FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Tanınmış yapon aliminin rəhbərlik etdiyi mütəxəssislər Ağdamda göz müayinəsi keçiriblər
29-05-2024, 15:00 | MƏDƏNİYYƏT
Tanınmış yapon aliminin rəhbərlik etdiyi mütəxəssislər Ağdamda göz müayinəsi keçiriblər

“Fuji Optical” şirkəti BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Azərbaycandakı Nümayəndəliyinin və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə Azərbaycanda növbəti humanitar missiyasını həyata keçirir.

Fact-info.az xəbər verir ki, tanınmış yapon alimi, “Fuji Optical” özəl şirkətinin rəhbəri Akio Kanai və 6 optometrist mütəxəssisdən ibarət heyət keçmiş məcburi köçkünlərin sıx məskunlaşdığı ərazilərdə ödənişsiz göz müayinəsi aparır. Göz müayinəsi və eynək paylanışına mayın 28-də Ağdam rayonunun Quzanlı qəsəbəsində klub-icma mərkəzində başlanılıb. Ötən gün ərzində 537 nəfər müayinə olunub, 519 nəfərə eynək verilib.

Mayın 29-da keçirilən aksiya zamanı isə müayinə olunan 600 nəfərdən çox sakin eynəklə təmin olunub. BMT QAK-ın Azərbaycandakı nümayəndəsi xanım Bik Lum və Yaponiyanın Azərbaycandakı səfiri Katsuya Vatanabe Ağdam rayonunda göz müayinəsinin aparıldığı əraziyə baş çəkib, doktor Akio Kanaiyə və missiyanın işinə cəlb olunanlara və dəstək göstərənlərə təşəkkürlərini bildiriblər.

Humanitar aksiyanı rəğbətlə qarşılayan keçmiş məcburi köçkünlər və aztəminatlı ailələr sağlamlıqlarına göstərdikləri qayğıya görə Akio Kanaiyə və “Fuci Optika” şirkətinin üzvlərinə təşəkkür ediblər.

Göz müayinəsi və eynək paylanışının mayın 31-dən iyunun 3-dək Bərdə rayonunda davam etdirilməsi planlaşdırılır. Ümumilikdə altı gün davam edəcək müayinə proseslərinin azı 2500 nəfəri əhatə edəcəyi nəzərdə tutulur.

Qeyd edək ki, bu missiya şirkətin Azərbaycanda humanitar yardım göstərməsinin 20-ci ilinin tamam olması ilə əlamətdardır. Belə ki, “Fuji Optical” şirkətinin Azərbaycana ilk humanitar missiyası 2005-ci ildə təşkil olunub. Ötən illər ərzində şirkət Azərbaycanda görmə qabiliyyətinin yaxşılaşdırılması üzrə 16 uğurlu missiya həyata keçirib və COVID-19 pandemiyası zamanı görmə və eşitmə cihazlarını ianə etməklə dəstəyini davam etdirib. Şirkət BMT-nin Qaçqın Agentliyi vasitəsilə Azərbaycana 70 mindən artıq eynək ianə edib və bu eynəklər əsasən məcburi köçkünlərə paylanılıb. Azərbaycana indiyədək ianə olunan eynək və eşitmə aparatlarının ümumi dəyəri 2,7 milyon ABŞ dollarından çoxdur.




Baxış sayı: 160
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30