2021-03-04 10:10:47 | MÜSAHİBƏ
Bizim bugünkü əsas vəzifəmiz Şuşamızın Azərbaycan mədəniyyətindəki rolunu bərpa etməkdir

Məlum olduğu kimi, erməni vandalları otuz il ərzində nəinki Şuşamızı, işğal olunan digər şəhərlərimizi də viran ediblər. Oradakı abidələrimizi, tarixi mədəni irsimizi məhv edib, şəhərləri, binaları və hətta qəbiristanlıqları belə dağıdıblar.

Bu da bizi çox məyus edir. Biz hesab edirik ki, bu, bəşəriyyətə qarşı cinayətdir. Təbii ki, biz bunu bütün dünyaya göstərməliyik. Bildiyiniz kimi, bu il Prezident İlham Əliyev tərəfindən Şuşa Azərbaycan mədəniyyətinin paytaxtı elan edilib. Ona görə də bizim bugünkü ən əsas vəzifəmiz Şuşamızı, onun tarixi əhəmiyyətini və Azərbaycan mədəniyyətindəki rolunu bərpa etmək, Şuşanın mədəniyyətimizin, musiqimizin beşiyi olduğunu dünyaya bəyan etməkdir. Bu səbəbdən də işğaldan azad edilən ərazilərdə yenidənqurma və bərpa işlərinə məhz Şuşadan başlayacağıq. Lakin, bu, uzun sürən bir prosesdir. Burada hər bir detal hərtərəfli ölçülməlidir. Prezidentimizin də dediyi kimi, biz Şuşanın tarixi simasını qaytarmalıyıq. Bu işdə isə tələsmək olmaz. Şuşanın bərpası müəyyən bir strategiya üzrə aparılacaq və bu kimi tədbirlərimizi məhz Şuşada keçirəcəyik.

Fact-info.az xəbər verir ki, bu fikirləri mədəniyyət naziri Anar Kərimov İstanbulda Azərbaycan mədəniyyətinə həsr olunan sərginin açılış mərasimində bildirib.

Bakıda inşa ediləcək Zəfər muzeyi haqqında danışan nazir artıq muzey binası ilə bağlı işlərin başlanıldığını deyib: “Muzeyin yerləşəcəyi yer artıq demək olar ki, məlumdur. Lakin, hələ də müzakirələr aparılır. “Zəfər muzeyi” adından da görüldüyü kimi bizim Zəfərimizin simvoluna çevrilməlidir. Biz bununla gənc nəsillərimizə əldə edilən bu qələbəmizin nə qədər ağır, eyni zamanda şərəfli və qürurlu olduğunu çatdırmalıyıq. Bununla bağlı mədəniyyət naziri olaraq mənim bu sahə üzrə çalışan bir çox ekspertlə, eləcə də beynəlxalq şirkətlərlə işlərimiz davam edir. Məqsədimiz “Zəfər muzeyi”mizi təkcə Azərbaycanda deyil, dünyada unikal bir tikiliyə çevirmək və Ali Baş Komandanın rəhbərliyi, onun siyasi iradəsi və qətiyyətli mövqeyi ilə əldə edilən bu şanlı qələbəmizi dünyaya tanıtmaqdır. Bu Zəfər tək Azərbaycanın deyil, bütün türk dünyasının qələbəsidir”.

Sərgi və Türkiyə səfəri haqında danışan nazir proqramın təşkili üçün başda Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) olmaqla əməyi keçən hər kəsə minnətdarlığını bildirib: “Türkiyənin mədəniyyət paytaxtı olan İstanbulda Azərbaycanın və ümumiyyətlə türk dünyasının görkəmli rəssamı və dahi sənətkarı Mikayıl Abdullayevin 100 illiyi münasibətilə belə bir möhtəşəm sərginin keçirilməsi qürurvericidir. Ümumiyyətlə Türkiyəyə səfərim barədə onu deyə bilərəm ki, burada bir çox görüşlərimiz oldu, Ankarada da, İstanbulda da. Məqsədimiz Türkiyə ilə Azərbaycan arasında mədəniyyət sahəsində əməkdaşlığı daha da gücləndirmək, yeni bir mərhələyə qaldırmaq və bir çox məsələlər üzrə təcrübə mübadiləsi aparmaqdır. Xüsusilə də kino və kino industriyası sahəsi üzrə birgə layihələr həyata keçirməyi planlaşdırırıq. Vətən müharibəsində əldə etdiyimiz şanlı Zəfərin Azərbaycanla yanaşı həm türk dünyasında, həm də beynəlxalq platformada ən yüksək səviyyədə təbliği istiqamətində keyfiyyətli, eləcə də hərtərəfli bir film və serial layihələrimizi türkiyəli qardaşlarımızla müzakirə etdik. Əminəm ki, bu danışıqlar, görüşlər çox faydalı oldu və gələcək əməkdaşlığımıza töhfə verəcək bir başlanğıcdır. Bundan sonra da birgə layihələrimiz türk dünyasının Zəfəri hesab etdiyimiz qələbəmizin geniş auditoriyada və gələcək nəsillər arasında təbliğ olunmasında geniş imkan yaradacaq. Buna görə çox sevincliyik və bu məsələdə çox maraqlıyıq”.

Baxış sayı : 369
AŞ PA-da İkinci Qarabağ Müharibəsinin ildönümündə onun fəsadları müzakirə olunacaq 2021-09-22 09:50:34 Dövlət Nəzarəti İnformasiya Sistemi fəaliyyətə başlayıb 2021-09-22 09:25:21 Cəmiyyəti narahat edən məsələlərlə bağlı ictimai dinləmələr keçiriləcək 2021-09-22 09:05:34 Fərid Şəfiyev: Azərbaycan Oxçuçayda ekoloji fəlakətə səbəb olan şirkəti beynəlxalq məhkəməyə verəcək 2021-09-22 08:10:54 Ərdoğan BMT-dəki çıxışında Azərbaycandan danışdı 2021-09-22 07:15:21 "İslam irsimizi tanıyaq” - Şamaxı Cümə məscidi (Video) 2021-09-21 19:35:10 Şəhid Rəşid Həmidovun anım mərasimi keçirilib 2021-09-21 10:40:39 Tarixi abidələrin pasportları hazırlanıb, mühafizə zonaları müəyyən edilib 2021-09-21 09:25:20 İƏT-in fəaliyyəti digər beynəlxalq təşkilatlar üçün nümunədir 2021-09-21 09:15:03 QHT Agentliyi kiçik qrant müsabiqəsinin mövzularının ictimai müzakirəsini keçirib 2021-09-21 07:55:26 Generallar Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlılarının təlimini izləyib 2021-09-21 07:20:24 20 Yanvar hadisələrinin mahiyyətinin təbliği: YYSİB-nin kreativ vətənpərvərlik layihəsi 2021-09-20 21:35:05 Arzularımın şəhəri Şuşa! 2021-09-20 10:50:06 Los Ancelesdə Üzeyir Hacıbəyliyə həsr olunmuş qısa film hazırlanıb 2021-09-20 10:30:56 Rauf Zeyni: “Əsrin müqaviləsi” Azərbaycanın ən yeni tarixində dönüş nöqtəsi oldu 2021-09-20 09:50:37 Zəngəzur koridorunun açılması Azərbaycan-Ermənistan münasibətlərindəki çətinliyə müsbət töhfə verəcək - Ərdoğan 2021-09-20 09:20:39 Azərbaycan qırıcıları Türkiyədə nümunəvi uçuşlar keçirəcək 2021-09-20 08:00:42 BMT-nin Baş katibi çağırış etdi 2021-09-20 07:40:35 Qarabağın florası yeni dərman vasitələrinin hazırlanması üçün əlverişlidir 2021-09-19 10:10:22 Rusiya MN-in yaydığı məlumat təəccüb və təəssüf doğurur - Anar Eyvazov 2021-09-19 09:05:53 Birinci vitse-prezident Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib 2021-09-19 08:25:45 “Narkomaniyaya qarşı mübarizə və vətəndaş cəmiyyəti” mövzusunda ictimai müzakirə keçirilib 2021-09-18 19:30:13 Reza Deqati Nizami Gəncəvinin dağıdılmış büstü barədə paylaşım edib 2021-09-18 11:35:11 Reza Deqati Nizami Gəncəvinin dağıdılmış büstü barədə paylaşım edib 2021-09-18 11:35:11