2021-07-29 08:20:18 | QHT VƏ MEDİA
Əcnəbi media erməni dələduzluğundan yazıb

.

Kolumbiyalı jurnalist Roberto Tropaqo Ernandesin “Müharibəni maliyyələşdirmək üçün dələduzluq” sərlövhəli məqaləsi İordaniyanın “Əl Ənbat” qəzetində ərəb dilində dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə erməni militarist dairələrin öz xalqını aldadaraq vətəndaşlardan müharibə üçün pul vəsaiti toplaması faktları diqqətə çatdırılıb. Müəllif yazıb: “Bu dairələr xarici ölkələrdə yaşayan erməniləri aldadırdılar ki, Ermənistandakı insanlar üçün ərzaq və digər zəruri mallar alınması məqsədilə ianə toplayırlar. Əslində, Ermənistan hökuməti erməni diasporu vasitəsilə yığılan bu vəsaiti silah-sursat alınması və Azərbaycana hücum etmək üçün muzdlu əsgərlərin tutulmasına sərf edir. Ona görə də xarici ölkələrdə yaşayan 8 milyondan çox erməni mənşəli insana düzgün məlumat vermək lazımdır. Bildirilməlidir ki, Ermənistan hökuməti onlara yalan məlumat verir. Ötən qış aylarında 73 ölkədə 170 milyon dollara yaxın vəsait yığılıb və bu dairələr hələ də pul tələb edirlər. Halbuki, keçən illər ərzində həyat şəraitinin ağır olması və iqtisadi böhranın dərinləşməsi səbəbindən Ermənistanın bir çox vətəndaşı ölkəni tərk etmək məcburiyyətində qalıb”.

Məqalədə vurğulanıb ki, bütün bu yalanların fonunda Ermənistan rəhbərliyi Azərbaycan ərazilərinin 20 faizini işğal etmiş və qondarma “Dağlıq Qarabağ respublikası” yaratmışdı. Ermənilər yurd-yuvalarından didərgin salınmış azərbaycanlıların evlərinə yerləşmişdilər. Nəhayət, Azərbaycan xalqının səbir kasası daşdı və müharibəyə başlayaraq erməni silahlı qüvvələrini, onların muzdlu əsgərlərini darmadağın etdi. Cəmi 44 gün davam edən müharibə nəticəsində Azərbaycan işğal altında olan torpaqlarını azad etdi, Ermənistan kapitulyasiyaya məcbur oldu. Beləliklə, ABŞ-da mənzil-qərargahı olan “Ayastan” erməni fondu başda olmaqla, erməni diaspor təşkilatlarının çirkin niyyətləri iflasa uğradı.

Baxış sayı : 152
Azərbaycan Prezidenti Dövlətyarlı kəndində yeni “ağıllı kənd”in təməlini qoyub 2021-10-18 10:55:32 Bu gün Azərbaycanın Ermənistana qarşı iddiası ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsində dinləmə olacaq 2021-10-18 09:35:01 Xudafərin körpüsünün işğaldan azad edilməsinin ildönümüdür 2021-10-18 08:50:43 Ukrayna Ali Radasının nümayəndə heyəti Ağdamda erməni vəhşiliklərinin şahidi olub 2021-10-18 08:30:32 Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür 2021-10-18 07:40:59 Füzuli şəhərinin təməl daşı qoyuldu - Prezident bölgədə 2021-10-17 21:20:50 Şəhidlərimizi tanıyaq, tanıdaq 2021-10-17 14:35:38 Füzulinin işğaldan azad edilməsindən 1 İL ötür 2021-10-17 10:05:04 Vətən müharibəsinin 21-ci günü: Xronika 2021-10-17 09:45:26 Şəhidimiz Nadir Rzayevin xatirəsi anıldı 2021-10-16 11:00:26 Vətən müharibəsinin xronikası: 16 oktyabr 2021-10-16 10:15:19 Diplomatik korpus nümayəndələrinin Suqovuşana səfəri başlayıb 2021-10-16 09:20:02 ”Torpağı Vətənə çevirənlər”: AGF ilə Yeni Yazarlar və Sənətçilər İB-nin kreativ layihəsi 2021-10-15 18:40:30 “Azərbaycan iqtisadiyyatı müstəqillik illərində” mövzusunda respublika elmi konfransı keçirilib 2021-10-15 14:30:20 Prezident İlham Əliyev: "Ermənistan minalanmış ərazilərin xəritəsini təqdim etmir" 2021-10-15 14:10:41 “Müstəqillik Günü haqqında” qanun layihəsi qəbul edildi 2021-10-15 11:05:49 QHT uşaqların sosial problemlərinin həllinə dəstək olur 2021-10-15 10:40:40 Misirli professor: Azərbaycan sübut etdi ki, qüdrətli Ordu ilə qəsbkarı cəzalandırıb, torpaqları azad etmək mümkündür 2021-10-15 09:30:56 "Törədilən bu təxribat bölgədəki vəziyyətin gərginləşdirilməsinə xidmət edir" 2021-10-15 08:45:21 44 günlük Vətən müharibəsinin xronikası: 15 oktyabr 2021-10-15 08:10:20 "Ermənistanın cinayət məsuliyyətinə cəlb olunmasını və təzminat ödəməsini istəyirik" 2021-10-14 18:45:24 Tehranın qorxulu yuxuları 2021-10-14 16:20:50 Dini liderlərdən birgə BƏYANAT 2021-10-14 09:55:28 Akkan Suver: Azərbaycan dövlətinin Qarabağda gördüyü işlər bu torpaqların əsl sahibinin kim olduğunu bir daha göstərdi 2021-10-14 09:35:05