2021-09-19 10:10:22 | TƏDQİQATLAR-ANALITIKA
Qarabağın florası yeni dərman vasitələrinin hazırlanması üçün əlverişlidir

Azərbaycanda xalq təbabəti ənənələrinin geniş yayıldığı və qədim tarixə malik bölgələrindən olan Qarabağda əsrlər boyu təbiblər fəaliyyət göstərmiş və təbii üsullarla, ilk növbədə dərman bitkiləri vasitəsilə insanların müalicəsi ilə məşğul olmuşlar. Qarabağda xalq təbabətinin geniş yayılması buranın bitki aləminin zənginliyindən irəli gəlir.

AMEA-dan 525.az-a bildirilib ki, bu barədə Qarabağın dərman florasının potensial imkanları barədə Botanika İnstitutunun Ekosistemlərin fitososiologiyası laboratoriyasının müdiri Naibə Mehdiyeva açıqlama verib. Mütəxəssis Qarabağın florasının bitki mənşəli dərman xammalının tədarükü və yeni dərman vasitələrinin işlənib-hazırlanması üçün böyük potensiala malik olduğunu bildirib: “Qarabağda 110 fəsiləyə və 397 cinsə aid 606 növ dərman bitkisi (onlardan 4 fəsilə, 10 cinsə aid 11 növ şibyələrdir) yayılmışdır ki, bu bitkilərin 66 növü ofisinal təbabətdə dərman vasitəsi kimi istifadə olunur. Qarabağda yayılmış dərman bitkilərinin 19 fəsilə və 28 cinsdən ibarət 35 növü Qafqaz endemi, 32 növü nadir və itmə təhlükəsində olan, Azərbaycanın “Qırmızı kitab”ına salınmış bitkilərdir”.

Qarabağda yayılmış dərman bitkilərinin bioloji aktivlik və müalicəvi xüsusiyyətlərinin də kifayət qədər geniş olduğunu deyən N.Mehdiyeva bu bitkilərin 163 növünün diuretik, 157-nin antibakterial, 138-nin yarasağaldıcı, 81-nin büzüşdürücü, 19-nun antivirus xüsusiyyətlərə malik olduğunu vurğulayıb. Laboratoriya müdiri qeyd edib ki, bu dərman bitkilərinin daha çox növü ürək-damar (81 növ), mədə-bağırsaq (155 növ), böyrək (55 növ), qaraciyər (80 növ), dəri (149 növ), diabet (35 növ) və bir çox digər xəstəliklərin müalicəsində tətbiq edilir.

“Bu gün botanik-alimlər qarşısında duran ən vacib vəzifələrdən biri Qarabağin bitki örtüyünün monitorinqinin aparılması və onun bərpası yollarının müəyyən edilməsidir”, - deyə bildirən N.Mehdiyeva azad edilmiş ərazilərdə bu işlərə təxirə salınmadan başlamağın zəruriliyini vurğulayıb.

Baxış sayı : 164
Xüsusi Təyinatlı Qüvvələrdə taktiki-xüsusi təlim davam edir - Video 2021-10-20 16:40:15 Birinci vitse-prezident Mehriban Əliyeva Füzuli rayonundan olan keçmiş məcburi köçkünlərlə görüşdən görüntülər paylaşıb 2021-10-20 10:30:58 Regional əməkdaşlıq formatının genişləndirilməsi zərurəti 2021-10-20 10:10:39 Zəngilanda radio və televiziya yayımı təmin olunub 2021-10-20 09:30:06 Zəngilanın işğaldan azad edilməsindən 1 il ötür 2021-10-20 09:05:53 Elxan Poluxovun Müstəqillik Günü ilə bağlı Braziliya mətbuatına müsahibə verib 2021-10-20 08:30:37 “Səhnədən səngərə: Qazilər” layihəsi 2021-10-19 19:05:54 Zəngəzur dəhlizi perspektivdə "Kəmər və Yol" layihəsinin strateji əhəmiyyətini artıracaq 2021-10-19 14:20:17 Ukraynalı deputatlar: Qarabağda gördüklərimizi unutmayacağıq 2021-10-19 09:35:41 Ermənistanın çaylarımızı çirkləndirməsi məsələsini müxtəlif səviyyələrdə gündəmdə saxlayırıq 2021-10-19 09:30:42 Zəfər xronikası 19 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin TASS informasiya agentliyinə videomüsahibəsi 2021-10-19 08:45:49 Türkiyə XİN: "Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!" 2021-10-19 07:30:39 Tbilisi teleqülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb 2021-10-18 21:10:08 Azərbaycan Prezidenti Dövlətyarlı kəndində yeni “ağıllı kənd”in təməlini qoyub 2021-10-18 10:55:32 Bu gün Azərbaycanın Ermənistana qarşı iddiası ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsində dinləmə olacaq 2021-10-18 09:35:01 Xudafərin körpüsünün işğaldan azad edilməsinin ildönümüdür 2021-10-18 08:50:43 Ukrayna Ali Radasının nümayəndə heyəti Ağdamda erməni vəhşiliklərinin şahidi olub 2021-10-18 08:30:32 Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür 2021-10-18 07:40:59 Füzuli şəhərinin təməl daşı qoyuldu - Prezident bölgədə 2021-10-17 21:20:50 Şəhidlərimizi tanıyaq, tanıdaq 2021-10-17 14:35:38 Füzulinin işğaldan azad edilməsindən 1 İL ötür 2021-10-17 10:05:04 Vətən müharibəsinin 21-ci günü: Xronika 2021-10-17 09:45:26 Şəhidimiz Nadir Rzayevin xatirəsi anıldı 2021-10-16 11:00:26 Vətən müharibəsinin xronikası: 16 oktyabr 2021-10-16 10:15:19