2021-03-19 09:50:30 | TƏDQİQATLAR-ANALITIKA
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 107-ci kitabı çapdan çıxıb

Kitabda Azərbaycan Prezidentinin Vətən müharibəsi zamanı xalqa müraciətlərinin və xarici KİV-lərə bir sıra müsahibələrinin mətnləri toplanıb

Bilirsiniz, mənə minlərlə məktub gəlir. Bu məktubları oxuyanda, sözün düzü, mən də bəzi hallarda sevinc göz yaşlarımı saxlaya bilmirəm. O məktublarda o qədər səmimi, o qədər isti, o qədər qürurverici sözlər yazılır və mənə mesaj kimi çatdırılır. O məktubları oxuyanda bir daha görürəm ki, Azərbaycan xalqı nə qədər böyük xalqdır. Uzun illər belə vəziyyətdə yaşamaq, ancaq ümidlərlə yaşamaq, o ümidlərlə ki, gün gələcək və onlar öz dədə-baba ocağına qayıdacaqlar. Bu, doğrudan da böyük fədakarlıqdır. Mən çox xoşbəxtəm ki, bu qələbə sevincini bizim insanlara bəxş edə bildik.

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 107-ci kitabında yer alan bu fikirləri dövlətimizin başçısı 2020-ci il oktyabrın 15-də Türkiyənin NTV televiziya kanalına müsahibəsində söyləyib.

Çoxcildliyin növbəti kitabındakı materiallar 2020-ci il oktyabrın 15-dən noyabrın 4-dək olan dövrü - Vətən müharibəsinin davam etdiyi günləri əhatə edir. Həmin taleyüklü günlərdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev eyni vaxtda üç cəbhədə - döyüş meydanında, diplomatik müstəvidə və informasiya məkanında əzmlə, uğurla mübarizə aparırdı. Dövlətimizin başçısı xarici telekanallara, beynəlxalq informasiya agentliklərinə müsahibələrində xalqımızın haqq səsini, Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırır, işğalçı Ermənistana və onu himayə edənlərə açıq mesajlar verirdi. Kitaba daxil edilən bu və digər materiallar Azərbaycanın şanlı Vətən müharibəsi haqqında dolğun təsəvvür yaradır.

Bu cildə Prezident İlham Əliyevin “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinə (Rusiya), “A Haber” telekanalına (Türkiyə), TASS informasiya agentliyinə (Rusiya), “Nikkei” (Yaponiya), “Figaro” (Fransa) qəzetlərinə, “Fox News” (ABŞ), “RAİ-1” (İtaliya) televiziya kanallarına, “İnterfaks” agentliyinə (Rusiya), ARD telekanalına (Almaniya), “La Republica” qəzetinə (İtaliya), EFE informasiya agentliyinə (İspaniya) müsahibələrinin mətnləri daxil edilib.

Kitabda Azərbaycan Prezidentinin xalqa müraciətlərinin mətnləri ilə yanaşı, rəsmi “Twitter” hesabında paylaşımları da yer alıb. Bu paylaşımlarda rəşadətli ordumuzun cəbhədə qazandığı qələbələr, işğaldan azad edilmiş ərazilərimiz barədə məlumatlarla, eyni zamanda, Ermənistanın hərbi-siyasi rəhbərliyinin müharibə cinayətlərini, Gəncə və Bərdəni raket atəşinə tutmasını qətiyyətlə pisləyən bəyanatlarla tanış olmaq mümkündür.

Çoxcildliyin 107-ci kitabında Prezident İlham Əliyevin Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şəntop, qardaş ölkənin Baş Ombudsmanı Şərəf Malkoç, xarici işlər naziri Mövlud Çavuşoğlu, sabiq Baş nazir Binəli Yıldırım ilə görüşləri, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Bağdad Amreyevi, İran Prezidentinin xüsusi nümayəndəsi Seyid Abbas Əraqçini qəbul etməsi, Türkiyə və Rusiya liderləri ilə telefon danışıqları barədə materiallar verilib.

Oxucular yeni nəşrdə Azərbaycan Prezidentinin Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində keçirdiyi operativ müşavirədə çıxışının mətni ilə də tanış ola bilərlər.

“Azərnəşr” tərəfindən buraxılan 107-ci kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.

Baxış sayı : 221
Ombudsman minalanmış ərazilərlə bağlı BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına müraciət edib 2021-05-13 08:55:45 Bu gün yenə Tarix yazıldı! 2021-05-13 08:50:21 Şuşada atəşfəşanlıq oldu 2021-05-12 20:55:25 Prezident İlham Əliyev Şuşada yeni məscidin təməlini qoyub 2021-05-12 14:15:49 Faşist Njde ermənilərin ideoloquna çevrilib - Deputat 2021-05-12 11:35:08 Şuşada «Xarıbülbül» müsiqi festivalı başlayır 2021-05-12 11:20:45 Prezident Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edib 2021-05-12 08:40:27 İrəvana imtiyazlar vermək Moskva üçün yeni risklər yaradır 2021-05-12 08:20:27 "Mina xəritələrinin verilməsi məsələsi tezliklə həll olunmalıdır" 2021-05-11 19:30:54 Mayın sonuna kimi Ermənistanla sərhəddə 6 yeni hərbi hissə istifadəyə veriləcək - DSX 2021-05-11 17:55:20 Türkiyədə Azərbaycanın şanlı Qarabağ Zəfərinə həsr olunan mahnı bəstələnib 2021-05-11 09:45:44 Ermənistanda revanşist bəyanatlar xəstə neofaşist təfəkkürdən qaynaqlanır 2021-05-11 09:05:46 Vaşinqtonda ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü anılıb 2021-05-11 08:05:03 Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib 2021-05-11 07:50:39 Prezident və birinci xanım ulu öndərin məzarını ziyarət ediblər 2021-05-10 13:00:18 Ermənilərin Gürcüstandakı növbəti təxribatı 2021-05-10 12:35:50 Ukraynada 416-cı Taqanroq diviziyasının şərəfinə ucaldılmış abidə önündə tədbir keçirilib 2021-05-10 09:35:51 Şuşada Mehtər marşı ilə yürüş... - VİDEO 2021-05-10 08:20:18 Dünya Ermənistanda nasizmin yüksəldilməsi meyillərini müşahidə edir 2021-05-10 08:15:18 Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümüdür 2021-05-10 08:00:52 Prezident və birinci xanım Həzi Aslanovun abidəsini ziyarət edib 2021-05-09 15:20:05 Dmitri Savelyev: Əminəm ki, Azərbaycan xalqının əməksevərliyi Ağdamı ən qısa müddətdə dirçəltməyə imkan verəcək 2021-05-09 09:35:05 Los Ancelesdə faşizm üzərində qələbə ilə bağlı film hazırlanıb 2021-05-09 09:20:05 Faşizm üzərində qələbədən 76 il ötür 2021-05-09 09:05:32