QHT və MEDİA
A- A A+

Qərbi Azərbaycan İcması -Azərbaycan Qaçqınlar Cəmiyyəti Xocalı abidəsini ziyarət etdi

2020-02-26 15:30:53

.

Bu gün Azərbaycan xalqı bəşəriyyətin ən qanlı hadisəsi, insanlığa qarşı törədilmiş ən ağır cinayət sayılan Xocalı soyqırımı faciəsinin 28-ci ildönümünü qeyd edir. Bu faciə Ermənistan silahlı qüvvələri, Azərbaycanın Dağlıq Qarabağ ərazisindəki erməni silahlı dəstələri, keçmiş SSRİ-nin Xankəndində yerləşən 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin bilavasitə iştirakı ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilmişdir.

Qeyd edək ki,həmin gecə 613 nəfər öldürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub.106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirilib. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib,76 uşaq yaralanıb, 1275 dinc sakin əsir götürülüb.Əsir götürülən 150 nəfərin taleyi isə hələ də məlum deyil.

Analoq.az xəbər verir ki, Qərbi Azərbaycan İcması -Azərbaycan Qaçqınlar Cəmiyyəti Xətai rayonunda ucaldılmış “Ana harayı” abidəsini ziyarət edib.

İcma sədri Əziz Ələkbərli və Qərbi Azərbaycan İcmasının üzvləri abidənin önünə tər qərənfillər düzüb, faciə qurbanlarının xatirəsini ehtiramla yad edib, ruhlarına dualar oxuyublar.

Ə. Ələkbərli qeyd edib ki, Azərbaycan xalqının Xocalı soyqırımının günahsız qurbanlarının əziz xatirəsini belə izdihamla yad etməsi eyni zamanda, bu faciənin dünya miqyasında xalqımıza qarşı soyqırımı aktı kimi tanıdılmasına nail oluruq. Xocalı faciəsi yaddaşlarımızdan heç vaxt silinməyəcəkdir.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 172

QHT və MEDİA

2020-03-29 18:55:57

QHT və MEDİA
Səfir: Saxta “erməni soyqırımı” mövzusun...
Səfir: Saxta “erməni soyqırımı” mövzusun...

Erməni millətçi dairələrinin Azərbaycan xalqına qarşı törətdikləri soyqırımı ...

2020-03-29 09:30:18

QHT və MEDİA
Azərbaycan Respublikasının Birinci vitse...
Azərbaycan Respublikasının Birinci vitse...

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “I...

CƏMİYYƏT

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

2020-03-21 10:05:33

CƏMİYYƏT
TRT Hacı Zeynalabdin Tağıyevə həsr edilm...
TRT Hacı Zeynalabdin Tağıyevə həsr edilm...

Türkiyənin “TRT AVAZ” televiziya kanalında yayımlanan “Köklərin izində” sənəd...

İQTİSADİ

2020-03-23 12:10:28

İQTİSADİ
Könül Nurullayeva: Azərbaycan Prezidenti...
Könül Nurullayeva: Azərbaycan Prezidenti...

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilər Azərbaycanda demokratik dəyərl...

2020-03-17 11:00:35

İQTİSADİ
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...

Artıq iqtisadi strukturlarda baş verən dəyişikliklər Rəqabət Məcəlləsinə qəbu...