2019-10-04 09:55:33 | SİYASƏT
Politoloq: Qeyri-ciddi, səriştəsiz Paşinyan nə Rusiyadan, nə də Qərbdən “xoş üz” görür

.

Avrasiya İqtisadi İttifaqının Sammitinin Ermənistanda keçirilməsi, sadəcə olaraq, təşkilatının Nizamnamə tələbidir. Belə ki, rotasiya prinsipi əsasında təşkilata sədrlik Rusiyadan Ermənistana keçib və məhz buna görə də tədbir Ermənistanda keçirilib. Amma nəzərə alınması vacib olan ciddi məqamlar var. Dövlət çevrilişi yolu ilə hakimiyyətə gələn Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqına Ermənistanın üzvlüyünün ən qatı əleyhdarlarından olub və bu gün də bu mövqeyini qoruyub saxlamaqdadır. Nəzərə almaq lazımdır ki, həm Avrasiya İqtisadi İttifaqı və KTMT Rusiyanın təşəbbüsü və dəstəyi ilə yaranmış təşkilatlardır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Elşad Mirbəşiroğlu səsləndirib. Politoloq qeyd edib ki, Ermənistanın baş naziri Paşinyanın hər iki təşkilata qarşı “səlib yürüşü” mövqeyində olması haqqında Kremldə aydın təsəvvürlər mövcuddur. Belə mövqe birbaşa Rusiyaya meydan oxumaq cəhdidir. Rusiya rəhbərliyinin Paşinyana münasibəti olduqca “ögeydir”. Sammitdən öncə Rusiya Prezidenti Vladimir Putinin, ümumiyyətlə, Ermənistana getməkdən imtina edəcəyi haqqında ehtimallar da səsləndirilirdi. Təbii ki, Putinin sammitdə iştirakdan imtina edəcəyi gözlənilən deyildi. Çünki bu, ümumilikdə, təşkilatın imicini korlaya bilərdi ki, bu da Rusiyanın maraqlarına cavab vermir. Putin sammitdə iştirak etdi və bu iştirak çərçivəsində ümumilikdə Rusiyanın Paşinyana bəslədiyi münasibəti ortaya qoymuş oldu. Avrasiya İqtisadi İttifaqına üzvlüyü Ermənistan üçün təhlükə hesab edən Paşinyana “siyasi korluğu”nun bədəli Vladimir Putin tərəfindən ödədildi.

Politoloq vurğulayıb ki, Paşinyanı obrazlı da olsa, səhrada azmış dəvə ilə müqayisə etmək olar - hansı tərəfə getməyin lazım olduğunu müəyyənləşdirə bilməyən, eyni zamanda, iki stulda oturmağa cəhd edən. Bununla da Paşinyan bütövlükdə həm Ermənistanın, həm də özünün olmayan imicini korlayır.

Elşad Mirbəşiroğlu əlavə edib ki, Putinin digər iştirakçılardan fərqli olaraq, Ermənistana son anda, yəni, elə sammit günü gəlməsinin özü də ciddi siyasi mesaj kimi qəbul olunmalıdır. Rusiya Prezidenti sanki Ermənistana deyil, sadəcə, özünə aid olan bir tədbirə getmişdi. Bu da bir daha sübut etdi ki, Ermənistanın Rusiyaya xəyanəti cavabsız qalmır. Putinlə Paşinyan arasında görüşün yalnız tədbir çərçivəsində baş tutması rəsmi Kremlin ona “ikinci cins” varlıq kimi baxdığını əyani sübut etdi. Görüşdə də heç bir ciddi məsələ müzakirə olunmadı. Səriştəsiz Paşinyan nə Rusiyadan, nə də Qərbdən “xoş üz” görür. Yeri gəlmişkən, ABŞ-a səfəri çərçivəsində prezident Donald Trampla ciddi bir görüşə ümid edən Nikol Paşinyan selfi çəkdirmək sevinci ilə kifayətlənməli oldu. Bütün bunlar bir daha sübut edir ki, qeyri-ciddi, daxili və qlobal müstəvidə siyasi reallıqları görə bilməyən Paşinyan nə Qərb, nə də Rusiya tərəfindən qəbul olunur.

Politoloq qeyd edib ki, Paşinyanın yarıtmaz siyasətçi obrazı Ermənistan mediasında dəqiq təsvir olunur. Uğursuz müqayisə olsa da, qeyd etmək lazımdır ki, Azərbaycana və onun Prezidenti İlham Əliyevə münasibət tamam fərqlidir. Ölkəmizdə və xaricdə təşkil olunmuş bütün mötəbər tədbirlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ən yüksək ehtiram nümayiş etdirilir. Bu, Azərbaycan dövlətinin və onun rəhbərinin böyük nüfuzunun göstəricisidir.

Dünyanın aparıcı ekspertlərinin ən uğurlu diskussiya platformalarından biri olan “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar iclasına dəvət olunması da Azərbaycan Prezidentinin intellektinin, qlobal problemlərin həllində yaxından iştirakının yüksək qiymətləndirildiyini göstərir. Çünki “Valday” Beynəlxalq Diskussiya Klubu, bir qayda olaraq, dünyanın intellektual elitasını bir araya toplayır. Xüsusi olaraq vurğulamaq lazımdır ki, bir qayda olaraq, tədbirdə məhdud sayda ölkələrin rəhbərlərinin iştirakı təmin olunur. Azərbaycan Prezidenti İlham Əliyevin tədbirə dəvət olunması onun beynəlxalq müstəvidə yüksək nüfuzunu bir daha dəqiq təsdiq edir.

Baxış sayı : 547
Qarabağın Azərbaycanlı İcması cəbhədəki vəziyyətlə bağlı bəyanat yaydı 2020-09-27 11:45:15 Hikmət Hacıyev: Yaranmış vəziyyətə və hadisələrin gələcək inkişafına görə bütün məsuliyyət tam şəkildə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür 2020-09-27 08:00:45 Ermənilərin Gürcüstandakı özbaşnalığı sərhəd tanımır 2020-09-27 07:45:39 Ermənistan ordusunda ruh düşkünlüyü dərinləşəcək 2020-09-26 10:10:50 “Kommersant” Azərbaycan Prezidentinin BMT-dəki çıxışını “olduqca kəskin” adlandırıb 2020-09-26 06:45:13 Prezident İlham Əliyevin BMT-dəki çıxışları Gürcüstan KİV-ləri tərəfindən geniş işıqlandırılıb 2020-09-26 06:40:36 Azay Quliyev: “Prezident İlham Əliyevin BMT-dəki çıxışı mükəmməl yol xəritəsidir” 2020-09-25 18:30:13 Ümid yerimiz olan tələbə-gənclər, Sizi təbrik edirik! 2020-09-25 09:50:15 “Ordum varsa, yurdum var” 2020-09-25 09:15:30 Gürcüstan və Azərbaycan dövlət sərhədinin delimitasiyası məsələsi üzərində işləyir 2020-09-25 07:50:11 Prezident İlham Əliyev: Bizdə erməni ASALA terror təşkilatının işğal edilmiş ərazilərimizdə olması ilə bağlı etibarlı məlumatlar var 2020-09-25 07:40:51 Azərbaycan Prezidenti: Bəyanatlar kifayət etmir, bizim real addımlara ehtiyacımız var 2020-09-25 07:00:49 Prezident İlham Əliyev: Avropa İttifaqı ilə Azərbaycan arasında çox yüksək səviyyəli tərəfdaşlıq mövcuddur 2020-09-24 15:30:27 Azərbaycanın 3 şəhəri YUNESKO-nun şəbəkəsinə üzv seçilib 2020-09-24 10:20:28 Rusiyalı tarixçi, analitik Oleq Kuznetsov: KTMT-nin heç bir üzvü təcavüzkarı dəstəkləməyi arzulamır 2020-09-24 09:20:32 “Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır” 2020-09-24 08:20:05 "Ordunun gücləndirilməsi üçün növbəti ilin büdcəsində ciddi artım nəzərə alınıb" 2020-09-24 07:25:27 Şura haqqında böhtan yayan saytlar məhkəməyə veriləcək 2020-09-24 07:15:00 Arsak toponimi ilə bağlı real faktlar - Açıqlama 2020-09-23 21:10:53 Azərbaycanın siyasi dialoq platforması beynəlxalq arenaya çıxarıldı – Rufiz Qonaqov 2020-09-23 16:20:16 Əhmədiyyə Cəbrayılovun 100 illiyinə həsr olunmuş virtual sərgi keçiriləcək 2020-09-23 08:40:50 Rəcəb Tayyib Ərdoğan: Ermənistan Cənubi Qafqazda sülhə və sabitliyə ən böyük maneədir 2020-09-23 08:25:07 Xarici media Dağlıq Qarabağa PKK terrorçularının gətirilməsndən yazıb 2020-09-23 07:05:11 Ölkə vətəndaşlarının təlim toplanışlarına böyük ruh yüksəkliyi ilə qatılması dövlətimizə olan inamın bariz nümunəsidir 2020-09-23 06:40:28