2021-11-29 10:15:46 | MƏDƏNİYYƏT
Aşıq Ələsgər yaradıcılığının dərindən öyrənilməsi və mənimsənilməsi bütün türk dünyası üçün vacibdir

Ankarada Azərbaycanın böyük el sənətkarı, saz və söz sərrafı Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş mərasim və “Aşıq Ələsgərin seçilmiş şeirləri” kitabının təqdimatı keçirilib.

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Mərkəzi Qərargahında keçirilən tədbirin rəsmi hissəsində TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Azərbaycan Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Azərbaycanın Türkiyədəki səfirliyinin birinci katibi Elxan Zeynalov və Azərbaycan Mədəniyyət Nazirliyinin nümayəndəsi Nərmin İsmayılova çıxış ediblər.

Çıxışlarda 2021-ci ildə Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin anadan olmasının 200 illiyi tamam olması ilə bağlı Azərbaycan Prezidentinin müvafiq Sərəncamından irəli gələn vəzifələr çərçivəsində görülən işlər yüksək dəyərləndirilib. Aşıq Ələsgər yaradıcılığının əhəmiyyəti, söz və saz sənatkarının fəaliyyətinin araşdırılması, Azərbaycanda Ələsgər sənətinə və onun inkişafına göstərilən diqqət və qayğı, türk dünyasında daha geniş tanıdılmasının vacibliyi məsələlərinə toxunulub.

Türk dünyasının görkəmli şəxsiyyətlərinin tanıdılması istiqamətində TÜRKSOY-un həyata keçirdiyi layihələrdən bəhs edən baş katib Düsen Kaseinov bildirib ki, rəhbərlik etdiyi təşkilat hər zaman Azərbaycanın tarixi şəxsiyyətlərinin və onların yaradıcılığının təbliğinə diqqətlə yanaşıb. Aşıq Ələsgər həm görkəmli el sənətkarı, həm də ürəkləri oxşayan yüksəkkeyfiyyətli şəxsiyyət və insan kimi təbliği, onun yaradıcılıq nümunələrinin müxtəlif dillərə tərcüməsi və nəşri olduqca vacib bir məsələdir.

Çıxışında Azərbaycanın tarixi şəxsiyyətlərinin zəngin yaradıcılığının müqayisəli təhlilinə geniş yer ayıran Milli Məclisin komitə sədri Qənirə Paşayeva Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Azərbaycan Ordusunun rəşadətli Qarabağ Qələbəsindən bəhs edərək vurğulayıb ki, xalqımız işğal altındakı ərazilərini düşməndən geri almaqla həm də böyük bir mədəniyyətlə mədəniyyətsizliyə qarşı tarixi Zəfər qazanıb.

Türkiyədəki səfirliyimizin birinci katibi Elxan Zeynalov görkəmli simaların tanıdılması və təbliği, yaradıcı şəxslərin əsərlərinin nəşri və dünyada yayılmasının Azərbaycanda mühüm dövlət siyasəti olduğunu diqqətə çatdıraraq vurğulayıb ki, aşıq Ələsgər həm yüksək insani keyfiyyətləri, həm də nadir yaradıcılığı ilə hər zaman sevilib və böyük məhəbbətlə xatırlanıb.

Mədəniyyət Nazirliyinin nümayəndəsi Nərmin İsmayılova görkəmli şəxsiyyətlərin tanıdılması, təbliği və əsərlərinin nəşri ilə bağlı Azərbaycanda görülən işlər, həyata keçirilən strateji mədəniyyət layihələri, o cümlədən mühüm nəşrlər barədə geniş məlumat verib.

Rəsmi çıxışlardan sonra “Ulu Göyçə” sənədli filmi göstərilib.

Sonra tədbir panel iclaslarla davam edib.

“Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri, Aşıq Ələsgərin nəticəsi Xətai Ələsgərli, “Ozan dünyası-aşıq yaradıcılığının təbliği” İctimai Birliyinin sədri Musa Nəbioğlu, araşdırmaçı-yazıçı Songül Dündar, “Dünya söz akademiyası” dərnəyinin sədri, professor Hayrettin İvgin və tanınmış ədəbiyyatçısı və tərcüməçi Kənan Çarboğa ustad aşıq Ələsgər yaradıcılığının ayrı-ayrı istiqamətləri barədə çıxış ediblər.

Diqqətə çatdırılıb ki, XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycan aşıq ədəbiyyatında söz və saz sərrafı Aşıq Ələsgər möcüzəvi yaradıcılıq fəaliyyəti ilə ədəbi kəlamın yeni ömrü başlayıb. Dədə Ələsgər kimi xalq arasında sayılıb seçilən sənətkar “Haqq aşığı” adını qazanıb və hamı tərəfindən sevilib. Hələ uşaq yaşlarından fitri istedadı, iti yaddaşı, yüksək şəxsi keyfiyyətləri ilə hamının rəğbətini və məhəbbətini qazanan Ələsgər yorulmaz fəaliyyəti ilə saz dünyasının yeni sirlərini açmağa nail olub. O, müəllim və ustadlarının əməyini dərindən mənimsəməklə bərabər, onların adını həmişə ucada tutub.

Çıxışlarda vurğulanıb ki, Aşıq Ələsgər yaradıcılığı təkcə Azərbaycanda deyil, bütün türk dünyasında el sənətkarları, eləcə də şifahi və yazılı xalq ədəbiyyatının tədqiqatçıları üçün hər zaman cəlbedici olub. Əminliklə qeyd olunub ki, türk dünyasının birliyi və sürətlə inteqrasiyası bütün sahələrdə olduğu kimi mədəni əlaqələrin inkşafında da dinamik yüksəlişin qorunmasına müstəsna təsir göstərəcəkdir ki, bu da aşıq sənətini tarixi ənənələrin və müasir vəziyyətinin təhlilinə və öyrənilməsinə təkan verəcəkdir. Qeyd olunub ki, Dədə Ələsgər yaradıcılığının bütün istiqamətlərinin dərindən öyrənilməsi, ustad el sənətkarın yaradıcılıq sirlərinin, onun təcrübə və irsinin müasir sənətçilər tərəfindən mənimsənilməsi bütün türk dünyası üçün vacib və əhəmiyyətlidir.

Tədbir çərçivəsində görkəmli saz və söz ustası Aşıq Ələsgər yaradıcılığına həsr olunan musiqili bədii hissə təqdim olunub. Azərbaycanlı aşıq Ramin Qarayev və türkiyəli el sənətkarı aşıq Səlahəddin Dündar sazın və sözün qüdrəti ilə mərasimi daha da təravətləndiriblər.

Tədbir Azərbaycanın Mədəniyyət Nazirliyi, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycanın Türkiyədəki səfirliyi, Milli Məclisin Mədəniyyət komitəsi, Azərbaycan Aşıqlar Birliyi və TÜRKSOY-u birgə təşkilatçılığı ilə keçirilib.

Qeyd edək ki, “Aşıq Ələsgərin seçilmiş şeirləri” kitabı Türkiyənin tanınmış ədəbiyyatçısı Kənan Çarboğa tərəfindən tərcümə edilib.

Baxış sayı : 202
Sosial ədalətsizlik, qeyri-adekvat psixi durum, yoxsa mənəvi dəyərlərin fiaskoya uğraması? 2022-01-16 10:50:54 Devid Harris: Bizim üçün Azərbaycanın regional və qlobal əhəmiyyəti böyükdür 2022-01-16 09:55:53 Qazaxıstandakı iğtişaşlarda ölənlərin sayı açıqlanıb 2022-01-16 09:45:33 QHT-lərin Korrupsiyaya qarşı mübarizə və ictimai nəzarətin gücləndirilməsində roluna dair tədbir keçirilib 2022-01-15 22:20:18 Şair-publisist Faiq Balabəylinin 20 Yanvar hadisələri ilə bağlı yeni kitabı çapdan çıxıb 2022-01-15 11:25:42 Professor Surxay Musayev: “Tarixi Zəfərimizin yaratdığı ruh yüksəkliyi hər zaman bizim fəaliyyətimizə stimul verir” 2022-01-15 11:50:59 "Azərbaycanda bərpa işlərinin aparılmasında iştirak etmək fikrindəyik" 2022-01-15 09:50:34 QHT sədri uşaq bağçasındakı hadisəyə kəskin etirazını bildirir 2022-01-15 10:30:09 İctimai Nəzarət Mərkəzinin onlayn konfransı keçirilib 2022-01-14 20:15:52 Azad edilmiş ərazilərdə yol infrastrukturu layihələrinin icra vəziyyəti açıqlanıb 2022-01-14 15:35:40 BMT Azərbaycan iqtisadiyyatının proqnozlaşdırılan artım səviyyəsini açıqlayıb 2022-01-14 10:15:04 “Şuşa” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub 2022-01-14 10:00:52 Geosiyasi reallıqlar çərçivəsində istənilən vəziyyətə uyğun davranmaq Azərbaycanın siyasi, hərbi, iqtisadi gücünün göstəricisidir 2022-01-14 09:50:49 "Səudiyyə Ərəbistanı nadir ölkələrdəndir ki, Ermənistanla diplomatik əlaqələr qurmayıb" 2022-01-14 09:30:16 “Azərbaycanla həmişə birlikdəyik, birlik olmağa davam edəcəyik” - Mövlud Çavuşoğlu 2022-01-14 09:05:33 Zakir Həsənov Ali Hərbi Məktəbin şəxsi heyəti ilə görüşüb 2022-01-13 11:50:05 Ermənistan təxribatlar törətməklə sülhün bərqərar olmasına əngəl yaradır 2022-01-13 10:15:23 Britaniya səfiri Qarabağ atlarından yazıb 2022-01-13 09:25:10 Əcnəbi media jurnalistlərin Şuşa səfərindən yazıb 2022-01-13 08:40:34 Qazaxıstan səfiri göstərilən dəstəyə görə Azərbaycana təşəkkür edib 2022-01-13 08:05:44 "Yeni dünya düzənində təşəbbüs göstərən ölkələrdən biri olacağıq" 2022-01-13 07:55:04 Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibə verib 2022-01-12 21:25:39 Əhməd İsmayılov: "MEDİA islahatları: Yeni hədəflərə doğru" 2022-01-12 14:50:17 “Euronews” Azərbaycanın xalq mahnıları və rəqsləri barədə süjet hazırlayıb 2022-01-12 11:20:33