SOSİAL
A- A A+

MDB məkanında veteran təşkilatların əməkdaşlığı möhkəmlənir

2019-12-06 18:30:06

.

Azərbaycan veteran təşkilatları, Azərbaycan dövlət siyasətinə dəstək verərək, Azərbaycan- Rusiya xalqları arası döstluq əlaqələrinin möhkəmləndirərək, Əfqanıstanda və başqa xarici ölkələrdə beynəlmiləlçilik vəzifələrini yetirmiş veteran təşkilarları ilə qarşılıqlı əməkdaşlıq edərək xalqlarımızın döstluq əlaqələrini inkişaf etdirirlər.

Belə əlaqələrdən biridə 28 noyabr 2019-cı il tarixində, Moskva şəhərində Əfqanıstan müharibəsi tarixi muzeyində, Əfqanıstan müharibəsi əlilləri və veteranları Perov Klubu “DOLG” İctimai Təşkilatı, Moskvanın Şərqi İnzibati Dairəsi Əfqanıstan Veteranları Birliyinin Yerli İctimai Təşkilatının və Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun və Moskvanın 16 rayon təşkilatının Əfqanıstan müharibə veteranlarının təşkilatlarının rəhbərlərinin birgə iştirakı ilə, Sovet ittifaqının 40-cı ordusnun Əfqanıstana daxil olmasının 40-cı il dönümü ərəfəsində yubley tədbirinə hazırlıq işləri ilə əlaqədar və gələcəkdə Rusiya-Azərbaycan veteran təşkilatlarının əməkdaşlıq etməsi ilə bağlı ilə iclas keçirildi.

İclasın sədri Əfqanıstan müharibəsinin əlilləri və veteranlarının Perov Klubu “DOLQ” İctimai Təşkilatı və Moskvanın Şərqi İnzibati Dairəsi Əfqanıstan Veteranları Birliyinin Yerli İctimai Təşkilatının sədri və Moskvanın Şərqi İnzibati Dairəsinin deputatı Savidov Andrey Nikalayeviç iclasa başlamazdan əvvəl iclas iştirakçılarından, Əfqanıstanda hərbi xidməti dövründə beynəlmiləlçilik borcunu yerinə yetirərkən həlak olmuş döyüşçülərin xatirəsini bir dəqiqəlik sükutla yad edilməsini xahiş etdi.

Andrey Nikalayeviç Azərbaycandan iclasa dəvət olunmuş qonaqları, Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun Prezidenti Sərraf Orucu və Fondun Rusiya Federasiyası üzrə nümayəndəsi, ehtiyatda olan polkovnik Muxtar Fərəcovu salamlayaraq qonaqları işlas iştiraçılarına təqdim edərək tanış etddi. Sonra şıxış üçün sözü, Azərbaycandan 1986-1988–ci illrdə Əfqanstanda sovet qoşunlarınının təkibində xidmət etmiş və 15 fevral 1988-ci ildə Əfqanstandan Sovet qoşunlarının tərkibində çıxmış, Əfqanstan müharibəsinin veteran, Sərraf Oruca verdi.

Sərraf Oruc Əfqanıstan müharibəsi barədə məlumat verərək bildirib ki, 25 dekabr 1979-cu il tarixindən 15 fevral 1989-cu il tarixinə kimi SSRİ-nin 40-cı ordusu Əfqanıstan ərazisində olub, 10 il müddətində beynəlmiləlçilik missiyasını yerinə yetirərək 416 irimiqyaslı hərbi əməliyyatlar keçirib. İlk hərbi əməliyyat “ALFA”- dəstəsi tərəfindən həyata kemirilmiş“Ştorm-333” (Əfqanıstan rəhbərliyinin qırğınsız–təlfatsız devirmək və sarayı tutmaq) əməliyatı uğurla yerinə yetirilmişdir. Ən böyük əməliyyatlardan biri isə “Maqistral” əməliyyatı 1987-1988-ci illərdə kənd təsərı mallarını manesiz daşımağa mane olan qruplaşmaları dəf etmək üçün keçirilib. 10 il müddətində SSRİ-nin tərkibində olan keçmiş müttəfiq respublikalardan 68 millətin nümayəndəsindən ibarət 620 min hərbçi əməliyatlarda iştirak edib. Bundan əlavə 525 min əməkdaş SSRİ Dövlət Təhlükəsizlik Komitəsindən, 5 min nəfərə yaxını isə SSRİ DİN-dən xidmət edib! Bunlardan 547 min nəfər döyüş əməliyyatlarında iştirak edib, 21 min nəfər mülki işçi əmək fəaliyyəti ilə məşqul olublar.

Əfqanıstanda döyüşlərdə və hərbi əməliyatlarda Sovet ordusunun 14453 nəfəri həlak olub, 292 nəfəri itkin düşüb, 5753 nəfəri isə müxtəlif dərəcəli bədən xəsarəti alaraq yaralanıb. İtkilər bununla da bitməyib. Əfqanıstandan qayıtdıqdan sonra da 3203 nəfər hərbçi aldıqları yaralar nəticəsində sonralar dünyasını dəyişib. Əfqanıstanda ümumi döyüşlərdə və keçirilmiş hərbi əməliyatlarda Sovet Ordusunun 86 əsgər və zabiti Sovet İttifaqı Qəhramanı adına layiq görülüb (bunlardan 25 nəfəri ölümündən sonra) 200 minə yaxını isə müxtəlif döyüş orden və medallarla təltif olunub.

Sovet İttifaqı Əfqanıstan Demokratik Respublikasına dəstək olaraq 10 il müddətində təxminən 800 milyon ABŞ dolları yardım göstərib. Sovet İttifaqı Əfqanıstanda 40-cı ordunun saxlanması və hərbi əməliyyat xərcləri isə 3 miliyard ABŞ dollarından çox olub. Sovet ordusunun Əfqanıstan müharibəsində 147 tank, 1314 zrehli transpartyor, 433 artileriya sistemi, 118 təyarə və 333 vertolyot itkisi olub.

Azərbaycandan 7500 nəfər azərbaycanlı əsgər və zabit Əfqanıstan müharibəsində iştirak edib. Onlardan 208 nəfəri hərbi əməliyyatlarda həlak olub, 450 nəfəri əlil olub, 7 nəfəri isə itkin düşüb. Bundan əlavə 1400 nəfər Azərbaycan vətəndaşı müxtəlif vəzifələrdə mülkü işlərdə xidmət edib.

Məlum Cenevrə razılaşmasına əsasən 40–cı ordunun Əfqanıstandan çıxarılmasına 1988-ci il 15 mayda başlanılıb və bu proses 15 fevral 1989-cu ildə başa çatıb. Sərraf Oruc keçirilən tədbilərdə həmçinin bildirdi ki, 1988-1993 və 2019-cu illər ərzində Ermənistan silahlı qüvvələri və onlara himayədarlıq edən dövlətlərin hərbi təcavüzü nəticəsində 1 miliyondan çox adam (ümumi əhalinin 15%-i) qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş, azərbaycanın 20%-dən çox ərazisi işğal edilmişdir. Ermənistanda yaşayan 300 min nəfərə yaxın azərbaycanlı öz doğma yurdlarından son nəfərədək zorla qovulmuşdur. 700 minədək azərbaycanlı öz vətənində məcburi köçkün həyatı yaşayır. Qeyd olunan müddət ərzində 30 mindən artıq azərbaycanlı həlak olmuş, 50 min nəfərə qədər əlil olmuş, 4853 nəfər isə itkin düşmüş və əsir götürülərək amansız işgəncələrə məruz qalmışlar. Onların taleyi bu günədək məlum deyil.

28 ildən artıqdır ki, bu ədalətsiz müharibəyə dünya birliyi hələ də biganə yanaşır. Hazırda Qarabağda yaşayan ərazilərdə soydaşlarımız hər gün təhlükə altındadırlar. Güllə, mərmi atəşləri altında qorxulu, həyacanlı günlər yaşayarlar, dinc əhalimiz hər gün şəhid verir. Bu gün erməni işğalçıları tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının beynəlxalq hüquq norma və qanunlara zidd olaraq Ermənistan tərəfindən qanunsuz məskunlaşma, təbii sərvətlərin qanunsuz istismarı, tarixi abidələrin dağıdılması və özgəninkiləşdirilməsi, şəhər və kəndlərin, yaşayış məskənlərinin və tarixi abidələrimizin adları dəyişdirilərək guya bu ərazilərin Ermənilərə məxsus olduğu haqqında yalanlar uydurulur.

Sərraf Oruc veteran təşkilarlarının rəhbərlərinə və veteranlara müraciət edərək bildirdi ki, Qarabağ əzəldən Azərbaycanın tarixi torpaqları olmuş bundan sonrada ayrılmaz hissəsi olaraq qalacaqdır. Biz özgəsinin torpaqlarını işğal etməmişik, biz öz torpaqlarımızın müdafiəsinə qalxmışıq. Siz qohum-dostlarınıza, yaxınlarınıza bildirin ki, onlar muzlu hərbiçi kimi, Qarabağa topaqlarına vuruşmaqa gəlməsinlər. Əgər siz və sizin qohum qardaşlarınız, Qarabağa müzlu döyüşçü kimi keçib döyüşərsə, onda onlar özlərini Azərbaycanın cəsur hərbiçilərinin və biz Əfqanstan veteranlarının qarşısında görmüş olacaqlar. Sərraf Oruc çıxışının sonunda edərək Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun fəaliyyəti haqqında iclas iştirakçılarına ətraflı məlumat verdi. Sonra O, Əfqanıstan müharibəsi əlilləri və veteranları Perov Klubu “DOLQ” İctimai Təşkilatının Moskva Vilayyətində Əfqanstan müharibəsində həlak olmuş döyüşçülərin aillərinə və müharibə əlillərinə göstərdiyi fəaliyyətlərini bəyənərək təklif etdi ki, Azərbaycan-Rusiya xalqlarinin və veteran təşkilatlarının dostluq əlaqələri möhkəmləndirmək və Əfqanıstanda beynəlmiləlçi vəzifələrini yerinə yetirərkən sağlamlıqlarını itirmiş əlillərə tibbi reabilitasiya səhəsində köməklik göstərmək məqsədi ilə, Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondu və Əfqanıstan müharibəsinin əlilləri və veteranları Perov Klubu “DOLQ” İctimai Təşkilatı arasında qarşılıqlı əməkdaşlıq müqaviləsi bağlanaraq birlikdə əməkdaşlıq edilsin.

Əfqanıstan müharibəsinin əlilləri və veteranları Perov Klubu “DOLQ” İctimai Təşkilatının Analar Şurasının sədri Valentina Serqeyevna və Əfqanıstan müharibəsinin əlilləri və veteranları Perov Klubu “DOLQ” İctimai Təşkilatının sədir müavini Andrey Vyaçeslavoviç, Fondunun Rusiya Federasiyası üzrə nümayəndəsi Muxtar Fərəcov və başqa müharibə veteranlar çıxış edərək Sərraf Orucun xöş məramlı təklifini dəstəkləyərək alqışladılar. İclasda, Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondu və Əfqanıstan müharibəsinin əlilləri və veteranları Perov Klubu “DOLQ” İctimai Təşkilatı arasında birlikdə qarşılıqlı əməkdaşlıq edilməsi qərara alındı.

İclasın sonunda, hər iki təşkilat rəhbərləri qarşılıqlı olaraq dostluq və qardaşlıq əlaməti olaraq, Azərbaycan-Rusiya dövlətlərin siyasətinə dəstək verərək, Azərbaycan- Rusiya xalqlarının veteran təşkilarları arası birlikdə əməktaşlıq edərək döstluq əlaqələrinin möhkəmləndirərəsində, Əfanstan müharibəsində həlak olmuş əskərlərin aillələrə, müharibə əlillərin tibbi-sosial problemlərinin həlidə göstərdiyləri köməklyə və gənclərin hərbi vətənpərvərlik ruhda tərbiyyə olunmasında göstərdiyi fəalliyyətlərinə görə hər iki təkilatların Fəxri–Fərmanları və 40-cı ordunun Əfqanıstan ərazisində ən böyük əməliyyatlardan biri olan “Maqistral” əməliyyatında iştirak etdiyi üçün Sərraf Oruc və Muxtar Fərəcov Rusiya Federasiyasının Müharibə Veteranlar Komitəsinin “Qəhrəmanlara şöhrət”, “Yerli münaqişələrin iştirakçısı” və Döyüş tapşırıqlarının yerinə yetirilməsinin, hərbi əməliyyatların bitməsinin və Əfqanıstandan qoşunların çıxarılmasının 30 illiyi yubley medalları ilə təltif olundular.


Kateqoriya : SOSİAL Baxış sayı : 449

QHT və MEDİA

2020-04-01 13:25:59

QHT və MEDİA
Mehriban Əliyevadan koronavirusla bağlı ...
Mehriban Əliyevadan koronavirusla bağlı ...

Fact-ınfo.az məlumatına görə, paylaşımda deyilir:

"Əziz həmvətənlərim...

2020-03-31 20:30:46

QHT və MEDİA
QHT-lərin koronovirusla mübarizəyə həsr ...
QHT-lərin koronovirusla mübarizəyə həsr ...

Azərbaycan Respublikasının Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Döv...

CƏMİYYƏT

2020-04-01 15:10:10

CƏMİYYƏT
31 mart 1918-ci il Bakı hadisələri bir i...
31 mart 1918-ci il Bakı hadisələri bir i...

XX əsr tariximizin ən ağrılı, ən qanlı, ən faciəli məqamı - xalqımızın və əra...

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

İQTİSADİ

2020-04-02 09:30:45

İQTİSADİ
İqtisadi sektorlar və sahibkarlar üçün g...
İqtisadi sektorlar və sahibkarlar üçün g...

Koronavirus pandemiyasının milli iqtisadiyyata və insanların gündəlik sosial-...

2020-03-23 12:10:28

İQTİSADİ
Könül Nurullayeva: Azərbaycan Prezidenti...
Könül Nurullayeva: Azərbaycan Prezidenti...

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilər Azərbaycanda demokratik dəyərl...