2022-01-10 10:00:34 | AKTUAL
Nursultan Nazarbayev şəxsən Təhlükəsizlik Şurasının sədri vəzifəsini prezident Tokayevə vermək qərarına gəlib - mətbuat katibi

Yelbası bütün bu günlərdə Nur-Sultan şəhərində olub və dövlət başçısına dəstək olub. Lakin vəziyyət çox çətin idi və buna görə də o, şəxsən Təhlükəsizlik Şurasının sədri vəzifəsini prezidentə təhvil vermək qərarına gəlib.

Fact-info.az xəbər verir ki, bunu KİV-ə açıqlamasında Qazaxıstanın birinci prezidenti - Yelbası Nursultan Nazarbayevin müşaviri - mətbuat katibi Aydos Ukibay söyləyib.

Onun sözlərinə görə, Yelbası və Kasım-Jomart Tokayev həmişə “barrikadaların eyni tərəfində” olaraq, xalqını, ölkəsini, millətin gələcəyini müdafiə edib, və hamı üçün çətin olan bu günlərdə onlar dövlət hakimiyyətinin tamlığını bir daha nümayiş etdiriblər.

"Son zamanlar mətbuatda və sosial şəbəkələrdə Qazaxıstanın Birinci Prezidenti ilə bağlı çoxlu sayda yalan şayiələr və təxribat xarakterli yazılar yayılır. İndiki şəraitdə biz bu cür fəaliyyəti siyasi vəziyyəti və dövlətin konstitusiya əsaslarını sarsıtmaq cəhdi kimi qiymətləndiririk.

Əvvəllər bəyan etdiyim kimi, Yelbası bütün bu günlərdə Nur-Sultan şəhərində olub və dövlət başçısına dəstək olub. Lakin vəziyyət çox çətin idi və buna görə də o, şəxsən Təhlükəsizlik Şurasının sədri vəzifəsini prezidentə təhvil vermək qərarına gəlib. Çünki o, yaxşı bilirdi ki, iğtişaşlar və terror ölkə rəhbərliyindən operativ, sərt və barışmaz cavab tələb edir.

Bu çətin zamanda Nursultan Nazarbayev bütün vətəndaşları xalqımızın birliyini və həmrəyliyini nümayiş etdirməyə, terrorçulara qarşı mübarizədə və Qazaxıstanda həyatın normallaşdırılmasında prezidentimiz Kasım-Jomart Tokayevi dəstəkləməyə çağırır.

Yelbası terror aktları nəticəsində insanların həlak olmasından kədərlənir və həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir”, - deyə Aydos Ukibay bildirib.

Baxış sayı : 481
“Şuşa - Qarabağın dünəni, bu günü, sabahı”: Firidun bəy Köçərli Anastasiya Lavrina: Ermənistan başa düşməlidir ki, istənilən təxribata müvafiq cavab veriləcək Kiyevdə 55 ölkənin səfirliyi işini bərpa edib Komitə sədri FHN əməkdaşları ilə birlikdə yanğınsöndürmə əməliyyatında Sərhəd bölmələri müasir silahlarla təmin edilir - DSX rəisi Birinci vitse-prezident Mehriban Əliyeva Müslüm Maqomayevin 80 illik yubileyi ilə bağlı paylaşım edib Yaponiyanın YouTube kanalı Azərbaycanın “Qisas” əməliyyatı barədə xüsusi veriliş yayımlayıb “Qaçqınkom”dan Laçın ziyalılarına ikili münasibət... Zelenski Rusiyaya çağırış etdi «Xəzər» jurnalın yeni sayı nəşr olunub Azərbaycan XİN: "Ermənistan sülhə belə hazırlaşır?!” İnformasiya təhlükəsizliyi ixtisaslarının keçid balı hüquqdan yüksək olacaq Yeni dünya nizamının formalaşması prosesi növbəti mərhələdə: siyasi analiz və proqnozlaşdırma Azad edilmiş ərazilərdə 110 sərhəd-döyüş məntəqəsi yaradılıb - General-leytenat Abbas Xəlilov Ukraynada Rusiya ordusunun generalı öldürülüb Ermənilərin bu əməli ekoloji terrordur - ETSN Azərbaycan QHT-ləri beynəlxalq təşkilatlara müraciət edib Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisi yekunlaşıb Şuşanın Yuxarı Gövhərağa məscidində erməni vandalizmini əks etdirən sənədli film çəkilir Ukraynada öldürülən rus hərbçilərin sayı 44 minə ÇATIR Fatma Yıldırım: Bu gün diktə edən tərəf qalib Azərbaycandır Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim keçir Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib Fazil Mustafa: Prezident İlham Əliyevin son açıqlamaları tarixi-strateji əhəmiyyətə malikdir