2021-07-13 08:45:31 | MƏDƏNİYYƏT
“Qarabağ Azərbaycandır” ssenari müsabiqəsinin nəticələri elan edildi

Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə heyətinin geniş tərkibdə iclası keçirilib.

Toplantıda İttifaqın elan etdiyi “Qarabağ Azərbaycandır” devizi ilə qısametrajlı, tammetrajlı, sənədli və animasiya filmlərinin ssenari müsabiqəsinin nəticələri müəyyən olunub. Kinematoqrafçılar İttifaqının mətbuat xidmətinin rəhbəri Əli Vəliyev senarilər üzrə yaradılmış münsiflər heyətinin tədbirin yekunları ilə bağlı gəldiyi nəticələr müzakirə edildiyini bildirib.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova qeyd edib ki, müsabiqəyə 48 ssenari təqdim olunub: "Təəssüf ki, müsabiqəyə sənədli film ssenarisi təqdim olunmaylb".

Ssenari müsabiəqsinin münsiflər heyətinə Əməkdar İncəsənət xadimi İntiqam Qasımzadə sədrlik edib.

Münsiflər heyətinin üzvləri Əməkdar İncəsənət xadimi Ayaz Salayev, Əməkdar İncəsənət xadimi Elxan Cəfərov, İttifaqın sədri Şəfiqə Məmmədova və Əməkdar Mədəniyyət işçisi Elçin Hami Axundov olub. Münsiflər heyəti ssenarilərin ideya səviyyəsi, dialoqların, mətnlərin üslub və bədii xüsusiyyətləri, ssenarilərin müsbət və mənfi cəhətlərini diqqətə çatdırıblar.

Münsiflər heyətinin üzvləri təəssüflə bildirib ki, təqdim olunmuş animisiya filmləri üçün ssenarilərin heç biri ideya səviyyəsinə və aktuallığına görə müəyyən olunmuş tələblərə cavab vermir.

Münsiflər təqdim edilmiş ssenarilərə qiymət verilməsində ortaq məxrəcə gələ biliblər və qalib ssenariləri elan ediblər

1. Ən yaxşı tammetrajlı film ssenarisi – “ Xəzər dalğası “: Rzayev Elnur Vahid oğlu.(Mükafatı - 5000 manat, 2. Ən yaxşı qısametrajlı film ssenarisi – “ Xarı bülbül “: Nəsibli Leyla Eyvaz qızı.(Mükafatı - 3000 manat)

Qeyd edək ki, müsabiqəsinin qalibləri olan Nəsibli Leyla Eyvaz qızı ixtisasca həkim-pediatr, Rzayev Elnur Vahid oğlu isə iqtisadçıdır.

Baxış sayı : 578
Azərbaycan Milli QHT Forumu X Qurultayı ilə əlaqədar tədbirlər davam edir Ölkəmizin hava məkanı etibarlı müdafiə olunur - Video Azərbaycanda arxiv işi ilə bağlı vahid elektron məlumat sistemi yaradılacaq "Dastana dönən şəhid" filminin təqdimatı olub YUXARI GÖVHƏRAĞA MƏSCİDİ: “Bərpa” vandalizm aktı idi (ikinci yazı) Türkiyə ilə Ukrayna arasında mühüm saziş imzalandı “Şuşa - Qarabağın dünəni, bu günü, sabahı”: Firidun bəy Köçərli Anastasiya Lavrina: Ermənistan başa düşməlidir ki, istənilən təxribata müvafiq cavab veriləcək Kiyevdə 55 ölkənin səfirliyi işini bərpa edib Komitə sədri FHN əməkdaşları ilə birlikdə yanğınsöndürmə əməliyyatında Sərhəd bölmələri müasir silahlarla təmin edilir - DSX rəisi Birinci vitse-prezident Mehriban Əliyeva Müslüm Maqomayevin 80 illik yubileyi ilə bağlı paylaşım edib Yaponiyanın YouTube kanalı Azərbaycanın “Qisas” əməliyyatı barədə xüsusi veriliş yayımlayıb “Qaçqınkom”dan Laçın ziyalılarına ikili münasibət... Zelenski Rusiyaya çağırış etdi «Xəzər» jurnalın yeni sayı nəşr olunub Azərbaycan XİN: "Ermənistan sülhə belə hazırlaşır?!” İnformasiya təhlükəsizliyi ixtisaslarının keçid balı hüquqdan yüksək olacaq Yeni dünya nizamının formalaşması prosesi növbəti mərhələdə: siyasi analiz və proqnozlaşdırma Azad edilmiş ərazilərdə 110 sərhəd-döyüş məntəqəsi yaradılıb - General-leytenat Abbas Xəlilov Ukraynada Rusiya ordusunun generalı öldürülüb Ermənilərin bu əməli ekoloji terrordur - ETSN Azərbaycan QHT-ləri beynəlxalq təşkilatlara müraciət edib Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisi yekunlaşıb