CƏMİYYƏT
A- A A+

Səməd Seyidov: ABŞ Nümayəndələr Palatasının qondarma “erməni soyqırımı”na dair qətnaməsi ikili standartların bariz nümunəsidir

2019-11-01 09:15:54

.

ABŞ Konqresinin Nümayəndələr Palatasının qondarma “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qətnamə qərəzli və əsassızdır. Bu sənədin heç bir tarixi, siyasi və hüquqi əsası yoxdur və qardaş Türkiyəyə göstərilən siyasi təzyiqin bir təzahürüdür. Hiyləgər və məkrli ermənilərin və onların havadarlarının məqsədi beynəlxalq münasibətlərdəki gərginlikdən öz mənafeləri üçün istifadə etməkdir. Bu da onların iç üzünü bir daha açıb göstərir.

Bu sözləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov oktyabrın 31-də parlamentdə keçirdiyi brifinqdə söyləyib.

Komitə sədri bildirib ki, bu qətnamənin qəbul edilməsi ikili standartların bariz nümunəsidir. Əsas məqsəd ölkələr arasında münasibətləri daha da gərginləşdirmək, hərc-mərclik yaratmaqdır.

Səməd Seyidov qeyd edib ki, Azərbaycanın beynəlxalq münasibətləri inkişaf edir. Prezident İlham Əliyev iştirak etdiyi yüksək səviyyəli tədbirlərdə Azərbaycan həqiqətlərini dünyaya çatdırır, siyasi tribunalardan ermənilərin nasist simasını ifşa edir. Dövlət başçısının qəti siyasəti bu günlərdə Azərbaycanın ev sahibliyi etdiyi Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünün Yekun Sənədində də öz əksini tapdı. Belə ki, sənədə yeni bənd daxil edildi və bu da Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyini daha da gücləndirdi.


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 123

QHT və MEDİA

2019-11-13 10:00:32

QHT və MEDİA
Dinin siyasiləşdirilməsi bütün bəşəriyyə...
Dinin siyasiləşdirilməsi bütün bəşəriyyə...

Fact-info.az Trend-ə istinadən xəbər verir ki, bunu Prezident Administrasiyas...

2019-11-11 08:50:12

QHT və MEDİA
“Modern Diplomacy” portalında Ermənistan...
“Modern Diplomacy” portalında Ermənistan...

Məşhur “Modern Diplomacy” portalında Ermənistanda Qaregin Njde də daxil olmaq...

CƏMİYYƏT

2019-11-12 09:45:14

CƏMİYYƏT
Konstitusiyamız və milli ideologiyamız...
Konstitusiyamız və milli ideologiyamız...

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsindən ...

2019-11-04 13:15:24

CƏMİYYƏT
Dünyanın neftə bulaşmış Orta Şərq siyasə...
Dünyanın neftə bulaşmış Orta Şərq siyasə...

Bizi Suriyanın sərhədlərinin təhlükəsizliyi deyil, nefti maraqlandırır. Bu f...

İQTİSADİ

2019-11-13 10:20:32

İQTİSADİ
Vyanada Azərbaycan turizminin təqdimatı ...
Vyanada Azərbaycan turizminin təqdimatı ...

Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu, Azərbaycan Mədəniyyət Mər...

2019-11-11 10:20:07

İQTİSADİ
Azərbaycanın nəqliyyat infrastrukturu və...
Azərbaycanın nəqliyyat infrastrukturu və...

Azərbaycanın nəqliyyat infrastrukturu və siyasi sabitliyi "Bir kəmər, bir yol...