İQTİSADİ
A- A A+

Azərbaycanın nəqliyyat infrastrukturu və siyasi sabitliyi “Bir kəmər, bir yol” layihəsi çərçivəsində ölkənin əhəmiyyətinin artmasına səbəb oldu

2019-11-11 10:20:07

.

Azərbaycanın nəqliyyat infrastrukturu və siyasi sabitliyi "Bir kəmər, bir yol" layihəsi çərçivəsində ölkənin əhəmiyyətinin artmasına səbəb oldu.

Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Onun sözlərinə görə, "Bir kəmər, bir yol" layihəsinin mərkəzi dəhlizindən istifadə edilərək yüklərin Praqaya çatdırılması, enerji və zamana qənaət baxımından əlverişli hesab edilir.

A.Hüseynov əlavə edib ki, layihənin dəhlizi Mərkəzi Asiya – Cənubi Qafqaz regionundan keçdiyi üçün "Bir kəmər, bir yol" çərçivəsində Azərbaycanın önəmi diqqətdən yayına bilməz.

Deputat qeyd edib ki, "Azərbaycan Çinin "Bir kəmər, bir yol" təşəbbüsünü ilk dəstəkləyən ölkələrdəndir.

Onun fikrincə, Azərbaycanın həyata keçirdiyi Şərq-Qərb nəqliyyat dəhlizi və Trans-Xəzər nəqliyyat dəhlizi layihələrinin reallaşması Çin-Azərbaycan iqtisadi əlaqələrində yeni bir mərhələ açdı:

"Azərbaycan dünyanın ən böyük iqtisadiyyatı olan ölkəsi hesab edilən Çinin "Bir kəmər, bir yol" təşəbbüsünü ilk dəstəkləyən dövlətlərdəndir. Çindən Avropaya göndərilən yüklərin daşınmasında Azərbaycanın təqdim etdiyi tranzit daşımalarla bağlı imkanlar çox səmərəlidir və perspektivlidir. "Bir kəmər, bir yol" təşəbbüsü nəqliyyat sahəsində yeni imkanlar açmaqla yanaşı, ticarəti, turizmi, xalqlar arasında təmasları təşviq edir və Avrasiya məkanında sabitliyin, təhlükəsizliyin və sülhün bərqərar olması işinə xidmət göstərir".

A.Hüseynov əlavə edib ki, Azərbaycan rəhbərliyi ölkəmizin coğrafi mövqeyindən və nəqliyyat-tranzit infrastrukturundan səmərəli istifadə etməklə, regionda və dünyada yükdaşımalarda mövqeyinin daha da yüksəlməsinə nail olmaq üçün ciddi iş aparır:

"Təbii ki, bu istiqamətdə dünyanın ikinci iqtisadiyyatına malik olan Çin ilə əlaqələr xüsusi əhəmiyyətə malikdir. Ümumilikdə Çinlə Azərbaycan arasında qarşılıqlı münasibətlər ticari-iqtisadi, humanitar sahələrdə əməkdaşlığın geniş spektri, eləcə də irimiqyaslı beynəlxalq əhəmiyyətli layihələrin reallaşdırılması sayəsində kifayət qədər perspektivlidir. Çinlə Azərbaycan arasındakı dostluq və əməkdaşlıq əlaqələri günü-gündən inkişaf edir".

Qeyd edək ki, Çindən Avropaya Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə hərəkət edən "China Railway Express" yük qatarı artıq İstanbulu da keçərək Marmara tuneli vasitəsilə Avropada hərəkət etməkdədir.


Kateqoriya : İQTİSADİ Baxış sayı : 169

QHT və MEDİA

2020-01-20 10:35:34

QHT və MEDİA
ABŞ Konqresində “Qara Yanvar” faciəsi ya...
ABŞ Konqresində “Qara Yanvar” faciəsi ya...

16 yanvar 2020-ci il tarixində ABŞ Konqresinin nüfuzlu üzvlərindən biri Stiv ...

2020-01-19 14:35:26

QHT və MEDİA
Azay Quliyev məhəllələrdə görüşlər keçir...
Azay Quliyev məhəllələrdə görüşlər keçir...

"İslahatlara dəstək" seçicilərin təşəbbüs qrupunun 8 saylı Binəqədi birinci s...

CƏMİYYƏT

2020-01-19 15:00:26

CƏMİYYƏT
Xeyir iş, xeyir əməl naminə!
Xeyir iş, xeyir əməl naminə!

Əsədova Mahirə Sahid qızı 2 iyun 1972-ci il tarixində Bakı şəhərində ziyalı a...

2020-01-18 12:25:08

CƏMİYYƏT
Ermənistan beynəlxalq məhkəmədə dindiril...
Ermənistan beynəlxalq məhkəmədə dindiril...

Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

İQTİSADİ

2020-01-17 09:40:54

İQTİSADİ
Transxəzər fiber-optik kabel xətləri Azə...
Transxəzər fiber-optik kabel xətləri Azə...

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral internet provay...

2020-01-09 19:55:07

İQTİSADİ
Şuranın əməkdaşı sosial sığorta haqqı öd...
Şuranın əməkdaşı sosial sığorta haqqı öd...

Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkila...