MÜSAHİBƏ
A- A A+

Prezident Administrasiyasının şöbə müdiri Təhlükəsizlik məsələlərinin tədqiqi üzrə Cenevrə Mərkəzinə videomüsahibə verib

2019-11-26 08:05:09

.

Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Təhlükəsizlik məsələlərinin tədqiqi üzrə Cenevrə Mərkəzinə videomüsahibə verib.

AZƏRTAC xəbər verir ki, müsahibədə H.Hacıyev Azərbaycanın xarici siyasət prioritetlərindən danışaraq, ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsinin əsas vəzifələrdən biri olduğunu bildirib. Bununla bərabər Azərbaycanın xarici siyasət gündəliyində qonşu ölkələrlə və dünya dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlığın inkişafı, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və çoxtərəfli diplomatiyanın əhəmiyyətini qeyd edən H.Hacıyev ölkəmizin təşəbbüskarı olduğu “Bakı Prosesi” barədə məlumat verib. Çoxtərəfli diplomatiyaya toxunan H.Hacıyev ölkəmizin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, Qoşulmama Hərəkatına sədrliyini diqqətə çatdırıb.

Regional təhlükələrdən danışan H.Hacıyev Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, işğal olunmuş ərazilərdə Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş etnik təmizləmə barəsində məlumat verərək münaqişənin həll edilməsi yollarını qeyd edib. O bildirib ki, münaqişənin həlli üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrində tələb olunduğu kimi, Ermənistan qoşunları Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmalıdır.

H.Hacıyev videomüsahibədə, həmçinin digər regional risk və təhdidlər barəsində də danışıb.

Müasir beynəlxalq münasibətlər sistemi haqqında suala cavabında H.Hacıyev qanunun aliliyi və beynəlxalq hüququn norma və prinsiplərinə hörmət edilməsinin vacibliyini vurğulayıb.

Videomüsahibəyə https://youtu.be/caEoormTtQ0 keçidi vasitəsilə baxmaq olar.


Kateqoriya : MÜSAHİBƏ Baxış sayı : 248

QHT və MEDİA

2020-04-03 08:25:37

QHT və MEDİA
Bolqarıstan KİV-ləri 31 Mart - Azərbayca...
Bolqarıstan KİV-ləri 31 Mart - Azərbayca...

Azərbaycan tarixinin qanlı səhifələrindən biri olan 31 Mart - Azərbaycanlılar...

2020-04-03 07:05:13

QHT və MEDİA
Şura "QHT-lərin koronovirusla mübarizəyə...
Şura "QHT-lərin koronovirusla mübarizəyə...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

CƏMİYYƏT

2020-04-01 15:10:10

CƏMİYYƏT
31 mart 1918-ci il Bakı hadisələri bir i...
31 mart 1918-ci il Bakı hadisələri bir i...

XX əsr tariximizin ən ağrılı, ən qanlı, ən faciəli məqamı - xalqımızın və əra...

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

İQTİSADİ

2020-04-02 09:30:45

İQTİSADİ
İqtisadi sektorlar və sahibkarlar üçün g...
İqtisadi sektorlar və sahibkarlar üçün g...

Koronavirus pandemiyasının milli iqtisadiyyata və insanların gündəlik sosial-...

2020-03-23 12:10:28

İQTİSADİ
Könül Nurullayeva: Azərbaycan Prezidenti...
Könül Nurullayeva: Azərbaycan Prezidenti...

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilər Azərbaycanda demokratik dəyərl...