2021-06-16 09:15:53 | AKTUAL
Yaponiyanın TBS telekanalı Azərbaycanın işğaldan azad edilən əraziləri barədə xüsusi reportaj yayımlayıb

Yaponiyanın nüfuzlu TBS telekanalı Azərbaycanın Vətən müharibəsində qələbəsi və işğaldan azad edilmiş əraziləri barədə xüsusi reportaj yayımlayıb.

Telekanalın Moskva bürosunun müxbiri tərəfindən hazırlanan reportajda ötən ilin payızında baş verən və Azərbaycanın möhtəşəm qələbəsi ilə başa çatan Vətən müharibəsi barədə ətraflı məlumat verilir. Qeyd edilir ki, ötən il sentyabrın 27-də başlayan və cəmi 44 gün davam edən müharibə nəticəsində Azərbaycan Ermənistan ordusu tərəfindən 30 ilə yaxın bir dövrdə işğal altında saxlanılan torpaqları azad edib.

Reportajda Qələbədən sonra Bakıda yaradılan Hərbi Qənimətlər Parkı barədə də yapon tamaşaçılara ətraflı məlumat verilib. Qeyd edilib ki, həm Bakı sakinləri, həm də Azərbaycan paytaxtının qonaqları böyük məmnuniyyətlə açıq səma altında yerləşən bu muzeyə gələrək burada xatirə şəkilləri çəkdirirlər.

Çəkiliş qrupunun Gəncə şəhərində apardığı çəkilişlərdə Ermənistanın dinc əhaliyə raketlərlə hücum etməsi, nəticədə böyük dağıntıların qeydə alındığı, uşaqlar da daxil olmaqla 10 nəfər mülki vətəndaşın həlak olması barədə məlumatlar öz əksini tapıb.

Ermənistan tərəfindən sərhəddə törədilən təxribatlar barədə də reportajda ətraflı bəhs edilib. Erməni silahlılarının Azərbaycan ərazilərinə keçərək burada minalar basdırdığı, müxtəlif terror aktlarına əl atdığı da reportajda qeyd edilib. Əldə edilən razılaşmaya əsasən Ermənistanın minalar basdırılmış ərazilərin xəritələrini Azərbaycana təhvil verməli olduğuna baxmayaraq, bu günədək yalnız Ağdamda basdırılmış partladıcı qurğuların xəritələrinin verildiyi diqqətə çatdırılıb. Ağdamda çəkiliş aparan qrup üzvləri ermənilərin bu şəhəri viranə qoyduğu, xarici jurnalistlərin onu “Qafqazın Xirosiması” adlandırdığı da qeyd edilib.

Azərbaycan Xarici İşlər Nazirinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayevanın müsahibəsində Ermənistanın sərhəddə törətdiyi təxribatların yolverilməz olmasını vurğuladığı bildirilib.

Reportajda Bakının Azadlıq meydanında keçirilən möhtəşəm Zəfər paradı, burada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı barədə kadrlara da geniş yer verilib.

Verilişdə işğaldan azad edilən ərazilərdə aparılan yenidənqurma və bərpa işləri barədə də məlumat verilib. Qeyd edilib ki, Azərbaycan rəhbərliyi həmin ərazilərdə böyük quruculuq və bərpa işlərinə başlayıb. Həmin bərpa işlərinin və yeni infrastrukturun yaradılması ilə əlaqədar layihələrin həyata keçirilməsində Yaponiya şirkətləri də yaxından iştirak edirlər.

Baxış sayı : 206
Şəhidlərimizi tanıyaq, tanıdaq 2021-10-26 09:45:27 Bərdədə ermənilərin raket atəşi nəticəsində dağıdılmış 215 tikili təmir olunub 2021-10-26 09:30:09 Azərbaycanda səfərdə olan isveçli jurnalistlər azad edilmiş rayonlara gedəcəklər 2021-10-26 09:25:33 Prezident İlham Əliyev: İkinci Qarabağ müharibəsi bizim gücümüzü göstərdi və milli ruhumuzu göstərdi 2021-10-26 08:15:27 44 günlük Vətən müharibəsinin xronikası: 26 oktyabr 2021-10-26 07:40:55 Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı ictimaiyyətinin nümayəndələrilə görüşüblər 2021-10-25 21:10:21 “3T Modeli ilə regionlarda Könüllü Turizm Pr-ı” layihəsi çərçivəsində görülmüş işlər 2021-10-25 16:50:51 Cahangir Zeynaloğlunun “Şirvanşahlar yurdu” kitabı Azərbaycan dilinə tərcümə edilib 2021-10-25 09:55:30 Quram Marxuliya: Azərbaycan Prezidentinin apardığı uğurlu siyasət gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində mühüm rol oynayıb 2021-10-25 09:35:22 Zəfər xronikası 25 oktyabr 2020-ci il: Prezident İlham Əliyev ABŞ-ın “Fox News” televiziya kanalına müsahibə verib 2021-10-25 08:50:16 İranla Azərbaycan arasında münasibətlər qarşılıqlı hörmətə əsaslanaraq davam edəcək 2021-10-25 07:30:25 Azərbaycan hərbi dənizçiləri Türkiyədə təcrübə kursunu başa vurublar 2021-10-25 07:10:30 Professor Surxay Musayev: “II Qarabağ müharibəsi zamanı həkimlərimiz üzərinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirdi” 2021-10-24 21:00:18 Ermənistan: Uzaq məsafədən millətçiliyin çoxsaylı təhlükələri - Fransa jurnalı 2021-10-24 10:10:57 Zəfər xronikası 24 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin Fransanın “Figaro” qəzetinə müsahibəs 2021-10-24 09:55:17 Türk Şurası mediaforumunda "Birlikdən doğan Zəfər: Qarabağ" paneli keçirilib 2021-10-24 09:25:20 Azərbaycan səfirinin müsahibəsi Fransada nəşr olunan “Revue conflits" jurnalında dərc olunub 2021-10-23 11:35:14 Vətən müharibəsinin 27-ci günü: Xronika 2021-10-23 10:55:35 QHT Oğuzda günərzi mərkəzin fəaliyyətini təşkil edib 2021-10-23 09:35:16 “Azərbaycanın məqsədi qisas deyil, gələcək sülhə çağırışdır” 2021-10-23 08:30:19 İcitmai Nəzarət Mərkəzi 6 aylıq fəaliyyəti haqqında hesabat verdi 2021-10-22 21:10:26 Zakir Həsənov hərbi obyektlərin açılışında 2021-10-22 21:00:16 Klassik Azərbaycan şairinin əsəri Almaniyada nəşr olunub 2021-10-22 11:30:42 Xudayar Yusifzadənin şəhid olmasından bir il ötdü 2021-10-22 11:00:39