2020-05-15 11:50:00 | QHT VƏ MEDİA
Anar Məmmədov: Ermənistanda faşizm ideologiyası dövlət səviyyəsində təbliğ edilir

.

Hazırda nasizmin qəhrəmanlaşdırılması bir sıra ölkələrdə, o cümlədən Ermənistanda son illərdə daha da açıq şəkildə dövlət səviyyəsində etiraf edilir. Bildiyimiz kimi, 75 il bundan əvvəl 50-dən çox dövlət antifaşist koalisiyasında birləşərək dünyanı faşizm təhlükəsindən xilas edib. Bu mübarizədə milyonlarla insan, dövlətlər böyük zərər görüb. Lakin təəssüflər olsun ki, Ermənistan bütün bu mübarizəni heçə sayaraq, bu şərəfli yolda qəhrəmancasına həlak olmuş insanların ruhuna hörmətsizlik edərək, bu gün faşist ideyalarını yaşatmağa çalışır.

Bu gün artıq sirr deyil ki, Ermənistanda faşizm ideologiyası dövlət səviyyəsində təbliğ edilir, faşist Almaniyası ilə sız əməkdaşlıq etmiş erməni faşistlər və nasistlər qəhrəmanlar kimi qələmə verilir, onlara abidələr ucaldılır, küçələrə, meydanlara, tədris müəssisələrinə, strateji mərkəzlərə onların adları verilir. Cənubi Qafqazın bu ölkəsində faşizmin, antisemitizmin və terrorizmin populyarlaşdırılması dövlət siyasətinin tərkib hissəsinə çevrilib. Ən dəhşətlisi və hiddətləndiricisi odur ki, “Njdeizm” adlı faşist ideologiyası Ermənistanda tədris müəssisələrinin proqramına daxil edilib və gənc nəsil bu “dəyərlər” ruhunda tərbiyə edilir.

Son günlərdə Ermənistan KİV-ləri tərəfindən aparılmış araşdırma nəticəsində məlum olub ki, bu ölkənin baş naziri Nikol Paşinyanın babası Böyük Vətən müharibəsi zamanı SS sıralarında xidmət edib. Bundan dərhal sonra Ermənistan Müdafiə Nazirliyinin saytında belə bir məlumat yer alıb ki, guya müharibədə Yenakavan kəndindən Nikol Paşinyan ad-soyadlı iki adam iştirak edib.

Ermənistan KİV-ləri yazırlar ki, guya onlardan biri SS sıralarında, digəri SSRİ ordusunda xidmət edib, baş nazirin babası nasistlərin tərəfdarı olmayıb. Halbuki, Abverqrup 114-də aparılan agentura işi çərçivəsində əks-kəşfiyyatçılar daşnak ordusunun keçmiş generalı, "Njde" təxəllüsü ilə nasistlərə xidmət edən emiqrant Ter-Arutyunyanı aşkar edib və yaxalayıblar. Böyük Vətən müharibəsi illərində Njde Bolqarıstan ərazisində 30-dan çox milliyyətcə ermənini fəaliyyətə cəlb edib, onların Qızıl Ordunun arxa cəbhəsində diversiya hazırlığında iştirak edib. Əks-kəşfiyyat baş idarəsinin əməkdaşları tərəfindən 17 Njde tərəfdarının yaxalanaraq onların terror aktı törətmələrinin qarşısı alınıb.

Bununla da Qareqin Njde yalnız nasistlərin məxfi agenti deyil, həm də döyüşən ordunun arxa cəhbəsində diversiya-terror aktları törətmək üçün cəlb edən şəxs olub. Belə olan təqdirdə ermənilər tarixin onlara məxsus bu qara səhifələrini nə qədər dəyişdirməyə çalışsalarda, bu onların alnına yazılan qara ləkə kimi qalacaq. Tarixin bu səhifələrinə nəzər salıb bir daha əmin oluruq ki, ermənilərin faşizmi təbliğ etməsinin kökündə onların mənfur xisləti dayanır.

Anar Məmmədov

Milli Məclisin deputatı

Baxış sayı : 526
“Qabarlı əllərin möcüzələri” 2020-09-20 14:35:26 “Eurasia Review” nəşrində Ermənistan-Azərbaycan münaqişəsi barədə məqalə dərc olunub 2020-09-20 08:00:26 Prezident İlham Əliyev: “Biz mütləq öz torpaqlarımıza qayıdacağıq” 2020-09-19 22:30:42 QHT sədri: “Tofiq Yaqublu məsələsində Azərbaycan dövləti 5-ci kolonun planını pozdu” 2020-09-18 19:45:54 Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının təmsilçiləri diplomatik nümayəndəliklərlə görüşləri davam etdirirlər 2020-09-19 09:20:53 "Arşın mal alan"ın əbədi şöhrəti və erməni xəbisliyi - Üzeyir Hacıbəyli - 135 2020-09-19 08:15:16 Tural Gəncəliyev: Ermənistan Azərbaycana qarşı hərbi təcavüzünü gizlətmək üçün fikiryayındırıcı addımlar atır 2020-09-19 08:10:35 “Güllələnmiş qətl edilmiş Qarabağ mədəniyyəti: Şuşa filminin çəkilməsi” layihəsi start götürüb 2020-09-18 19:55:48 Üzeyir Hacıbəyliyə həsr olunmuş elektron məlumat bazası təqdim edilib 2020-09-18 18:30:45 İşğal olunmuş ərazilərimizdə abidələrin dağıdılması məsələsi daim gündəmdədir 2020-09-18 10:15:02 ABŞ-da Ermənistanın təcavüzündən bəhs edən proqram yayımlanıb 2020-09-18 09:05:25 Türkiyəli professor: Livan ermənilərinin Azərbaycanın işğal olunmuş ərazilərində məskunlaşdırılmasının qarşısı alınmalıdır 2020-09-18 07:45:56 Rusiya XİN-dən ermənilərin Azərbaycanın ərazilərinə köçürülməsinə münasibət 2020-09-18 07:15:36 Prezidentin köməkçisi sosial, iqtisadi, humanitar və demokratiya sahəsində fəaliyyət göstərən QHT-lərlə görüşüb 2020-09-18 06:20:43 “İrsimizin qorunması məsələsində hamını aktivliyə çağırıram” 2020-09-17 20:25:14 Qaydalara əməl et, özünü, yaxınlarını və cəmiyyəti qoru! 2020-09-17 18:00:39 “Repressiya” adlı yeni layihə çərçivəsində ilk sənədli film Mikayıl Müşfiqə həsr olunub 2020-09-17 09:55:10 Ərəb jurnalist: Ermənistan Livandan Qarabağa erməni ailələrini deyil, yaxşı təlim keçmiş silahlıları köçürür 2020-09-17 09:45:10 Yalnız səngərdə deyil, diaspor sahəsində də məğlubiyyət xaricdəki erməniləri qəzəbləndirib 2020-09-17 09:05:16 “Elmi nəticələr COVID-19-un sonunun yaxınlaşdığını əlamətləndirir” 2020-09-17 08:45:17 Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması bəyanat yaydı 2020-09-17 07:25:31 QHT layihə çərçivəsində İsmayıllıda tədbir keçirib 2020-09-16 17:45:27 QHT “Elektron kabinetdə uçot məlumatlarının dəyişdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirib 2020-09-16 17:15:36 Azərbaycanda görülmüş işlər onu postpandemiya dövrünə ən hazırlıqlı ölkələr sırasına çıxaracaq 2020-09-16 10:55:00