2021-07-22 09:50:53 | TƏDQİQATLAR-ANALITIKA
Dövlət sərhədinin delimitasiyası və demarkasiyası prioritet məsələdir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri istər iki dövlət, istərsə də ümumilikdə region üçün böyük önəm kəsb edən məsələlərin müzakirəsi baxımından vacib əhəmiyyətə malikdir.

Nəzərə almaq lazımdır ki, post-münaqişə dövründə Azərbaycanın iqtisadi, siyası və diplomatik gündəliyində duran məsələlərin həlli bölqəmizin gələcək inkişafı üçün yeni səmərəli perspektivlər vəd edir. Əlbəttə ki, Azərbaycanın 44-günlük Vətən müharibəsində əldə etdiyi parlaq qələbədən sonra prioritet məsələ - beynəlxalq sülhün və təhlükəsizlik rejiminin bərqərar olunması və qorunmasıdır.

Bu istiqəmətdə Azərbaycan Respublikası ardıcıl olaraq fəaliyyətini həyata keçirir. Ölkə Başçısının Rusiya Federasiyasının Prezidenti ilə görüşü zamanı qeyd etdiyi kimi, "biz qətiyyətlə münaqişədən sonrakı dövrün maksimum ağrısız keçməsi əzmindəyik". Bu mənada mövcud problemlərin beynəlxalq hüquqa əsaslanaraq həll edilməsinin müstəsna əhəmiyyəti var.

Bunların sırasında sərhədlərin delimitasiyası və demarkasıyası xüsusi yer tutur. Burada fundamental hüquqi yanaşma ondan ibarətdir ki, siyasi və hüquqi kollapsa uğrayan Sovet İttifaqının keçmiş respublikalarının inzibati sərhədləri müstəqillik əldə etmiş dövlətlərin beynəlxalq sərhədlərinə çevrilmişdir. Mövcud halda belə yanaşmanı təsdiq etmək üçün bəzi beynəlxalq-hüquqi sənədlərə istinad etmək kifayətdir.

8 dekabr 1991-ci ildə Minsk şəhərində imzalanmış "Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında" Sazişin 5-ci maddəsi, 21 dekabr 1991-ci ildə qəbul edilən və 11 dövlət tərəfindən imzalanmış Alma-Ata deklarasiyasının ayrılmaz tərkib hissəsi olan Preambulası, 22 yanvar 1993-cü ildə qəbul edilmiş "Müstəqil Dövlətlər Birliyinin Nizamnaməsinin" 3-cü maddəsinin 3-cu və 4-cü bəndləri ərazi bütövlüyü və birlik çərçivəsində mövcud olan sərhədlərin töxunulmazlığının tanınması və onlara hörmət edilməsini təsbit edib.

1991-ci il 16 dekabr tarixində Brüssel şəhərində qəbul edilən "Şərqi Avropada və Sovet İttifaqında yeni dövlətlərin tanınmasının Kriteriyaları" adlanan sənəddə bəyan olunmuşdur ki, Avropa İttifaqı və üzv-dövlətlər tərəfindən qeyd edilən yeni dövlətlərin tanınması üzrə ümumi mövqe bütün sərhədlərin toxunulmazlığını rəhbər tutur. Bu mühüm sənədə uyğun olaraq, beynəlxalq birlik tərəfindən tanınmağa iddialı olan dövlətlər bir sıra şərtlərə əməl etməli idilər. Onların sırasında ayrıca olaraq, BMT-nin Nizamnaməsinə riayət edilməsi və hörmətlə yanaşılması, yalnnız tərəflərin razılığı əsasında sülh yolu ilə müəyyən edilən sərhədlərin toxunulmazlığı prinsipinə riayət edilməsi xüsusi olaraq göstərilmişdi.

Azərbaycan Respublikasının Ermənistanla olan dövlət sərhədinin bərpası istiqamətində attığı bütün addımlar beynəlxalq-hüquqa əsaslanır və beynəlxalq təcrübəyə də tamamilə uyğundur. Bu baxımnan qeyd edilən məsələnin həllində Ermənistanın beynəlxalq hüquqi çərçivədən kənara çıxmaması uçun təkçə Azərbaycan deyil, həmçinin beynəlxalq birlik, beynəlxalq təşkilatlar və ayrı-ayrı dövlətlər zəruri səylər göstərməlidirlər.

Nizami Səfərov,

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü,

hüquq elmləri doktor

Baxış sayı : 248
“Narkomaniyaya qarşı mübarizə və vətəndaş cəmiyyəti” mövzusunda ictimai müzakirə keçirilib 2021-09-18 19:30:13 Reza Deqati Nizami Gəncəvinin dağıdılmış büstü barədə paylaşım edib 2021-09-18 11:35:11 Reza Deqati Nizami Gəncəvinin dağıdılmış büstü barədə paylaşım edib 2021-09-18 11:35:11 Ağdamda beynəlxalq konfrans keçirilir 2021-09-18 10:00:06 Azərbaycanda Milli Musiqi Günüdür 2021-09-18 08:45:47 “BBC News”: Keçmişlə gələcəyin astanasında olan Azərbaycan mədəniyyəti ziyarətçilərə unudulmaz təəssürat bəxş edir 2021-09-17 11:10:36 Əhməd İsmayılov: Avrasiya Media Forumu onlarla ölkədən yüzlərlə nümayəndənin birləşdiyi beynəlxalq ünsiyyət platformasıdır 2021-09-17 10:15:50 Əcnəbi media Oxçuçayın çirkləndirilməsindən yazdı 2021-09-17 10:10:00 "Ermənistanı məsuliyyətə cəlb etmək üçün məhkəməyə müraciət edəcəyik" 2021-09-17 09:45:10 Fəlsəfə doktoru Zəkulla Bayramlının polis özbaşınalığı ilə bağlı müraciəti 2021-09-17 09:05:17 Əlaqələndirmə Qərargahının iclasında bir sıra vacib məsələlər müzakirə olunub 2021-09-16 19:05:36 XİN Fransa Milli Assambleyası üzvünün Xankəndiyə qanunsuz səfərinə münasibət bildirib 2021-09-16 12:30:22 Oxçuçay problemi BMT iclasında müzakirəyə çıxarılıb 2021-09-16 09:20:59 Məcburi köçkünlərin xatirələri barədə videoçarxlar hazırlanır 2021-09-16 08:55:38 Sabir Rüstəmxanlı: Bu gün Azərbaycanın yürütdüyü siyasət Azərbaycan və Türkiyə vətəndaşlarının birliyini əks etdirir 2021-09-16 09:25:30 XVII Avrasiya Media Forumu keçirilib 2021-09-16 07:55:59 Ərdoğan Bakının işğaldan azad olunmasının ildönümünü təbrik edib 2021-09-15 18:05:27 Koronavirusun yeni ştamları yaranmağa davam edəcək - Baş infeksionist 2021-09-15 14:35:30 Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin təşkili ilə bağlı işlər aparılır 2021-09-15 10:35:31 Qafqaz-İslam Ordusu və Azərbaycanın xilası 2021-09-15 09:30:27 Hulusi Kılıç: Azərbaycan xalqı Qafqaz İslam Ordusunun tarixi xilaskarlıq missiyasını hər zaman qan yaddaşında yaşadıb 2021-09-15 09:05:57 15 sentyabr Azərbaycan-Türkiyə qardaşlığının tarixi sübutudur 2021-09-15 08:05:40 Prezident İlham Əliyev Cəlilabad və Şəmkirin yeni icra başçılarını videoformatda qəbul edib 2021-09-14 19:40:10 Şamil Ayrım: Azərbaycanla Türkiyə bir-birindən ayrılmaz iki hissədən ibarət bir Vətəndir 2021-09-14 11:30:25