış o çıxmış olsun, mən ov ovlamamış o ovlamış olsun. Atası Qanlıqoca isə deyir: sən özünə arvad yox, qardaş axtarırsan. Bəli, oğuz igidləri özlərinə tay ola biləcək, onlarla çiyin-çiyinə vuruşacaq, ocağı, evi qoruya biləcək xanım axtarırdılar. Dastandakı qadın obrazlarının əksəriyyəti qurşaq tutur, ox atır, ov ovlayır, Oğuz elinin dar günündə ərləri ilə yanaşı döyüşlərdə iştirak edirlər…

Bəli, Azərbaycanın müdrik hökmdar, cəsur sərkərdə, istedadlı şair və sənətkar xanımlarının adları çoxəsrlik zəngin tariximizin səhifələrinə qızıl hərflərlə yazılmışdır.

Azərbaycan cəmiyyəti tarixin bütün anlarında qadın haqlarına daima üstünlük vermişdir. Şərqdə ilk dəfə qadınlara seçki hüququ verən məhz Azərbaycan dövləti olmuşdur. Hətta Avropa ölkələrinin bir çoxunda qadınların seçki hüquqları Azərbaycandan sonra verilmişdir.

Bu gün də ölkəmizin ictimai-siyasi həyatında müstəsna yeri olan, beynəlxalq aləmdə dövlətimizin adını uca edən, milli-mənəvi dəyərlərimizi qoruyaraq dünyada təbliğ edən Mehriban xanım Əliyeva kimi, eyni zamanda vətən və dövlət üçün şəhidliyi gözə alan mərd övladlar yetişdirən qəhrəman analar müasir tariximizin səhifələrini zənginləşdirərək, milli kimliyimizin təsdiqində xüsusi rol oynayırlar.

Qadınların ürəyinin böyüklüyünə heyrətlənməmək mümkün deyil. Ən çətin və çıxılmaz anlarda belə ümid dolu olur, bəşəriyyətin sülhə nail olmasına öz töhvələrini verirlər.

Bu gün xüsusi olaraq vətənimiz, dövlətimiz üçün layiqli oğullar tərbiyə etmiş analara ən xoş arzularımı çatdıraraq Vətən müharibəsi günlərində Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid vermiş qəhrəman analarının qarşısında baş əyirəm.

İnanıram ki, Azərbaycan qadını hər zaman olduğu kimi böyük ürəyi və zəngin mənəviyyatlı ilə bundan sonrada müasir cəmiyyətimizin formalaşmasında xüsusi rola malik olcaqdır. Dahi Huseyn Cavidin təbiri ilə desək:

“Qadın gülərsə, bu ıssız mühitimiz güləcək, Sürüklənən bəşəriyyət qadınla yüksələcək!” Arzu edirəm ki, heç zaman gülüş üzünüzdən əskik olmasın və gülmək üçün hər zaman səbəbiniz olsun! Dəyərli Xanımlar bir daha bayramınız mübarək!"

Baxış sayı : 274
Azərbaycan QHT-ləri beynəlxalq təşkilatlara müraciət edib Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisi yekunlaşıb Şuşanın Yuxarı Gövhərağa məscidində erməni vandalizmini əks etdirən sənədli film çəkilir Ukraynada öldürülən rus hərbçilərin sayı 44 minə ÇATIR Fatma Yıldırım: Bu gün diktə edən tərəf qalib Azərbaycandır Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim keçir Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib Fazil Mustafa: Prezident İlham Əliyevin son açıqlamaları tarixi-strateji əhəmiyyətə malikdir Zaur Məmmədov: Prezident İlham Əliyev müsahibəsində regiondakı proseslərə müdaxilə etmək istəyənlərə çox vacib mesajlar verdi Ərdoğan: “Türkiyə özünü əsas silah istehsalçısı və təchizatçısı kimi təsdiqləyib” Britaniyadakı Azərbaycan icması “Mehdinin Xidmətçiləri Birliyi”nin terrorçu təşkilat kimi tanınmasını tələb edir Şuşa ... Tarixi sükut nələr danışır - Solmaz Rüstəmova-Tohidi yazır Prezident İlham Əliyev AzTV-yə müsahibə verib "Azad edilmiş ərazilərdə kənd təsərrüfatı üçün çox münbit təbii şərait var" - Prezident Şuşa ilə bağlı yeni layihənin icrasına başlanılıb Azərbaycan Ordusu Buzdux və digər hakim yüksəkliklərdə mühəndis işləri görür Ukraynanın yenidən qurulması üçün beynəlxalq konfrans keçiriləcək "Tarix yazan oğullar" və "Qarabağın fatehləri" kitablarının təqdimatı keçirilib Laçın dəhlizi ətrafında yaranmış vəziyyət Üçtərəfli Bəyanatın 6-cı bəndi əsasında nizamlanmalıdır Rusiya ordusu bu qədər itki verib İşğaldan azad edilmiş ərazilərdə 42 abidə pasportlaşdırılıb “Ermənistan öhdəliklərinə zidd fəaliyyət göstərir və sülhə maneə törədir” - Ceyhun Bayramov Rafiq Quliyev: “Səsləndirilmiş fikirlərdən təşkilatçılar nəticə çıxarmalıdırlar” Agentlik QHT-lərlə online görüş keçirib