SOSİAL
A- A A+

İnformasiya təhlükəsizliyinin aktual problemlərinə həsr olunmuş konfransda fərdi məlumatların əhəmiyyətindən danışılıb

2019-11-30 09:20:36

“İnformasiya təhlükəsizliyinin aktual multidissiplinar elmi-praktik problemləri” V respublika konfransının plenar iclasında AMEA İnformasiya Texnologiyaları İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rasim Mahmudov “Fərdi məlumatların “qara bazarı”nın xüsusiyyətləri və yaratdığı problemlər” mövzusunda məruzə ilə çıxış edib

Məruzəçi fərdi məlumatların əhəmiyyətindən danışıb. O qeyd edib ki, fərdi məlumatlardan istifadə ilə bağlı hüquqi məsuliyyət normaları, məhdudiyyətlər olduğu üçün onlardan qeyri-leqal biznes və kriminal məqsədlərlə istifadəyə olan tələbat bu sahənin “qara bazarı”nın formalaşmasına rəvac verir. Onun sözlərinə görə, müasir informasiya təhlükəsizliyi texnologiyaları və vasitələrinin tətbiqi standart kiberhücumlardan mühafizəni təmin edir: “Ona görə də kibercinayətkarlar daim mövcud mühafizə sistemlərini aşıb keçmək üçün yeni imkan və üsullar axtarırlar. Belə üsullardan biri də “qara bazar” vasitəsilə müvafiq məlumatların ələ keçirilməsidir”.

Məruzəçi fərdi məlumatların “qara bazar”ının mahiyyəti, xüsusiyyətləri, “qara bazar”da alqı-satqı obyekti olan məlumat və xidmət növləri, texnologiyalar və onların qiymət siyasəti, həmçinin “qara bazar”da əldə edilən fərdi məlumatların hansı məqsədlər üçün istifadə edilməsi, eyni zamanda, bu cür məlumatların qeyri-qanuni əldə edilməsi və satılmasının şəxsi, korporativ və milli maraqlar baxımından yaratdığı problemlər barədə ətraflı məlumat verib.

R.Mahmudov fərdi məlumatların “qara bazarı”nın əsas xidmətlərindən danışıb. Qeyd edib ki, fərdi məlumatların “qara bazar”ında real zaman rejimində mobil abonentin yerinin müəyyənləşdirilməsi, real zaman rejimində mobil abonenti əhatə edən şəxslərin müəyyən edilməsi, abonentin mobil telefonla ünsiyyət qurduğu şəxslərin siyahısı, şəxsin hərəkəti zamanı olduğu coğrafi məkan, zaman və trayektoriya, şəxsə aid mülk, bank hesabları, internet xidmətlərindən istifadə zamanı provayderlərin serverlərində toplanan fərdi məlumatlar kimi xidmətlər təklif olunur.

Məruzəçi “qara bazar”da qiymət siyasətindən söz açaraq bildirib ki, “qara bazar”da fərdi məlumatların qiymətləri insanların sosial statusundan və maliyyə imkanlarından asılı olaraq dəyişir.

“Qara bazar”da fərdi məlumatları müxtəlif fəaliyyət istiqamətləri üçün alırlar. Amma əksər hallarda son məqsəd eynidir – gəlir əldə etmək. Sadəcə olaraq, fərdi məlumatlar vasitəsi ilə qeyri-qanuni gəlir əldə etməyin yolları müxtəlifdir”,– deyə bildirən R.Mahmudov qeyd edib ki, Big Data analitikasına əhəmiyyət verən şirkətlərin artması, marketinq proseslərinin avtomatlaşdırılması üçün proqram təminatlarının hazırlanması “qara bazar”da fərdi məlumatlara olan tələbatı sürətlə artırmaqdadır. Onun sözlərinə görə, bəzi hallarda fərdi məlumatlar saxta sənədlər düzəldib satmaq, siyasi mübarizə predmeti, xarici kəşfiyyat orqanları üçün siyasi-ideoloji məqsədlər kimi də istifadə olunur. O, “qara bazar”ın yaratdığı problemlərdən bəhs edib, fərdi məlumatların “qara bazar”ının formalaşması və inkişafının dövlət, müəssisə və təşkilatlar, vətəndaşlar üçün bir sıra problemlərə yol açdığını vurğulayıb.

Sonda şöbə müdiri fərdi məlumatların “qara bazarı” ilə effektli mübarizə aparmaq üçün müvafiq qanunvericiliyin təkmilləşdirilməsi, kibercinayətkarlıqla mübarizə tədbirlərinin gücləndirilməsinin vacib olduğunu, texnoloji səviyyədə fərdi məlumatların mühafizəsinin gücləndirilməsi ilə bağlı müvafiq dövlət siyasətini həyata keçirən qurumların, eləcə də, vətəndaşlara müxtəlif xidmətlər göstərən müəssisə və təşkilatların üzərinə mühüm vəzifə düşdüyünü bildirib.

Qeyd edib ki, vətəndaşlar fərdi məlumatlarının qayğısına qalmalı, onlarla düzgün davranmalı, virtual mühitin xüsusiyyətlərini nəzərə almalıdırlar. R.Mahmudov fərdi məlumatların Big Data ehtiyaclarında səmərəli istifadəsi üçün onların şəxssizləşdirilməsi (adsızlaşdırılması) mexanizmlərinin işlənilib həyata keçirilməsinin zəruri olduğunu da vurğulayıb.


Kateqoriya : SOSİAL Baxış sayı : 104

QHT və MEDİA

2019-12-13 08:45:11

QHT və MEDİA
Almaniya televiziyası erməni mafiyasının...
Almaniya televiziyası erməni mafiyasının...

Fact-info.az trend-ə istinadən məlumat verir ki, müəllifləri Aksel Hemmerlinq...

2019-12-12 17:30:24

QHT və MEDİA
Azərbaycan Milli Radiosunda uşaq proqram...
Azərbaycan Milli Radiosunda uşaq proqram...

11 dekabr - Beynəlxalq Uşaq Televiziya və Radio Günüdür.

Uşaq ailəni...

CƏMİYYƏT

2019-12-13 16:25:00

CƏMİYYƏT
Prezident İlham Əliyev "20 Yanvar faciəs...
Prezident İlham Əliyev "20 Yanvar faciəs...

"Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanv...

2019-12-12 10:45:41

CƏMİYYƏT
Hikmət Şikarov: Azərbaycan xalqı Heydər...
Hikmət Şikarov: Azərbaycan xalqı Heydər...

Şübhəsiz ki, Azərbaycan xalqı və dövlətinin tarixin səhnəsində özünəməxsus ye...

İQTİSADİ

2019-12-10 20:15:07

İQTİSADİ
“The Jerusalem Post”: TANAP qaz kəməri A...
“The Jerusalem Post”: TANAP qaz kəməri A...

Azərbaycan özünün Cənub Qaz Dəhlizi meqalayihəsini uğurla davam etdirir. Azər...

2019-12-08 09:30:36

İQTİSADİ
“Abşeron” yatağı Azərbaycanın daxili təl...
“Abşeron” yatağı Azərbaycanın daxili təl...

Dekabrın 6-da SOCAR-ın prezidenti Rövnəq Abdullayev Fransanın TOTAL şirkəti...