İQTİSADİ
A- A A+

Dünya Bankı Azərbaycan iqtisadiyyatının dayanıqlılığının gücləndirilməsi üçün keçirilən struktur islahatlarını yüksək qiymətləndirib

2019-10-24 10:55:25

.

Dünya Bankı Avropa və Mərkəzi Asiya regionunda yerləşən ölkələrin iqtisadiyyatlarının cari vəziyyəti, maliyyə, biznes və investisiya sferalarında müşahidə olunan trendlərin ətraflı analiz olunduğu növbəti hesabatını açıqlayıb.

“APA-Economics”in Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən verdiyi məlumata görə, Azərbaycan iqtisadiyyatının analoji istiqamətlərinin dəyərləndirildiyi hesabatda xarici neqativ təsirlərə qarşı ölkə iqtisadiyyatının dayanıqlılığının gücləndirilməsi məqsədilə həyata keçirilən struktur islahatlar yüksək qiymətləndirilib. Qeyd olunub ki, hökumət tərəfindən maliyyə bazarlarının stimullaşdırılması məqsədilə davamlı olaraq həyata keçirilən tədbirlər müsbət təsirlərini göstərir. Belə ki, milli məzənnənin sabit qalması sayəsində son zamanlarda bank sektorunun gəlirliliyi artıb, yüksək kapitallaşma və problemli kreditlərin sayının azalması hesabına 2019-cu ilin ilk yarısında sektorun göstəriciləri yaxşılaşıb. Hesabatda xüsusi olaraq, problemli kreditlərin azalmasının səbəbi kimi ölkə başçısı İlham Əliyev tərəfindən 28 fevral 2019-cu il tarixində imzalanmış “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın mühüm rol oynadığı vurğulanıb. Həmçinin, 2014-2015-ci illərdə baş vermiş maliyyə çətinliklərindən sonra sektor üzrə kreditləşmə sahəsində aktivliyin yüksəlməsi, kreditlərin verilməsi əmsalının artdığı qeyd olunub.

Eyni zamanda vurğulanıb ki, sosial-iqtisadi, maliyyə, vergi və digər istiqamətlərdə dövlət tərəfindən davamlı olaraq aparılan islahatlar fonunda ölkədə iqtisadi aktivlik daha da artacaq, aşağı səviyyəli inflyasiya qorunub saxlanılacaq və növbəti illərdə əhalinin yaşayış standartlarının davamlı olaraq yaxşılaşması təmin ediləcək.


Kateqoriya : İQTİSADİ Baxış sayı : 127

QHT və MEDİA

2019-11-22 09:50:24

QHT və MEDİA
“Daşnaklar Fərqanədən Qarabağa qədər” ki...
“Daşnaklar Fərqanədən Qarabağa qədər” ki...

Bakıda özbəkistanlı yazıçı Şöhrət Barlasın müəllifi olduğu “Daşnaklar Fərqanə...

2019-11-22 09:40:48

QHT və MEDİA
Ankarada “erməni-nasist əməkdaşlığı” möv...
Ankarada “erməni-nasist əməkdaşlığı” möv...

Ankarada fəaliyyət göstərən Avrasiya Araşdırmalar Mərkəzində (AVİM) “erməni-n...

CƏMİYYƏT

2019-11-21 21:30:38

CƏMİYYƏT
Faşist cəlladı Qaregin Njdenin heykəlini...
Faşist cəlladı Qaregin Njdenin heykəlini...

Hələ 2018-ci ilin martın 26-da Gürcüstanın Slavyan Xalqları Konqresinin sədr...

2019-11-19 09:25:12

CƏMİYYƏT
Sərt qayalar üzərində inşa edilmiş Diri ...
Sərt qayalar üzərində inşa edilmiş Diri ...

Qobustanda yerləşən Diri baba türbəsi Şirvan-Abşeron memarlıq üslubunda inşa ...

İQTİSADİ

2019-11-22 11:20:13

İQTİSADİ
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin...
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin...

Yanvar-sentyabr aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan...

2019-11-18 18:35:15

İQTİSADİ
2019-cu ilin 9 ayı ərzində avtomobil yo...
2019-cu ilin 9 ayı ərzində avtomobil yo...

-Agentlik yol infrastrukturunun inkişafı ilə bağlı işlərin kompleks şəkildə...