SİYASƏT
A- A A+

Politoloq: Azərbaycan beynəlxalq inteqrasiya müstəvisində çox uğurlu inkişaf yolu keçib

2020-01-16 09:15:37

.

Prezident İlham Əliyev Ermənistanın bir dövlət kimi tənəzzülü və Azərbaycandan çox geridə qalmasını bu ölkənin təcavüz və davakar siyasəti ilə klassik şəkildə əlaqələndirə bildi. Prezident iki ölkənin inkişafını və tənəzzülünü o qədər çoxsaylı və dəqiq faktlarla əsaslandırdı ki, onları təkrar etmək yox, ifadə etdiyi məzmuna diqqət yetirmək kifayətdir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Zaur Məmmədov bildirib.

O qeyd edib ki, Azərbaycan Prezidenti ermənilərin içlərində yaşadıqları fəlakətləri onların özünə çox təsirli formada göstərdi. Ermənistan əhalisi Prezident İlham Əliyevin faktlarından sonra Paşinyan kimilərin onları illərlə necə aldatdıqlarına bir daha əmin olacaq.

Politoloq əlavə edib ki, ölkəmizə gəldikdə, bu gün Azərbaycan enerji sahəsində daxili tələbatını tam ödəyir, hətta regionun və bütövlükdə qlobal enerji təhlükəsizliyinin təmin olunmasına töhfələr verir. Azərbaycan Avropanın enerji tələbatının ödənilməsində böyük rol qazanmaqla, həm də özünün beynəlxalq münasibətlər sistemindəki mövqeyini əhəmiyyətli dərəcədə möhkəmləndirir.

Z.Məmmədov vurğulayıb ki, ölkəmizin istər daxili, istərsə də xarici siyasətində əsas təməl prinsipi əhalinin sosial rifahının yüksəldilməsidir. Prezident İlham Əliyevin fəaliyyəti dövründə məhz vətəndaş amili, vətəndaş maraqları həm daxili, həm də xarici siyasətimizin prioritet istiqamətini təşkil edir. Onun sözlərinə görə, müşavirədə Azərbaycanın iqtisadi, siyasi, hərbi, mədəni, biznes və beynəlxalq inteqrasiya müstəvilərində çox uğurlu inkişaf yolu keçdiyi bütün dünyaya bir daha nümayiş etdirildi. “Prezident iki ölkənin inkişafını və tənəzzülünü o qədər çoxsaylı və dəqiq faktlarla əsaslandırdı ki, onları təkrar etmək yox, ifadə etdiyi məzmuna diqqət yetirmək kifayətdir. Saysız parametrlərin hər biri üzrə iki ölkənin fərqi bəzən hətta 10 dəfədən çox olmaqla Azərbaycanın xeyrinədir”, - deyə politoloq bildirib.

O qeyd edib ki, 2019-cu ildə Azərbaycanın iqtisadi və siyasi imkanlarının artması ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq tədbirlərin sayından, eyni zamanda, dövlətimizin başçısı İlham Əliyevin qatıldığı beynəlxalq tədbirlərin miqyasından da aydın görünür. Ötən il Azərbaycan 120 ölkəni özündə birləşdirən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünə, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşünə ev sahibliyi etdi.

Politoloq bildirib ki, Azərbaycanın mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməsində sabit, təhlükəsiz ölkə kimi qazandığı imic də əhəmiyyətli rol oynayır.


Kateqoriya : SİYASƏT Baxış sayı : 264

QHT və MEDİA

2020-05-31 18:25:45

QHT və MEDİA
Şamaxı rayonunun ağsaqqallarından
Şamaxı rayonunun ağsaqqallarından

Azərbaycanda bu virusun törədə biləcəyi ağır fəsadların qarşısının alınması i...

2020-05-30 16:00:05

QHT və MEDİA
Azay Quliyev: “Ermənistanın Şuşa təxrib...
Azay Quliyev: “Ermənistanın Şuşa təxrib...

Onlayn tədbir çərçivəsində COVID-19 pandemiyası dönəmində çoxtərəfli diplom...

CƏMİYYƏT

2020-05-26 13:20:05

CƏMİYYƏT
Virusa daha tez qalib gələrək normal həy...
Virusa daha tez qalib gələrək normal həy...

Virusa daha tez qalib gələrək normal həyata qayıtmaq üçün qoyulan qaydalara r...

2020-05-18 15:15:58

CƏMİYYƏT
QHT ictimai nəzarəti necə təmin edə bil...
QHT ictimai nəzarəti necə təmin edə bil...

Bu gün vətəndaş cəmiyyətinin fəaliyyəti bizi qane edirmi sualına birmənalı ca...

İQTİSADİ

2020-05-29 09:30:52

İQTİSADİ
Azərbaycan postpandemiya dövründə biznes...
Azərbaycan postpandemiya dövründə biznes...

Dünyanın aparıcı şirkətlərinin Azərbaycana marağı artmaqdadır. Hətta pandemiy...

2020-05-15 10:35:56

İQTİSADİ
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...

Azərbaycan Qafqaz regionundan keçən Avrasiya nəqliyyat marşrutlarının inkişaf...