2015-12-23 21:30:47 | AKTUAL
Qarabağ mövzusunda yeni filmlərin təqdimatı olub

Təqdimat

“Virtual Qarabağ” İnformasiya–Kommunikasiya Texnologiyaları Mərkəzinin Gənclər və İdman Nazirliyinin dəstəyi ilə istehsal etdiyi “Ağdam - virtual səyahət” 3D qrafik təsvirli, “Qarabağ atı” animasiya filmlərinin, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu ilə birgə əməkdaşlıq çərçivəsində hazırlanan “Qarabağın dövlət əhəmiyyətli tarixi abidələrinin elektron xəritəsi”nin dekabrın 23-də təqdimat mərasimi keçirilib.

Layihənin əlaqələndiricisi, Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev çıxış edərək filmlər barədə ətraflı məlumat verib. 

Bildirilib ki, əsas məqsəd Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin haqlı mövqeyini dünya ictimaiyyətinə çatdırmaq, işğal altındakı ərazilərimizin füsunkar təbiəti, tarixi və maddi-mədəniyyət abidələri haqqında gənclərimizi məlumatlandırmaqdır. Elektron məhsulların hazırlanmasında məqsəd ölkəmizlə bağlı həqiqətlərin Ermənistanın elmi dairələri və erməni diasporu tərəfindən saxtalaşdırılmasının qarşısını almaq, əsl reallıqları, tarixi faktları dünya ictimaiyyətinə çatdırmaqdır.

Layihənin əhəmiyyətini yüksək qiymətləndirən gənclər və idman naziri Azad Rəhimov mərkəzin 2013-cü ildən təqdim etdiyi elektron məhsulların əhəmiyyətini qeyd edib. Bildirib ki, mərkəzin qarşısında daha mühüm layihələrin icrası durur. Ölkə gənclərinin maarifləndirilməsi və Azərbaycan həqiqətlərinin beynəlxalq miqyasda tanıdılması istiqamətində bu məhsullar çox mühüm rol oynayır. Son dövrdə dünyada baş verən dəyişikliklər və yaranan yeni çağırışlar belə filmlərin hazırlanmasının əhəmiyyətini daha da artırır. Ölkə gənclərinin fəallığının artırılmasının başlıca məqsədlərdən olduğunu vurğulayan nazir onların məlumatlandırılmasında və inkişafında belə layihələrin vacibliyini xüsusi qeyd edib.

Sonra “Qarabağ atı” animasiya filmi təqdim olunub. Xalq Şairi Bəxtiyar Vahabzadənin eyni adlı şeiri əsasında çəkilən “Qarabağ atı” animasiya filmi gənc nəslin vətənpərvərlik ruhunda yetişməsinə töhfə vermək, onların Qarabağ haqqında biliklərini artırmaq məqsədini daşıyır.

Azərbaycan və ingilis dillərində hazırlanan “Ağdam – virtual səyahət” 3D qrafik təsvirli film də tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Ağdamın tarixi abidələrinin, meydan və küçələrinin qrafik təsvirlə canlandırıldığı filmdə tamaşaçı virtual səyahətə çıxır.(AZƏRTAC)

“Qarabağın dövlət əhəmiyyətli tarixi abidələrinin elektron xəritəsi” layihəsinin həyata keçirilməsinə əsas səbəb interaktiv xəritə üzərində Qarabağda mövcud olan abidələrin GPS koordinatları ilə birlikdə pasportlaşdırılması, həmin abidələrin Azərbaycana məxsusluğunun nümayiş etdirilməsi, bu barədə gənclərin məlumatlılığının artırılmasıdır.

Baxış sayı : 1966
Şuşaya səfər edənlər bu qaydalara riayət etməlidir 2022-01-24 20:50:31 Ağdam istiqamətində müntəzəm avtobus marşrutları fəaliyyətə başlayır 2022-01-24 13:45:14 “Azərbaycan xalqının hüzn və şərəf günü – 20 Yanvar” videoçarxı xarici KİV-də 2022-01-24 10:15:15 Azad edilən ərazilərdə daha 67 hektar ərazi minalardan təmizlənib 2022-01-24 10:35:07 Azad edilmiş ərazilərə reinteqrasiya ilə bağlı qanun layihəsi hazırlanacaq 2022-01-24 09:30:21 Zəngəzur dəhlizi vasitəsilə iqtisadi və strateji üstünlük reallaşacaq - Türkiyəli ekspert 2022-01-24 09:15:57 Fransada müəyyən siyasi dairələr heç bir halda postmüharibə dövrünün reallıqlarını qəbul etmək istəmirlər 2022-01-24 08:10:13 Şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri keçirilib 2022-01-23 18:20:58 Ərdoğan Türkiyədə 3+3 formatında görüşü planlaşdırdığını açıqlayıb 2022-01-23 17:05:09 “Azıx mağarası” adlı videoçarx hazırlanıb 2022-01-22 10:30:27 Azad olunmuş ərazilərin qış turizm potensialı genişdir 2022-01-22 10:10:54 Şəhid və şəhid ailəsi statusunun verilməsi qaydası dəyişir 2022-01-22 09:50:46 QHT Agentliyi 2021-ci ilin hesabatını dövlət başçısına təqdim edəcək 2022-01-21 21:30:56 Silahlı Qüvvələrlə bağlı qanunvericilik dəyişdirilir 2022-01-21 21:40:04 Azərbaycan yeni strateji inkişaf mərhələsinə qədəm qoyub 2022-01-21 11:10:41 Dünyada inflyasiya sürətlənir: Azərbaycan hansı addımları atır? 2022-01-21 10:35:51 Vaşinqtonda 20 Yanvar faciəsi anılıb 2022-01-21 09:55:32 Əcnəbi media 20 Yanvar faciəsi barədə yazıb 2022-01-21 09:15:54 Kəlbəcərdə yeni hərbi obyektlər istifadəyə verilib 2022-01-21 09:05:32 ABŞ səfirliyi 20 yanvar faciəsi ilə bağlı paylaşım edib 2022-01-20 14:20:58 Ermənistan regionda yaranmış yeni geosiyasi reallıqları düzgün qiymətləndirməlidir - Hikmət Hacıyev 2022-01-20 09:45:11 Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər 2022-01-20 09:30:04 Birinci vitse-prezident Mehriban Əliyeva 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə bağlı paylaşım edib 2022-01-20 09:15:25 Prezident İlham Əliyev 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib 2022-01-20 08:00:25