2021-08-20 14:25:57 | QHT VƏ MEDİA
34 il sonra gördüyüm Ağdam…

O yurdları bərpa etmək arzusu

Ağdamın ətraf rayonlardan çox fərqi vardı. Yaşıllıqları, hər həyətdə meyvə ağacları, ən çox qızılgül kollarının bol olması adamın ruhunu oxşayırdı. Təmizliyi də öz yerində. Ağdam varlı rayon idi. İnsanlar son qəpiyini evinin abadlaşmasına, üst-başına xərcləyərdi. Başqa rayonlarda kürsülü evlərə önəm verilsə də Ağdamda artıq iki mərtəbəli evlər dəbdə idi. Sonuncu dəfə Ağdamı 1987-ci ildə gördüm…

34 il sonra gördüyüm Ağdam…

Ağdama 1993-cü ilin mayında getdim. Vəziyyət o qədər gərgin idi şəhərə daxil ola bilmədik. Bərdədə gecələməli olduq… Mən bir də 17.08.2021-ci ildə Ağdamın mərkəzinə gələ bildim.

“Torpaq mənimdir” deyən oranı viran qoymamalı idi…

İşğaldan sonrakı müddətdə artıq erməni vandallarının Ağdamı viran etdikləri, daşının daşı üstə qalmadığı, mədəni irsi, qəbirsanlıqları məhv etdikləri barədə çox informasiyalar vardı . Ağdama ayağım dəyənə qədər erməninin növbəti vəhşiliyinin şahidi olduq. “Mənim torpağımdı” bütün dünyaya bağıran erməni bunu etməməli idi… etdi və bir daha sübut olundu ki, bu torpaqlar heç zaman erməninin olmayıb.

… arzularım çin olur…

Torpaqlar işğaldan azad olunandan o yurd yerlərinə getmək ən böyük arzum idi. Təşkilatımı, Əsgər Ailələrinə Dəstək ictimai birliyinin ofisini də məhz buralarda qurmaq ən böyük arzuma çevrildi. Nəhayət, arzumun biri reallaşdı. Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəvəti ilə mən də Ağdam səfərinə qatıldım. 70-dən çox QHT rəhbəri bu səfərdə iştirak etdi. Bərdədən keçib Ağdama gələndə qarşımıza çoxlu maşınlar çıxırdı. Yol infrastrukturu qurulurdu. Quruculuq işlərinin hər addımda yüksək templə getdiyinin şahidi olduq. Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Vüsal Əliyev səfərə rəhbərlik edirdi. Bir-bir kəndlərin adlarını çəkməyə başladı.Gözümüz böyümüşdü. Tez-tez hamımızdan ah səsləri yüksəlirdi. Sanki buralarda heç insan yaşamamışdı. Ara-sıra nar və əncir ağaclarına rast gəlirdik.

Bəzi yerlərdə təməlinə qədər sökülən evlərin qalıqlarını da gördük. Mən xarabalığın içində evimi axtardım. Burada evimi tapmaq samanda iynə axtarmaq kimi idi… Pənahəli xanın İmarəti, Çörək evi , Dram teatrı … gördüyümüz abidələrin və tikililərin yalnız bir-iki divarı mövcud idi… Ağdam Cümə məsçidini, Qiyaslı kəndində məsçidi tövlə kimi istifadə etmişdilər …

Şahbulaq qalasına toxunmamışdılar. Qeyd olundu ki, bura restoran kimi fəaliyyət göstərdiyindən dağıtmayıblar… Qafqazın Xirosimasını və işğaldan azad olunmuş əraziləri birgə quraq.

Azərbaycan Respublikasının Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Ağdamın mərkəzindəki ərazidə rayonun Baş planı və görüləcək işlər barədə geniş məlumat verdi. Xüsusi qeyd edildi ki, burada ağıllı və sosial infrastruktur yaradılacaq. Bu dövlətin görəcəyi işlərdir. Bizim vətəndaş və QHT olaraq üzərimizə də böyük məsuliyyət düşür.

İşğaldan azad edilmiş yurdları birgə qurub, bərpa etməliyik. O yurdları bərpa etmək isə təkcə inşaatçıların vəzifəsi deyil. Könüllü olaraq üzümüzü ora tutaraq hansı işi bacarırıqsa onun altına çiynimizi verməliyik. Bəli, getdiyimiz səfərlər bizə bunları diqtə edir.

Səfərin təşkilinə görə Əsgər Ailələrinə Dəstək ictimai birliyi adından Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasına və Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Agentliyinə minnətdarlığımı bildirirəm.

P.S. Səfərdə olarkən professor Qulu Məhərrəmlinin “Azərbaycanlılar Xankəndiyə ermənilər isə Gəncə və Bakıya gəlməlidir” yazısını oxudum. Adam hələ də 30 il bu xalqın nələr çəkdiyinin fərqində deyil. Özü də Zəngilanda doğulub, düşməni qiymətləndirmirsə belələrini işğaldan azad olunmuş ərazilərimizə aparmayın. Çünki torpaq həsrətini çəkən bir vətəndaşımızın yerini tutar….

Müstəqil jurnalist, Əsgər Ailələrinə Dəstək ictimai birliyinin sədri Mətanət Əsgərqızı

Baxış sayı : 380
Strateji hədəflərə istiqamətlənmiş Füzuli Beynəlxalq Hava Limanı 2021-10-26 14:10:53 Şəhidlərimizi tanıyaq, tanıdaq 2021-10-26 09:45:27 Bərdədə ermənilərin raket atəşi nəticəsində dağıdılmış 215 tikili təmir olunub 2021-10-26 09:30:09 Azərbaycanda səfərdə olan isveçli jurnalistlər azad edilmiş rayonlara gedəcəklər 2021-10-26 09:25:33 Prezident İlham Əliyev: İkinci Qarabağ müharibəsi bizim gücümüzü göstərdi və milli ruhumuzu göstərdi 2021-10-26 08:15:27 44 günlük Vətən müharibəsinin xronikası: 26 oktyabr 2021-10-26 07:40:55 Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı ictimaiyyətinin nümayəndələrilə görüşüblər 2021-10-25 21:10:21 “3T Modeli ilə regionlarda Könüllü Turizm Pr-ı” layihəsi çərçivəsində görülmüş işlər 2021-10-25 16:50:51 Cahangir Zeynaloğlunun “Şirvanşahlar yurdu” kitabı Azərbaycan dilinə tərcümə edilib 2021-10-25 09:55:30 Quram Marxuliya: Azərbaycan Prezidentinin apardığı uğurlu siyasət gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində mühüm rol oynayıb 2021-10-25 09:35:22 Zəfər xronikası 25 oktyabr 2020-ci il: Prezident İlham Əliyev ABŞ-ın “Fox News” televiziya kanalına müsahibə verib 2021-10-25 08:50:16 İranla Azərbaycan arasında münasibətlər qarşılıqlı hörmətə əsaslanaraq davam edəcək 2021-10-25 07:30:25 Azərbaycan hərbi dənizçiləri Türkiyədə təcrübə kursunu başa vurublar 2021-10-25 07:10:30 Professor Surxay Musayev: “II Qarabağ müharibəsi zamanı həkimlərimiz üzərinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirdi” 2021-10-24 21:00:18 Ermənistan: Uzaq məsafədən millətçiliyin çoxsaylı təhlükələri - Fransa jurnalı 2021-10-24 10:10:57 Zəfər xronikası 24 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin Fransanın “Figaro” qəzetinə müsahibəs 2021-10-24 09:55:17 Türk Şurası mediaforumunda "Birlikdən doğan Zəfər: Qarabağ" paneli keçirilib 2021-10-24 09:25:20 Azərbaycan səfirinin müsahibəsi Fransada nəşr olunan “Revue conflits" jurnalında dərc olunub 2021-10-23 11:35:14 Vətən müharibəsinin 27-ci günü: Xronika 2021-10-23 10:55:35 QHT Oğuzda günərzi mərkəzin fəaliyyətini təşkil edib 2021-10-23 09:35:16 “Azərbaycanın məqsədi qisas deyil, gələcək sülhə çağırışdır” 2021-10-23 08:30:19 İcitmai Nəzarət Mərkəzi 6 aylıq fəaliyyəti haqqında hesabat verdi 2021-10-22 21:10:26 Zakir Həsənov hərbi obyektlərin açılışında 2021-10-22 21:00:16 Klassik Azərbaycan şairinin əsəri Almaniyada nəşr olunub 2021-10-22 11:30:42