2022-01-25 07:25:07 | AKTUAL
“Tarix belə insanları heç zaman unutmur”

Azərbaycan tarixində özünəməxsus yeri olan tarixi şəxsiyyətlərdən biri də Hacı Zeynalabdin Tağıyevdir. O Azərbaycan xalqının yaddaşında həm də böyük xeyriyyəçi insan kimi qalıb. Həmin dövrdə kifayət qədər imkanlı digər insanlar da var idi. Ancaq onlar arasında xalqın yaddaşında məhz Zeynalabdin Tağıyev qaldı.

Onun Azərbaycan xalqı qarşısında xidmətləri misilsizdir. Bakıya suyun, tramvay xəttinin çəkilməsi, Qızlar məktəbinin açılması, Qurani-Kərimin nəşri, məscidlərin tikilməsi kimi bir çox xeyriyyə işləri sırf onun adı ilə bağlıdır.

Zeynalabdin Tağıyevin xeyriyyəçilik fəaliyyətində xüsusi önəm verdiyi sahələrdən biri təhsildir. O pulunun bir hissəsini davamlı olaraq Azərbaycan xalqının savadlanmasına, maariflənməsinə həsr edib. Onun ən böyük xidmətlərindən biri də çoxlu sayda gəncləri təhsil almaq üçün xaricə göndərməsi olub. Sonradan həmin şəxslər Azərbaycan tarixində, ictimai fikrində mühüm rol oynadılar. Prezident İlham Əliyev onun heykəlinin açılışındakı çıxışında bir mühüm məqama toxundu. Qeyd etdi ki, Əziz Əliyevin təhsilində Zeynalabdin Tağıyevin böyük rolu olub. Azərbaycanın tanınmış ictimai siyasi xadimi Əziz Əliyev Zeynalabdin Tağıyevin təhsilinə dəstək olduğu yüzlərlə azərbaycanlılardan biridir.

Tağıyevin Azərbaycan təhsil tarixində böyük xidmətlərindən biri Bakıda Qızlar məktəbinin açılmasıdır. O vaxt həmin məktəbin açılması çox ciddi etirazla qarşılanmışdı. Bəzi mövhumat və xurafat tərəfdarları çox ciddi etiraz edirdilər. Buna baxmayaraq Hacı Zeynalabdin Tağıyev həmin məktəbin yaranmasına öz töhfəsini verdi və o dövrdən başlayaraq Azərbaycan qızları aktiv təhsil prosesinə qoşuldular.

Bu gün Hacı Zeynalabdin Tağıyevin xatirələrdə qalmasının əsas səbəblərindən biri ölkə başçısının qeyd etdiyi kimi onun xeyriyyəçilik fəaliyyətidir. Onun fəaliyyətinin böyük hissəsi bizə məlumdur. Ancaq onun xeyriyyəçilik fəaliyyəti bununla məhdudlaşmır. Onun hər bir addımı Azərbaycanın mədəni inkişafına, milli ənənələrinin möhkəmlənməsinə, xalqın maariflənməsinə ciddi töhfələr verib. İnanıram ki, bu gün Azərbaycanın imkanlı insanları Hacı Zeynalabdin Tağıyevin əsasını qoyduğu xeyriyyəçilik ənənələrini daha da inkişaf etdirəcəklər. Hazırda bu işləri Heydər Əliyev Fondu, az sayda iş adamları davam etdirir. Ancaq xeyriyyəçilik fəaliyyətinin dairəsinin daha da genişlənməsinə ciddi ehtiyac var.

İnanıram ki, Prezidentin bu çıxışından sonra imkanlı insanlarımız öz fəaliyyətlərində xeyriyyəçilik fəaliyyətlərinə daha geniş yer verəcəklər. Təhsilimizin və elmimizin inkişafına töhfələrini əsirgəməyəcklər. Tarixdə, xalqın yaddaşında hər zaman belə insanlar qalır.

Millət vəkili Ceyhun Məmmədov

Baxış sayı : 389
“Şuşa - Qarabağın dünəni, bu günü, sabahı”: Firidun bəy Köçərli Anastasiya Lavrina: Ermənistan başa düşməlidir ki, istənilən təxribata müvafiq cavab veriləcək Kiyevdə 55 ölkənin səfirliyi işini bərpa edib Komitə sədri FHN əməkdaşları ilə birlikdə yanğınsöndürmə əməliyyatında Sərhəd bölmələri müasir silahlarla təmin edilir - DSX rəisi Birinci vitse-prezident Mehriban Əliyeva Müslüm Maqomayevin 80 illik yubileyi ilə bağlı paylaşım edib Yaponiyanın YouTube kanalı Azərbaycanın “Qisas” əməliyyatı barədə xüsusi veriliş yayımlayıb “Qaçqınkom”dan Laçın ziyalılarına ikili münasibət... Zelenski Rusiyaya çağırış etdi «Xəzər» jurnalın yeni sayı nəşr olunub Azərbaycan XİN: "Ermənistan sülhə belə hazırlaşır?!” İnformasiya təhlükəsizliyi ixtisaslarının keçid balı hüquqdan yüksək olacaq Yeni dünya nizamının formalaşması prosesi növbəti mərhələdə: siyasi analiz və proqnozlaşdırma Azad edilmiş ərazilərdə 110 sərhəd-döyüş məntəqəsi yaradılıb - General-leytenat Abbas Xəlilov Ukraynada Rusiya ordusunun generalı öldürülüb Ermənilərin bu əməli ekoloji terrordur - ETSN Azərbaycan QHT-ləri beynəlxalq təşkilatlara müraciət edib Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisi yekunlaşıb Şuşanın Yuxarı Gövhərağa məscidində erməni vandalizmini əks etdirən sənədli film çəkilir Ukraynada öldürülən rus hərbçilərin sayı 44 minə ÇATIR Fatma Yıldırım: Bu gün diktə edən tərəf qalib Azərbaycandır Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim keçir Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib Fazil Mustafa: Prezident İlham Əliyevin son açıqlamaları tarixi-strateji əhəmiyyətə malikdir