2022-01-14 20:15:52 | QHT VƏ MEDİA
İctimai Nəzarət Mərkəzinin onlayn konfransı keçirilib

İctimai Nəzarət Mərkəzinin 14 yanvar 2022-ci il tarixində “Vətəndaşların sosial problemləri və ictimai nəzarət” mövzusunda onlayn konfrans keçirilib.

Konfransda bir sıra dövlət qurumları, QHT və KİV nümayəndələri iştirak edib. İctimai Nəzarət Mərkəzinin sədri Rauf Zeyni iştirakçıları salamlayaraq tədbiri açıq elan edib. Daha sonra dünyada, eləcə də ölkəmizdə mövcud olan sosial problemləri, bu problemlərin həlli üçün keçirilən tədbirlər, islahatlar barədə iştirakçılara məlumat verib. Konfransda məruzəçi qismində çıxış edən “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rzazadə öz məruzəsini tədbir iştirakçılarına təqdim edərək həyata keçirilən sosial islahatların əhəmiyyətini qeyd edib.

Konfrans müddətində bir sıra dövlət qurumları və QHT nümayəndələri, ictimai şura üzvləri - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında İctimai Şuranın sədri Elşad Məmmədov, Şəmkir Təlim və Resurs Mərkəzinin sədri Fuad Bədəlov, “Azərbaycan Sahibkar Qadınlar” İctimai Birliyinin sədri Zenfira Ağayeva, Balakən rayonu İcra Hakimiyyətinin ictimai, siyasi və humanitar məsələləri üzrə şöbəsinin baş məsləhətçisi Aynur Omanova, “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı İB-nin sədri Əhməd Abbasbəyli, ATXƏM-in sədri İlham İsmayılov, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbər müavini Tanrıverdi Aydınov, Əbdürrəhim bəy Haqverdiyev Mərkəzinin rəhbəri Eldar Məlik-Abbas, Dövlət Miqrasiya Xidmətinin əməkdaşı Adəm Salahov, Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi İsrafil Kərimov, “İnkişafa və islahatlara dəstək” İB-nin sədri Ramil Əliyev, Azadlıq Hərəkatçıları Birliyinin sədri Təhmasib Novruzov, “İnkişaf və Rifah Naminə” İB-nin sədri Zəminə Səfərova, Dövlət Gömrük Komitəsinin nümayəndəsi Vüqar Əliyev, Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın sədri Gəray Əlibəyov, Sumqayıt şəhəri İcra Hakimiyyətinin şöbə müdiri Fərman Kazımov, Şirvan rayonu İcra Hakimiyyətinin şöbə müdiri Adəm Hüseynov, Əlil Qadınlar Cəmiyyətinin sədri Məhluqə Rəhimova, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı Ülvi Qiyasov və.s digər iştirakçılar çıxış edərək öz fikir və təkliflərini bildirib.

Yekunda İradə Rzazadə verilən sualları cavablandırıb və sosial problemlərin həllinə dair öz təkliflərini irəli sürüb. Rauf Zeyni tədbir iştirakçılarına öz təşəkkürünü bildirib və İctimai Nəzarət Mərkəzinin fəaliyyətinə uğurlar arzulayıb.

Baxış sayı : 341
Azərbaycan Milli QHT Forumu X Qurultayı ilə əlaqədar tədbirlər davam edir Ölkəmizin hava məkanı etibarlı müdafiə olunur - Video Azərbaycanda arxiv işi ilə bağlı vahid elektron məlumat sistemi yaradılacaq "Dastana dönən şəhid" filminin təqdimatı olub YUXARI GÖVHƏRAĞA MƏSCİDİ: “Bərpa” vandalizm aktı idi (ikinci yazı) Türkiyə ilə Ukrayna arasında mühüm saziş imzalandı “Şuşa - Qarabağın dünəni, bu günü, sabahı”: Firidun bəy Köçərli Anastasiya Lavrina: Ermənistan başa düşməlidir ki, istənilən təxribata müvafiq cavab veriləcək Kiyevdə 55 ölkənin səfirliyi işini bərpa edib Komitə sədri FHN əməkdaşları ilə birlikdə yanğınsöndürmə əməliyyatında Sərhəd bölmələri müasir silahlarla təmin edilir - DSX rəisi Birinci vitse-prezident Mehriban Əliyeva Müslüm Maqomayevin 80 illik yubileyi ilə bağlı paylaşım edib Yaponiyanın YouTube kanalı Azərbaycanın “Qisas” əməliyyatı barədə xüsusi veriliş yayımlayıb “Qaçqınkom”dan Laçın ziyalılarına ikili münasibət... Zelenski Rusiyaya çağırış etdi «Xəzər» jurnalın yeni sayı nəşr olunub Azərbaycan XİN: "Ermənistan sülhə belə hazırlaşır?!” İnformasiya təhlükəsizliyi ixtisaslarının keçid balı hüquqdan yüksək olacaq Yeni dünya nizamının formalaşması prosesi növbəti mərhələdə: siyasi analiz və proqnozlaşdırma Azad edilmiş ərazilərdə 110 sərhəd-döyüş məntəqəsi yaradılıb - General-leytenat Abbas Xəlilov Ukraynada Rusiya ordusunun generalı öldürülüb Ermənilərin bu əməli ekoloji terrordur - ETSN Azərbaycan QHT-ləri beynəlxalq təşkilatlara müraciət edib Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisi yekunlaşıb