TƏDQİQATLAR
A- A A+

Geosiyasi, geoiqtisadi baxımdan mövqeyimizin güclənməsi regional proseslərə təsir imkanlarımızı artıracaq

2019-12-20 09:35:55

.

Bütövlükdə TANAP region üçün vacibdir. Bu layihə Azərbaycan üçün də ciddi iqtisadi əhəmiyyət kəsb edir.

Trend-in məlumatına görə, bunu "PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah" adlı videolayihə çərçivəsində Trend-ə müsahibə verən iqtisadçı ekspert Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, mövcud qiymətlərlə Cənub Qaz Dəhlizi Azərbaycan üçün 100 milyard dollardan artıq gəlirin əldə edilməsi deməkdir.

V.Bayramov əlavə edib ki, bu, ölkəyə daxil olan valyutanın həcminin artırılması və xüsusən enerji sektorunda artıq yeni bir mənbədən Azərbaycana daxil olan valyuta daxilolmalarının reallaşması baxımından vacibdir:

“Eyni zamanda, bu kəmərin reallaşması Azərbaycanın regiondakı mövqeyini daha da gücləndirəcək. Nəzərə alaq ki, iqtisadi baxımdan Azərbaycan Avropa Birliyinin, eləcə də Rusiyanın, bütövlükdə iqtisadi güclərin əsas tərəfdaşıdır. Avropa Birliyinin Cənubi Qafqazla ticarət dövriyyəsinin 75 faizi Azərbaycanın payına düşür. Cənub Qaz Dəhlizinin reallaşması həm də Azərbaycanın regiondakı mövqeyinə geosiyasi, geoiqtisadi baxımdan müsbət təsir göstərəcək. Mövqeyimizin güclənməsi praktiki baxımdan regional proseslərə təsir imkanlarımızın artmasına səbəb olacaq”.


Kateqoriya : TƏDQİQATLAR Baxış sayı : 353

QHT və MEDİA

2020-07-02 07:00:01

QHT və MEDİA
Tural Gəncəliyev: “Dağlıq Qarabağ xalqı”...
Tural Gəncəliyev: “Dağlıq Qarabağ xalqı”...

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhb...

2020-06-30 08:55:09

QHT və MEDİA
Əhliman Əmiraslanov: Qaydalara riayət ol...
Əhliman Əmiraslanov: Qaydalara riayət ol...

Son dövrlərdə dünyada koronavirusa yoluxanların sayı 50 faiz artıb ki, bu da ...

CƏMİYYƏT

2020-06-30 07:50:04

CƏMİYYƏT
Cərimələrin qaldırılması ilə bərabər mən...
Cərimələrin qaldırılması ilə bərabər mən...

Əgər pandemiya ilə mübarizədə maarifçilik işi effekt vermirsə , o zaman cəri...

2020-06-25 09:05:04

CƏMİYYƏT
Şirməmməd Hüseynovu yenidən oxumaq......
Şirməmməd Hüseynovu yenidən oxumaq......

Professor Şirməmməd Hüseynovu bir müəllim kimi 1964-cü ildən - Bakı Dövlət Un...

İQTİSADİ

2020-07-01 11:25:59

İQTİSADİ
Davamlı inkişaf məqsədləri indeksinə gör...
Davamlı inkişaf məqsədləri indeksinə gör...

Azərbaycan “Davamlı inkişaf hesabatı - 2020” sənədində dünyanın 166 ölkəsi ar...

2020-06-23 08:05:19

İQTİSADİ
İqtisadi islahatlar cəmiyyətə nə vəd edi...
İqtisadi islahatlar cəmiyyətə nə vəd edi...

İslahat kəliməsi ərəbcədən dilimizə keçmiş və ifadəcə “daha yaxşısı üçu...