MƏDƏNİ
A- A A+

Ankarada Xocalı parkı salınır

2019-11-14 10:00:40

.

Türkiyədə fəaliyyət göstərən Tarixdaş Millətlər və Cəmiyyətlər Dərnəyi (TMCD) Xocalı soyqırımı ilə bağlı daha bir tarixi layihəyə imza atıb.

AZƏRTAC xəbər verir ki, Ankaradakı Yıldırım Bəyazid Universiteti (YBU) ilə Tarixdaş Millətlər və Cəmiyyətlər Dərnəyi arasında imzalanan anlaşmaya əsasən, YBU ərazisində Xocalı adına park və şəhidlərimizin xatirəsinə abidə ucaldılır.

Noyabrın 16-da Ankarada bu layihənin, eləcə də www.hocalisoykirimi.org saytının və “Tarix, siyasət və beynəlxalq hüquqda Xocalı soyqırımı” kitabının təqdimatı keçiriləcək. Tarixdaş Millətlər və Cəmiyyətlər Dərnəyi tərəfindən təşkil olunan təqdimata Azərbaycan və Türkiyədən olan rəsmi şəxslər, millət vəkilləri, tarixçi-alimlər, QHT və KİV təmsilçiləri dəvət olunublar. TMCD-dən verilən məlumata görə, Ankarada tikintisi başlanan Xocalı Parkı 1.5 hektar ərazini əhatə edir. Parkın və orda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılacaq abidə nadir memarlıq üslubunda layihələşdirilib. Qurumun rəhbəri Əhməd Baba bildirib ki, Xocalı parkı olaraq bu ərazinin seçilməsində məqsəd Türkiyənin ən qocaman təhsil ocaqlarından olan YBU-nun tələbələrinin gündəlik yaddaşında Xocalı soyqırımının acılarını yaşatmaqdır ki, gənclərimiz hər zaman tarixdə baş verən dəhşətlərdən ibrət alsınlar.

Qeyd edək ki, Tarixdaş Millətlər və Cəmiyyətlər Dərnəyi qardaş Türkiyədə Xocalı soyqırımı ilə bağlı davamlı olaraq konfrans və digər təyinatlı tədbirlər keçirən qeyri-hökumət təşkilatları sırasında öndə gedir.


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 249

QHT və MEDİA

2020-04-03 08:25:37

QHT və MEDİA
Bolqarıstan KİV-ləri 31 Mart - Azərbayca...
Bolqarıstan KİV-ləri 31 Mart - Azərbayca...

Azərbaycan tarixinin qanlı səhifələrindən biri olan 31 Mart - Azərbaycanlılar...

2020-04-03 07:05:13

QHT və MEDİA
Şura "QHT-lərin koronovirusla mübarizəyə...
Şura "QHT-lərin koronovirusla mübarizəyə...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

CƏMİYYƏT

2020-04-01 15:10:10

CƏMİYYƏT
31 mart 1918-ci il Bakı hadisələri bir i...
31 mart 1918-ci il Bakı hadisələri bir i...

XX əsr tariximizin ən ağrılı, ən qanlı, ən faciəli məqamı - xalqımızın və əra...

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

İQTİSADİ

2020-04-02 09:30:45

İQTİSADİ
İqtisadi sektorlar və sahibkarlar üçün g...
İqtisadi sektorlar və sahibkarlar üçün g...

Koronavirus pandemiyasının milli iqtisadiyyata və insanların gündəlik sosial-...

2020-03-23 12:10:28

İQTİSADİ
Könül Nurullayeva: Azərbaycan Prezidenti...
Könül Nurullayeva: Azərbaycan Prezidenti...

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilər Azərbaycanda demokratik dəyərl...