2020-01-23 09:00:00 | MƏDƏNİYYƏT
"Qarabağnamə"nin daha bir nümayişi

.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub.

Teatrın mətbuat xidmətindən bildirilib ki, Xalq yazıçısı, görkəmli dramaturq İlyas Əfəndiyevin "Hökmdar və qızı" əsəri əsasında hazırlanan tamaşanın rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İsmayıl Məmmədovdur.

Tamaşada rolları Xalq artistləri Kazım Abdullayev, Firəngiz Mütəllimova, Rafiq Əzimov, Hacı İsmayılov, Əli Nur, Ramiz Məlik, Əjdər Həmidov, Əməkdar artistlər Elxan Quliyev, Məsmə Aslanqızı, Elnar Qarayev, Aslan Şirin, Kazım Həsənquliyev, Elşən Cəbrayılov, Əminə Babayeva, aktyorlar İlyas Əhmədov, Ləman İmanova, Elnur Qədirov, Rada Nəsibova ifa edib.

Tamaşanın musiqi tərtibatçısı Həmid Kazımzadə, geyim rəssamı Aygün Mahmudova, işıq üzrə rəssamı Rafael Həsənovdur.

Səhnə əsərində XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən və Qarabağ hökmdarı İbrahim xanın ictimai-siyasi, ailə-məişət həyatından bəhs edir.

O dövrdə xanlıqlara bölünmüş Azərbaycana yiyələnmək istəyən Rusiya və İranla siyasi əlaqələri və dostluq münasibətlərini bərqərar etməyə çalışan İbrahim xan erməni fitnəkarlığının qurbanı olur.

Baxış sayı : 365
"Ermənistan beynəlxalq vasitəçilərin əməyinə hörmətsizlik nümayiş etdirir" 2020-10-31 16:50:04 Prezident İlham Əliyevin Almaniyanın ARD televiziya kanalına müsahibəsi 2020-10-31 15:15:33 “Erməni qoşunlarının tərkibində Suriya və İraqdan gətirilmiş PKK-çıların olması faktdır” 2020-10-31 11:20:07 “85 yaşlı Yevgeniya Babayan Ermənistanda işgəncələrə məruz qalaraq müstəntiq qarşısına çıxarılıb” 2020-10-31 11:15:35 “Ordumuzun silahlanmasında qadağan olunmuş silah və sursat yoxdur” 2020-10-31 08:30:08 Cəbhədə oktyabrın 31-nə olan son vəziyyət 2020-10-31 08:20:56 Hərbi cinayət törətmiş növbəti yüksək vəzifəli erməni hərbçisi məhv edilib - MN 2020-10-30 11:10:53 Braziliya telekanalında Ermənistanın Azərbaycana qarşı son hərbi təxribatlarından danışılıb 2020-10-30 09:40:15 Qubadlıda 5 mindən çox nadir muzey eksponatı talan edilib 2020-10-30 09:10:26 "Human Rights Watch" Bərdəyə qadağan olunmuş kasetli raketlər atıldığını təsdiqləyib 2020-10-30 08:55:01 Ermənistanın indiki durumu faşist Almaniyasının 1945-ci ildəki vəziyyəti ilə eynidir 2020-10-30 08:50:26 Cəbhədə oktyabrın 30-na olan son vəziyyət 2020-10-30 08:05:29 İşğaldan azad edilmiş ərazilərdə idarəetmə belə olacaq - Prezidentin Fərmanı 2020-10-29 21:35:06 Terrorizm və soyqırımı siyasəti yürüdən Ermənistanın dinc azərbaycanlılara qarşı cinayətlərinə dünya birliyi 30 ildir göz yumur 2020-10-29 12:05:24 Azay Quliyev: “Bir daha aydın oldu ki, bu faşist ölkə ilə danışıqlar aparmağa dəyməz” 2020-10-29 10:15:06 BMT Bərdənin yaşayış yerlərinin atəşə tutulmasını qınadı 2020-10-29 09:55:03 Azərbaycan Ordusunun əməliyyatları Ermənistan hərbçilərində psixoloji gərginlik yaradıb - Hərbi ekspert 2020-10-29 08:50:19 Prezident İlham Əliyev Türkiyə xalqını Cümhuriyyət Bayramı münasibətilə təbrik edib 2020-10-29 08:40:42 ABŞ-ın Hyuston şəhərində Ermənistanın təcavüzünə qarşı etiraz və Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib 2020-10-29 08:15:46 Prokurorluq Bərdəyə raket hücumu nəticəsində həlak olan şəxslərin adları açıqladı 2020-10-29 08:10:41 Prezident İlham Əliyev Rusiyanın İnterfaks agentliyinə müsahibə verdi 2020-10-28 21:05:16 XİN Bərdənin vurulması ilə bağlı bəyanat yaydı 2020-10-28 17:10:07 Fransız deputat ermənilərin təhqir və hədələrinə məruz qalıb 2020-10-28 10:35:15 “Sərhədsiz reportyorlar”dan ermənilərin təhdid etdiyi jurnalistlə bağlı BƏYANAT 2020-10-28 09:05:18