Azərbaycan tarixi müstəqilliyinə qovuşduqdan sonra şəhid sözü qəhrəmanlıq simvolu kimi hər kəsdə qürur hissi yaşadır. Ermənistanın Azərbaycana hərbi təcavüzü zamanı və ölkəmizin ərazi bütövlüyü uğrunda qurban gedən şəhidlərimiz müasir qəhrəmanlıq tariximizin şərəfli səhifələrini yazdılar. Azərbaycanın hər bölgəsində and yeri olan Şəhidlər xiyabanı gənc nəsl üçün ziyarətgaha çevrildi. Azərbaycan yenilməz, mübariz xalq olduğunu şəhidlik zirvəsinə ucalan övladlarının şücaəti, qəhrəmanlığı ilə bir daha təsdiqlədi. 1992-ci ildə Qarababağda və sərhəd rayonlarında qızğın döyüşlər zamanı, bu şərəfli mübarizəyə daha bir soydaşımız qatılmışdı. Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olan Fərzəliyev Cəlil Əlmazan oğlundan söhbət açmaq istrərdik. Onu da qeyd edək ki, Cəlil Sabirabad rayonunun Həsənli kəndinin ilk şəhidi idi.
Qəlbində hər zaman sonsuz Vətən sevgisi yaşadan Cəlil Fərzəliyev Sabirabad rayonunun Həsənli kəndində 1965-ci il yanvarın 1-də dünyaya göz açmışdı 1972-1982-ci illərdə orta məktəbdə oxumuşdur. Məktəbi qurtardıqdan sonra Salyan rayon Kənd Təsərrüfati Texnikomunun aqronomluq fakultəsində təhsil alıb. 2 il ordu sıralarında Saratov vilayətində hərbi xidmət keçdikdən sonra doğma yuduna qayıdır. Cəlil yarımçıq qalmış təhsilini yenidən davam etdirir və doğma Sabirabad rayonunda öz ixtisasına uyğun aqranomluq fəaliyyəti ilə məşğul olur. Cəlil çalışdığı bu sahədə torpağa məhəbbəti daha da artır. Məhz torpaq sevgisi idi onu Qarabağda, cəbhə bölgələrində torpağı qorumağa sövq edən.
Ulu Dədə Qorqudun dediyi kimi, “Torpağı qorumasan əkməyə dəyməz, əkməsən qorumağa dəyməz”. Məhz Cəlildə torpaq sevgisi buradan qaynaqnırdı. Cəllilin qadaşı Adil Fərzəliyevin bizə verdiyi məlumata görə, “Bir çoxları kimi Cəlili də Qarabağda gedən ədalətsiz müharibə rahat buraxmırdı. Mənim valideynlərim onu evləndirmək istəyirdilər. O qəti şəkildə bildirirdi ki, torpaqlarımız düşməndən azad olunmayana qədər evlənməkdən söhbət açmaq olmaz”.
Adil Fərzəliyev daha sonra bildirir: “Mənim üçün Cəlil haqqında danışmaq həm şərəflidi, həm də çətindi. Çətindi ona görə ki, Cəllili biz tez itirdik, həyatının ən gözəl çağında həyatla vidalaşdı. Şərəflidi ona görə ki, qəhrəmanlıqla döyüşüb. Ləyaqətli həyat yolu keçib. O, 1992-ci ildə ərizə verərək könüllü olaraq cəbhə bölgəsinə yollanmışdı. Onun iştirak etdiyi döyüşlərdə düşmənə ağır zərbələr endirmişdir. Cəlil 1992-ci ilin avqustun 8-də Ağdərə ətrafında gedən döyüşlərdə igidliklə həlak olmuşdur. Ailə həyatı qurmağa macal tapmayan Cəlil subay idi. O, Sabirabad rayonunun Cavad kənd qəbirstanlığında dəfn edilib. Onu da qeyd edim ki, o zaman məktəb direktoru olan və hazırda dünyasını dəyişən Əlbayram Hüseynovun və digər şəxslərin təşəbbüsü ilə onun təhsil aldığı Balvar kənd tam orta məktəbi hazırda şəhid Cəlil Fərzəliyevin adını daşıyır. Onu da qeyd etmək istərdim ki, hazırda Cəlilin büstü də ucaldlıb”. Adil Fərzəliyev onu da əlavə etdi ki, qardaşı Cəlilin adını yaşatmaq, ruhunu şad etmək üçün oğlunun adını Cəlil qoyub. Hazırda Cəlilin 13 yaşı var. Tanrı qorusun!
Şəhid Cəlil Fərzəliyevin böyük qardaşı Əliməhəmməd Fərzəliev, digər qardaşları Məhəmmədəli, Əlmərdan, Ərəstun və Süleyman Fərzəliyevlər onun yüksək insani keyfiyyətlərindən danışdılar. Qardaşların qeyd etdiyi kimi, Cəllil vətənpərvər olmaqla yanaşı, həm də dəyərli insan olub. Nə qədər kədərli olsa da şəhid Cəlil Fərzəliyevin qardaşları onun nurlu xatirəsindən, millət üçün, xalq üçün fədakarlığından söhbət açdılar. Onun haqqında istər uşaqlıq dövründə, istərsə də təsərrüfat sahələrində çalışdığı illərdə yalnız yaxşı fikirlərin, xoş xatirələrin olduğu bildirildi. Şəhidin qardaşları Cəlli Fərzəliyevin xatirəsinin əbədiləşdirlməsində göstərdiyi dəstəyə görə, yerli icra orqanlarına, ümumilikdə, rəsmi qurumlara, dövlətimizə təşəkkürlərini çatdırdılar.
Onu da qeyd edək ki, Cəlli Fərzəliyevin 6 qardaşı, 3 bacısı olub. Şəhidin valideynləri, atası Əlimazan kişi, anası Ruhanisə xanım Cəllil şəhid olan xeyli sonra dünyalarını dəyişiblər. Valideynlərin və onun yaxınlarının təsəllisi isə hər zaman Cəlilin qəhrəmanlıqla döyüşməsi, torpağa, xalqa sevgisinin böyük olması və ən əsası onun müsbət keyfiyyətləri haqqında fikirlərin hər zaman səslənməsi idi.
Cəlil haqqında daha bir nəfər vaxtılə onunla bir yerdə işləyən və hazırda Sabirabad rayon İcra Hakimiyyəti Başçısının birinci müavini vəzifəsində çalışan Həsənov Həsən Murtuz oğlunun fikirlərini təqdim edirik:
Canlarından keçməklə xalqın qəhrəmanlıq dastanını, azadlığı canı ilə qazanıb qanı ilə yazanlardır şəhidlər
Şəhidlik ölüm deyil, Vətən, torpaq, böyük amallar uğrunda candan keçmək, özünü şüurlu şəkildə qurban vermək deməkdir. Şəhidliyə verilmiş ömür payı gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaq deməkdir. Rayonumuzun 3 Milli Qəhrəmanı, 4 Azərbaycan Bayrağı ordenli, 225 şəhidi və 149 nəfər Qarabağ əlili vardır. Şəhidlərdən biri də Fərzəliyev Cəlil Əlmazan oğludur. O, 1965-ci il yanvar ayının 1-də Sabirabad rayonunun Həsənalı kəndində anadan olmuş, 1972-ci ildə Balvar kənd 8 illik məktəbinin birinci sinfinə getmişdir. 1980-ci ildə həmin məktəbi bitirdikdən sonra təhsilini davam etdirmək üçün, Cavad kənd orta məktəbin 9-cu sinfinə daxil olmuşdur. 1982-ci ildə orta təhsilini başa vuraraq Salyan rayon Kənd Təsərrüfatı Texnikomunun Aqronomluq fakultəsinə daxil olmuşdur. Bir il oxuduqdan sonra, 1983-cü ildə Salyan rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. 1985-ci ildə Saratov vilayətinin Elgilis şəhərində hərbi xidməti başa vurmuşdur. Ordudan təxris olunduqdan sonra yenidən təhsilini davam etdirmişdir. 1987-ci ildə Salyan rayon Kənd Təsərrüfatı Texnikomunu bitirdikdən sonra, həmin ildən Sabirabad rayon Kənd Təsərrüfatı İdarəsində bizimlə birlikdə aqronom vəzifəsində işləmişdir. Cəlil orta boylu, qarayanız, şirin təbəssümlü, qayğıkeş bir dost, qardaş idi. Verilən tapşırıqların həlli üçün əlindən gələni etməyə çalışırdı. Hansısa bir iş alınmayanda sifətində elə bir ifadə yaranırdı ki, elə bil bütün bu işlərin günahkarı özüdür. Müqəddəs Qarabağ torpaqlarımızda gedən ədalətsiz müharibə başqa igid oğullarımız kimi onu da rahat buraxmadı. O, 1992-ci ildə könüllü olaraq Qarabağ müharibəsində iştirak etmək üçün ordu sıralarına yazılmışdır. 1992-ci il avqust ayının 9-da Ağdərə uğrunda gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Əhməd Cavadın sözlərinə Üzeyir Hacıbəyov tərəfindən yazılmış möhtəşəm Azərbaycan Himnində bir ifadə var:-
“Hüququndan keçən əsgər
Hərə bir qəhrəman oldu”
Məhz bizim cəsur Cəlilimiz öz yaşamaq hüquqlarından keçib bir qəhrəman oldu. Vətən, torpaq uğrunda canından keçənlər, özlərini fəda edənlər ölmürlər. Aylar, illər keçdikcə, onların göstərdikləri igidliklər dillərdə gəzir, nəsillərdən-nəsillərə ötürülür. Beləliklə, xalq öz qəhrəman övladlarına qəlbində əbədi heykəl ucaldır. Şəhid Fərzəliyev Cəlil Əlmazan oğlunun da adı Balvar kənd tam orta məktəbinə verilərək, məktəbin həyətində onun büstü qoyulmaqla adı əbədiləşdirilmiş, gənclərin qürur və and yerinə çevrilmişdir. Allah bütün Şəhidlərə rəhmət etsin!
Səhidin döyüş yoldaşları Nəriman Sədirxan oğlu Muradov, Əhliman Astanov, Yadigar Hümbətov Cəlilin döyüşkən ruhundan, mübarizliyindən, mərdanəliyindən söz açdılar. Qarabağ qaziləri Tərtər-Ağdərə istiqamətində, bir sıra önəmli mövqeylərin qazanılmasında, ümumilikdə, cəbhə bölgəsində, qızgın döyüşlərdə Cəlil Fərzəliyevin qəhrəmanlığından danışaraq ona rəhmət oxudular. Həmçinin döyüş yoluna nəzər salan səngər yoldaşları Cəlili hərbi qayda-qanunlara hər zaman əməl edən nizam-intizamlı qəhrəman əsgər kimi xatırladılar Keçmiş döyüşçü Əhliman Asatanov bildirdi ki, “Şəhidin xatirəsinin əbədiləşdirilməsini müsbət qiymətləndiririk. Şəhidlərimiz heç zaman ölmür. Onların ruhu şad olsun. Belə igid insanlar gənc nəslə, cəmiyyətə örnək olduğunu xüsusi olaraq bildirdirirəm”.
Digər həmsöhbətimiz keçmiş özünümüdafiə batalyonun döyüşçüsü, 2-ci qrup müharibə əlili, şəhid Cəlil Fərzəliyevin səngər yoldaşı Mənsimov Muxtar Cəfər oğludur. O, Cəlil haqqında bunları deyib: “Cəlil elə bir döyüş yoldaşı idi onun haqqında çox böyük ruh yüksəkliyi ilə danışmaq olar. Biz birlikdə döyüş bölgələrində olmuşuq. Biz 1992-ci ilin əvvəllərində Sabirabad özünümüdafiə batalyonun tərkibində döyüş bolgəsinə yollanmışıq. Tərtərin düşmənlə sərhəd kəndlərində, Ağdərə rayonunda və bir sıra yaşayış məntəqələrində gedən döyüşlərdə iştirak etmişik. Bəzi kəndlərin azad olunmasında döyüşmüşük. Xüsusilə, Sərsəng su anbarının ətrafındakı mühüm mövqeylərin azad olunmasında və digər ərazilərdə birlikdə olmuşuq. Onu deyim ki, bəzən bizə hərbi rəhbərlik tərəfindən qısa məzuniyyət veriliridi. Biz ailəli olduğumuza görə, evə gəlirdik. Cəlil deyirdi: “Mən subayam ona görə, döyüş mövqeyində qalacam”. O, inanırdı biz gec-tez qələbə qazanacağıq. Onu bütün döyüş zamanı çox cəsur, mərd bir əsgər kimi xatırlayıram. Cəlilin şəxsi keyfiyyətləri haqqında onu deyə bilərəm ki, o çox sakit təbiətli, və sirrini heç kimə verməyən bir insan idi. Döyüş zamanı o hər zaman irəlidə olurdu. Cəlil kimi qəhrəman, döyüşkən oğulların şücaəti sayəsində biz düşməni geri oturda bilirdik. Onun qəhrəmanlığı gənc nəslə örnəkdir ”.
Həqiqətən torpaqlarımızın müdafiəsində böyük qəhrəmanlıqlar göstərən cəsur döyüşçülərimizin həyat yolu, onların qəhrəmanlığı gənclərimizə qəhrəmanlıq, şücaət məktəbidir. Yetər ki, biz fədakar insanlarımızı, qorxmaz döyüşçülərimizi cəmiyyətə daha yaxşı tanıdaq. Dəyərli oxucular onu da qeyd edək ki, Şəhid Cəllil Fərzəliyevin doğulub boya-başa çatdığı Sabirabad rayonunun Həsənli kəndində Cəlilin yaxın qohumları olan daha iki şəhid var. Onlar haqqında da qısaca məlumat vermək istərdik.
Əhmədov Zeynal Ağayar oğlu (1973-1993)
Əhmədov Zeynal Ağayar oğlu 1973-cü ili noyabrın 10-da Həsənalı kəndində anadan olub. 1988-ci ildə 8-ci sinfi bitirib. Sabirabad rayonu texniki peşə məktəbinə daxil olub. Peşə məktəbini bitirdikdən sonra 1992-ci ildə hərbi komissarlıq tərəfindən həqiqi hərbi xidmətə çağılmışdır. İlk gündən rabitəçi kimi hərbin sirlərinə dərindən yiyələnməyə başlayan Zeynal rabitəçi kimi cəbhə bölgələrində fəal olub.
Bütün hərbi tapşırıqları sözsuz yerinə yetirən Zeynal dəfələrlə komandirlərin təşəkkürünü qazanmışdır. O, bir Azərbaycan əsgəri kimi başa düşürdü ki, müharibə şəraitində rabitənin əvəzsiz rolu var. 1993-cü il martın axırlarında Kəlbəcər istiqamətində gedən amansız döyüşlərdə Əhmədov Zeynal Ağayar oğlunun həlak olduğu bildirilir. Zeynalın cəsədinin tapılmaması, itkinlik dərdi atası Ağayar kişiyə, anası İntizar xanım üçün ağır dərd oldu. Həm ata, həm də ana itkinlik dərdinə dözməyərək dünyalarını dəyişdilər. Ruhları şad olsun!
Həşimov Bəxtiyar Əjdər oğlu (1975-1994)
Həşimov Bəxtiyar Əjdər oğlu 1975- ci ilin iyul ayının 14-də Sabirabad rayonu Həsənli kəndində anadan olub. 1982-1992 ci illərdə Həsənli kənd orta məktəbində oxumuşdur.Orta məktəbi bitirdikdən sonra Sabirabad rayonunda yerləşən suvarma təsərrüfatında çalışmışdır. 1993-ci ilin iyul ayının 20-də hərbi komissarlıq tərəfindən həqiqi xidmətə çağırılmışdır. 1993-1994 cü ilin əvvəllərinə qədər Bəxtiyar müxtəlif döyüş bölgələrində xidmət etmişdir. Döyüş dostlarının dediyinə görə, Bəxtiyar çox cəsur döyüşçü idi. Cəsur döyüşçü bütün döyüş əməliyyatlarında həmişə öndə olurdu. O, 1994-cü ilin fevralının 3-də Füzuli bölgəsində gedən qızğın döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Qəbri kənd qəbristanlıqındadır. Subay idi. Evin ilk övladı kimi atası Əjdər kişi, anası Məleykə xanım həmişə toy görmək arzusunda idilər. Bu arzu, istək ürəklərdə əbədi qubara çevrildi.
Atası Əjdər kişinin dediklərindən:
Kəndin xeyir-şər işlərində çox can yandırırdı. Çox çalışmağı, işləməyi sevirdi. Bircə onunla təskinlik tapıram ki, oğlum Bəxtiyar Vətən uğrunda canından keçib, şəhidlik zirvəsinə ucalmışdır.
Allah cəmi şəhidlərimizə rəhmət eləsin.
Amin!
(Sonda onu qeyd edək ki, təqdim etdiyimiz şəkillərdə Şəhid Cəlil Fərzəliyevin qardaşı Adil Fərzəliyev, Şəhidin büstünü ziyarət edən onun qardaşları, döyüş yoldaşları və digərləri var)
Fact-info.az
Baxış sayı: 6 577