2021-10-20 10:10:39 | TƏDQİQATLAR-ANALITIKA
Regional əməkdaşlıq formatının genişləndirilməsi zərurəti

Türkiyə Böyük Millət Məclisində (TBMM) Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin keçirdikləri üçtərəfli görüşündən sonra Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, TBMM-nin komitə sədri Akif Çağatay Kılıç, Gürcüstan parlamentin komitə sədri Nikoloz Samkharadze birgə mətbuat konfransı keçiriblər.

Böyük Zəfər münasibəti ilə Azərbaycan xalqına təkrar təbriklərini çatdıran TBMM-nin komitə sədri Akif Çağatay Kılıç məlumat verib ki, birgə toplantıda regional və parlamentlərarası əməkdaşlığın genişləndirilməsi, qanunvericilik sahəsində informasiya və təcrübə mübadiləsi, ölkələrimiz arasında siyasi, iqtisadi, humanitar, mədəni əlaqələrin inkişafı və digər məsələlər müzakirə olunub. Azərbaycan, Türkiyə və Gürcüstan arasındakı faydalı əməkdaşlığın nəticələrinin region ölkələri üçün nümunəliyinin və cəlbediciyinin bundan sonra da qorunacağına əminliyini ifadə edərək, Azərbaycanın otuz illik işğala son qoyduğunu xatırladan komitə sədri Akif Çağatay Kılıç diqqətə çatdırıb ki, bu qətiyyətli zəfər Cənubi Qafqazda yeni bir geosiyasi vəziyyət yaradıb. Komitələr arasında keçirilən görüşdə Azərbaycan, Türkiyə və Gürcüstan arasında əlaqələrin genişləndirilməsinə dair səmərəli fikir mübadiləsi aparılıb. Tərəflər terrorun bütün formalarını qınayır, kim tərəfindən harada törədilməsindən asılı olmayaraq bunu yolverilməz hesab edir və qətiyyətlə pisləyirlər. Tərəflər regionda sülh, sabitlik və inkişafı qorumaq və əhatə dairəsini genişləndirmək üçün yekdil fikirdədirlər. Dövlətlərin beynəlxalq birlik tərəfindən tanınan sərhədlərinin toxunulmazlığı dəstəklənir. Avropa İttifaqı, ATƏT və NATO parlament assambleyalarında birgə əməkdaşlığı davam etdirmək faydalı hesab olunub. Tərəflər Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin növbəti, yeddinci toplantısının Azərbaycanda keçirilməsi barədə razılığa gəliblər.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun qazandığı hərbi Zəfəri tarixi nailiyyət kimi dəyərləndirən komitə sədri Səməd Seyidov vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması regionda bütün tərəflərin maraqlarını əks etdirən yeni bir inkişaf şəraiti yaradıb. Yaranmış yeni geosiyasi vəziyyət regiondakı bütün tərəflərə, sülh, sabitlik və inkişaf vəd edir. Azərbaycan, Türkiyə və Gürcüstan arasındakı əməkdaşlıq nümunəvi və faydalıdır. Səməd Seyidov əminliklə bildirib ki, Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələri arasında gələn il Bakıda keçirilməsi nəzərdə tutulan görüşdə daha faydalı müzakirələr aparılacaq.

Keçirilən görüşdə müzakirələrin faydalı və səmərəli olduğunu diqqətə çatdıran komitə sədri Nikoloz Samkharadze qeyd edib ki, Gürcüstan, Azərbaycan və Türkiyə arasındakı dinamizm regiondakı kompleks inkişaf üçün əlverişli mühit formalaşdırıb. Gürcüstan regionda sülh və inkişaf tərəfdarıdır.

Tərəflər sülh, sabitlik, əmin-ənamlıq və inkişaf naminə regional əməkdaşlıq formatının genişləndirilməsinə tərəfdar olduqlarını bəyan ediblər.

Baxış sayı : 201
BMT məhkəməsi Azərbaycanın iddiası üzrə Ermənistana qarşı qərarını dekabrın 7-də açıqlayacaq 2021-11-30 10:55:54 Kəlbəcərin Qılınclı kəndindən VİDEO 2021-11-30 10:25:03 Aşqabad Sammitindən Zəngəzur dəhlizinə hədəflənmiş mesajlar 2021-11-30 09:45:22 İstanbulda şanlı Zəfərimizin birinci ildönümü münasibətilə tədbir keçirilib 2021-11-30 09:30:33 Prezident İlham Əliyev Rusiyanın “Rossiya-1” telekanalına müsahibə verib 2021-11-30 07:15:55 Aşıq Ələsgər yaradıcılığının dərindən öyrənilməsi və mənimsənilməsi bütün türk dünyası üçün vacibdir 2021-11-29 10:15:46 Azərbaycanın İƏT-ə üzv dövlətlərlə səmərəli əməkdaşlığı beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir 2021-11-29 09:45:08 Kəlbəcərin İstibulaq kəndindən VİDEO 2021-11-29 09:20:29 "Azərbaycanla əlaqələrimizin tarixi qədimdir" - İran Prezidenti 2021-11-29 09:00:43 KTMT üzvlərinin Azərbaycanı Zəfərə görə təbrik etməsi sübut edir ki, onlar Ermənistanla münasibətləri korlamaqdan çəkinmirlər - Mixail Finkel 2021-11-29 08:45:16 Pakistan Prezidenti Qarabağ zəfəri münasibətilə Azərbaycanı təbrik edib 2021-11-29 07:25:41 Səttar Möhbalıyev: Soçi görüşü Azərbaycanın növbəti diplomatik qələbəsidir 2021-11-28 11:30:15 Prezident İlham Əliyev Aşqabadda İƏT-in XV Zirvə toplantısında iştirak edir 2021-11-28 10:30:20 Füzulinin Qoçəhmədli kəndi - Video 2021-11-27 18:15:27 TRACECA Avropa-Qafqaz-Asiya dəhlizinin bütün sahələrində marşrutların cəlbediciliyini artırır 2021-11-27 09:15:20 Azərbaycan Prezidenti, Ermənistan baş naziri və Rusiya Prezidenti Bəyanat imzalayıblar 2021-11-27 08:05:20 Bizim Azərbaycanla strateji tərəfdaşlığımız çox uğurla inkişaf edir 2021-11-27 08:50:52 Zakir Həsənov Qusarda şəhid ailələri ilə görüşüb 2021-11-26 17:30:34 “Rusiya ilə ikitərəfli münasibətlərimizin dinamikası bizi çox sevindirir” 2021-11-26 15:15:50 Nizami Gəncəvi öz ideyalarını və müdrikliyini bütün bəşəriyyətə ünvanlayıb 2021-11-26 09:25:57 "Azərbaycanın iddiası üzrə Ermənistana qarşı qərar qəbul ediləcək" 2021-11-26 08:25:21 Maksim Şevçenko: Prezident İlham Əliyevin Qarabağdakı ermənilərə vətəndaşlıq təklifi çox səxavətli təklifdir 2021-11-26 07:30:09 Türkiyədən çağırış: Ermənistan ona uzadılan sülh əlini bir fürsət olaraq dəyərləndirməlidir 2021-11-26 07:15:24 “Azərbaycan delimitasiyaya başlamağa hazırdır, lakin Ermənistan buna qarşılıq verməyib” 2021-11-25 20:45:50