CƏMİYYƏT
A- A A+

QHT-nin tədbiri

2015-10-30 15:50:49

“Qlobal Saziş prinsipləri barəsində sahibkarlıq subyektlərinin maarifləndirilməsi” layihəsi çərçivəsində

30 oktyabr 2015-ci il tarixində Azərbaycan Türkiyə İş Adamları Birliyinin konfrans zalında İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyininin təşkilatçılığı və BMT-nin Qlobal Saziş təşəbbüsünün Azərbaycan nümayəndəliyi ilə birgə “Qlobal Saziş prinsipləri barəsində sahibkarlıq subyektlərinin maarifləndirilməsi” layihəsi çərçivəsində Biznes nümayəndələri üçün seminar-treyninq təşkil olunmuşdur.

Qeyd edək ki, bu layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə icra olunur.

Tədbirdə Azərbaycanda tanınmış 40-a yaxın şirkətlərin, sahibkarlar Assosiasiyalarının və dövlət qurumlarının nümayəndələri iştirak etmişdilər.

Tədbiri giriş sözü ilə açan Qlobal Sazişin Azərbaycan üzrə rəsmi təmsilçisi /“İqtisadi Resursların Öyrənilməsi” İctimai Birliyinin sədri Ruslan Atakişiyev BMT-nin Qlobal Saziş təşəbbüsü haqqında iştirakçılara məlumat vermişdir. O, çıxışında bu şəbəkənin dünyanın ən böyük könüllü qrupu olduğunu bildirmişdir. Belə ki, şəbəkəyə dünyanın 161 ölkəsindən 13,000-dən çox kommersiya qurumu, Universitet, ictimai təşkilat qoşulmuşdur. Azərbaycanda isə bu təşəbbüs 2011-ci ilin noyabr ayından rəsmi şəkildə fəaliyyətə başlamışdır.

Qlobal Saziş təşəbbüsü bütün şirkətləri 4 başlıca istiqaməti özündə ehtiva edən 10 prinsip üzrə - insan hüquqları, əmək normaları, ətraf mühitin qorunması və korrupsiya əleyhinə mübarizədə BMT ilə yaxından əməkdaşlıq etməyə çağırır.

Sonra Seminar treyninqdə Qlobal Sazişin Azərbaycan üzrə rəsmi təmsilçisinin köməkçisi/ Azərbaycan Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Təşkilati və Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Xəyalə Məmmədova,   insan hüquqları, ətraf mühitin qorunması sahəsində, İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin vitse -prezidenti / Beynəlxalq Mühasibatlıq üzrə ekspert Radil Fətullayev – əmək normaları, korrupsiya əleyhinə mübarizə üzrə mühazirələr oxumuşdular.
Fact-info.az

 

 


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 1201

QHT və MEDİA

2019-09-21 08:30:20

QHT və MEDİA
Ermənistanın işğalçılıq siyasəti ilə bağ...
Ermənistanın işğalçılıq siyasəti ilə bağ...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına ...

2019-09-20 08:55:01

QHT və MEDİA
Qlobal enerji təhlükəsizliyi problemi və...
Qlobal enerji təhlükəsizliyi problemi və...

Bu, bir həqiqətdir ki, yüksək inkişaf etmiş ölkələrin enerji təhlükəsizliyi s...

CƏMİYYƏT

2019-09-19 18:20:16

CƏMİYYƏT
Azərbaycan Milli Radiosunda nələr gözlən...
Azərbaycan Milli Radiosunda nələr gözlən...

1926-cü ildə təməli qoyulan və ölkəmizdə ilk kütləvi informasiya vasitəsi ol...

2019-09-15 05:55:09

CƏMİYYƏT
“Unudulmayan tarix”i dünyaya xatırladan ...
“Unudulmayan tarix”i dünyaya xatırladan ...

Doğrudur,bir zamanlar bu faciələri xalqımızın qan yaddaşından silməyə çalışa...

İQTİSADİ

2019-09-21 15:25:56

İQTİSADİ
UNEC rektoru Ədalət Muradov: “Milli ali ...
UNEC rektoru Ədalət Muradov: “Milli ali ...

UNEC rektoru, professor Ədalət Muradov çıxışı zamanı mütəxəssis hazırlığında ...

2019-09-19 18:55:57

İQTİSADİ
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...

Sentyabrın 19-da “Əsrin müqaviləsi”nin 25-ci ildöbümü və “Neftçilər günü” ərə...