SİYASƏT
A- A A+

Hikmət Hacıyev: Azərbaycan və Rusiya prezidentlərinin Soçi görüşü mühüm əhəmiyyətə malikdir

2019-10-04 08:45:52

.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Soçi şəhərində işgüzar səfərdədir. Səfər çərçivəsində dövlətimizin başçısının Rusiya Prezidenti ilə görüşü oldu. Görüşdə dövlət başçıları qeyd etdilər ki, Azərbaycan-Rusiya münasibətləri strateji tərəfdaşlıq müstəvisində uğurla inkişaf edir. Ölkələrimiz arasında etibarlı və mehriban dostluq, qonşuluq münasibətləri mövcuddur. Bu, əlaqələrimizin hərtərəfli inkişafına münbit şərait yaradır.

Bu fikirləri AZƏRTAC-a məxsusi açıqlamasında Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Şöbə müdiri qeyd edib ki, Azərbaycan-Rusiya münasibətlərinin dinamik inkişafında dövlətlərimizin başçıları arasındakı təmasların müstəsna rolu var. Keçən il iki ölkənin dövlət başçılarının dörd qarşılıqlı səfəri və bu çərçivədə görüşləri olub. Bunlar da əməkdaşlığımızın inkişafında mühüm rol oynayır. Bu ilin aprel ayında isə Pekində ikinci “Bir kəmər, bir yol” Forumu çərçivəsində Azərbaycan və Rusiya prezidentlərinin görüşü olub. Azərbaycan və Rusiya prezidentlərinin Soçidə keçirilən görüşündə ölkələrimiz arasında siyasi əlaqələrin inkişafı qeyd olunmaqla yanaşı, bir sıra praktik sahələrdə əlaqələrimizin daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanıb. Bu xüsusda müxtəlif sahələrdə əməkdaşlığı ehtiva edən yol xəritəsi sənədləri diqqətə çatdırılıb.

Ölkələrimiz arasındakı iqtisadi-ticarət əlaqələrindən danışan Hikmət Hacıyev qeyd edib ki, ticarət dövriyyəsinin dinamik artımı göz önündədir. Bu, Azərbaycandan Rusiyaya, Rusiyadan isə Azərbaycana olan ixracda özünü göstərir. Ölkələrimiz, həmçinin neft-qaz sektorunda da yaxından əməkdaşlıq edirlər.

Görüşdə əlaqələrimizin inkişafında Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının rolu da xüsusi qeyd olundu. Bildirildi ki, Hökumətlərarası Komissiyanın fəaliyyəti ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin genişlənməsində mühüm rol oynayır.

Söhbət zamanı dövlət başçıları tərəfindən humanitar sahədə də əlaqələrin inkişafı qeyd edilib. Dövlətimizin başçısı Azərbaycanda rus dilinə xüsusi qayğı olduğunu diqqətə çatdırıb. Tədrisin rus dilində aparıldığı məktəblərlə yanaşı, ali məktəblərdə də rus dilində tədris aparılır. Bu da iki ölkə arasındakı əlaqələrin inkişafının növbəti daha mühüm göstəricisidir.

Şöbə müdiri vurğulayıb ki, görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair müzakirələr aparılıb. Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi münaqişənin həlli prosesində yaxından iştirak edir.

Hikmət Hacıyev qeyd edib ki, görüşdən sonra da dövlət başçılarının təkbətək görüşü oldu. Azərbaycan və Rusiya prezidentləri gündəlikdəki məsələlərə dair müzakirələrini davam etdirdilər. “Hesab edirəm ki, bu görüş iki ölkə arasındakı münasibətlərin daha da genişləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir və əlaqələrimizin gələcək inkişafına əsaslı töhfə verəcək”, - deyə Prezident Administrasiyasının rəsmisi əlavə edib.

“Valday” Beynəlxalq Diskussiya Klubunun əhəmiyyətdən bəhs edən Hikmət Hacıyev bildirib ki, bu platforma beynəlxalq münasibətlərin aktual məsələlərinin müzakirəsi baxımından olduqca önəmlidir. Bu tədbirdə dövlət və hökumət başçıları, ekspertlər, biznes və akademik dairələrin nümayəndələri iştirak edirlər.

Bu platforma dövlətimizin başçısı tərəfindən Azərbaycan Respublikasının beynəlxalq əlaqələrin gündəliyindəki vacib məsələlərə münasibətdə mövqeyinin ifadə olunması üçün olduqca mühüm imkan yaradır.


Kateqoriya : SİYASƏT Baxış sayı : 155

QHT və MEDİA

2019-11-11 08:50:12

QHT və MEDİA
“Modern Diplomacy” portalında Ermənistan...
“Modern Diplomacy” portalında Ermənistan...

Məşhur “Modern Diplomacy” portalında Ermənistanda Qaregin Njde də daxil olmaq...

2019-11-09 08:25:31

QHT və MEDİA
9 noyabr Azərbaycanda Dövlət Bayrağı Gün...
9 noyabr Azərbaycanda Dövlət Bayrağı Gün...

Noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günüdür. 2009-cu il noyabrın 17-də P...

CƏMİYYƏT

2019-11-12 09:45:14

CƏMİYYƏT
Konstitusiyamız və milli ideologiyamız...
Konstitusiyamız və milli ideologiyamız...

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsindən ...

2019-11-04 13:15:24

CƏMİYYƏT
Dünyanın neftə bulaşmış Orta Şərq siyasə...
Dünyanın neftə bulaşmış Orta Şərq siyasə...

Bizi Suriyanın sərhədlərinin təhlükəsizliyi deyil, nefti maraqlandırır. Bu f...

İQTİSADİ

2019-11-11 10:20:07

İQTİSADİ
Azərbaycanın nəqliyyat infrastrukturu və...
Azərbaycanın nəqliyyat infrastrukturu və...

Azərbaycanın nəqliyyat infrastrukturu və siyasi sabitliyi "Bir kəmər, bir yol...

2019-11-06 10:25:11

İQTİSADİ
Milli Məclisin komitələrində 2020-ci ili...
Milli Məclisin komitələrində 2020-ci ili...

Noyabrın 5-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Müdafiə...