SOSİAL
A- A A+

Neft Daşlarında "Neftçilər Günü" və "Əsrin müqaviləsi"nin 25 illiyinə həsr olunmuş toplantı keçirilib

2019-09-20 09:40:19

19 sentyabr 2019-cu il tarixində Yeni Azərbaycan Partiyası Pirallahı və Binəqədi rayon təşkilatlarının birgə təşkilatçılığı ilə Neft Daşları qəsəbəsində "20 Sentyabr - Neftçilər Günü" və "Əsrin müqaviləsi"nin 25 illiyi ilə əlaqədar bayram tədbiri keçirildi.

Tədbir öncəsi qonaqlar ümummilli lider Heydər Əliyevin büstü və qəhrəmancasına həlak olmuş neftçilərin xatirə-kompleksi önünə gül dəstələri qoydular. Dövlət Himninin səslənməsindən sonra tədbir iştirakçıları "Əsrin müqaviləsi"nə həsr olunmuş video-çarx izlədilər. Tədbiri giriş nitqi ilə açan Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov qeyd etdi ki, 1993-cü ildə ulu öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışı respublikamızın siyasi və iqtisadi həyatında taleyüklü dəyişikliklərin başlanğıcını qoymaqla yanaşı, neft müqaviləsi üzrə müzakirələrə, danışıqlara faktiki olaraq yenidən başlanmasını reallaşdırdı və nəhayət, çətin danışıqlar prosesindən sonra Azərbaycanın maraqlarına tamamilə cavab verən müqavilə şərtlərinin qəbul edilməsi üçün razılıq əldə edildi. Dahi şəxsiyyətin işləyib hazırladığı yeni neft strategiyasının reallaşdırılmasında Onun ən böyük silahdaşı məhz o zamanlar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti olan cənab İlham Əliyev idi. Həmin dövrdə Vaşinqton, Nyu-York, Hyuston, Dallas, İstanbul və digər şəhərlərdə iri neft şirkətlərinin rəhbərləri ilə səmərəli görüşlər keçirən və danışıqlar aparan cənab İlham Əliyev xalqımızın milli maraqlarını tam təmin edən müqavilə şərtlərinin əldə edilməsinin razılaşdırılması üçün gərgin əmək sərf etmişdir.

Seçilən düzgün yol, aparılan gərgin iş öz bəhrəsini verdi. 1994-cü ilin 20 sentyabrında Bakı şəhərinin “Gülüstan” sarayında XX əsrin ən böyük iqtisadi layihələrindən olan, tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adı ilə bütün dünyada məşhurlaşan saziş imzalandı. Bakıda dünyanın 8 ölkəsini təmsil edən yüksək nüfuza malik, neft hasilatı üzrə ixtisaslaşmış 13 iri neft şirkəti arasında “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənilməsini nəzərdə tutan bu irimiqyaslı beynəlxalq müqavilə müasir Azərbaycanın tarixində və taleyində mühüm rol oynayıb. “Əsrin müqaviləsi” ilə Azərbaycan özünün təbii sərvətlərinə sahib çıxmaq haqqını bütün dünyaya bəyan etdi, milli mənafelərimizi, iqtisadi və strateji maraqlarımızı qorumaq əzmini göstərdi.

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov çıxışında “Əsrin müqaviləsi”nin təkcə iqtisadi sahədə deyil, siyasi-diplomatik sahədə də ölkəmizə çox böyük səmərə verdiyini qeyd etdi. "Azərbaycan BMT Təhlükəsizlik Şurasına, Avropa Şurasının Nazirlər Komitəsinə və bir sıra mötəbər beynəlxalq təşkilatlara sədrlik edib. Bu gün Azərbaycan “Böyük iyirmilər”in sammitinə dəvət edilir. Azərbaycan kosmik ölkələr ailəsinin üzvüdür. Bakı və Naxçıvan dünyanın mütərəqqi təşkilatlarının tədbirlərinə ev sahibliyi edir. Ölkəmizin həm siyasi, həm də iqtisadi reytinqi gündən-günə artır. Bütün bunların hamısı ölkədə aparılan hərtərəfli islahatların, ən başlıcası isə ulu öndər Heydər Əliyevin neft strategiyasının bizə verdiyi bəhrələrdir" - deyə bildirildi.

Neft Daşları NQÇİ-nin rəisi, Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı sədrinin müavini Qoçalı Mahmudov tədbir iştirakçıları və qonaqları salamlayaraq bu il yaranmasının 70 illiyi qeyd olunacaq Neft Daşlarının Azərbaycanın neft sənayesinin inkişafına verdiyi töhfələrdən danışdı. Çıxışının sonunda Qoçalı Mahmudov bugünkü tədbirdə iştirak etdiklərinə görə qonaqlara dərin təşəkkürünü bildirdi.

"Yeni Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Hikmət Babaoğlu çıxışında uğurlu enerji strategiyasının həyata keçirilməsi nəticəsində bu gün ölkəmizin bütün şəhər, qəsəbə və kəndlərində inkişafın təmin edildiyini, yaşayış məntəqələrinin abadlaşmasını vurğuladı. "Ötən illər ərzində 3 mindən çox məktəb, 600-dən çox xəstəxana, 50-dən çox olimpiya mərkəzi tikilib istifadəyə verilib. 11 min kilometrdən çox yol çəkilib, enerji infrastrukturumuz möhkəmlənib, iqtisadiyyatımız şaxələnib. Bütün bunlara neftdən əldə edilən gəlirlərdən səmərəli istifadə olunması nəticəsində nail olunub. Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Azərbaycan bundan sonra ancaq uğurla inkişaf edəcək, ölkəmizin böyük potensialı var. Son illər ərzində biz bu potensialı gücləndirmişik və bu potensialın inkişafında “Əsrin kontraktı”nın xüsusi rolu vardır. İndi təsəvvür etmək çətindir ki, əgər 1994-cü ildə “Əsrin kontraktı” imzalanmasaydı, biz hansı vəziyyətlə üzləşə bilərdik. Biz bu gün müstəqil siyasət aparan ölkələrdənik. Bunun təməlində bizim güclü siyasi iradəmiz və iqtisadi müstəqilliyimiz dayanır. Biz heç kimdən asılı deyilik, öz taleyimiz öz əlimizdədir və müstəqil siyasət aparmaq imkanlarımız, ilk növbədə, iqtisadi imkanlarımızdan qaynaqlanır. Bu imkanları da bizə “Əsrin kontraktı” yaratdı” - deyə bildirildi.

Azərbaycanlı jurnalist, alim, fəlsəfə üzrə fəlsəfə doktoru, siyasi ekspert, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev çıxış edərək "Əsrin müqaviləsi"nin əhəmiyyətindən və bu müqavilə vasitəsilə Azərbaycanın dünyadakı mövqeyinin güclənməsinə verdiyi töhfədən danışdı və neftçilərə öz fəaliyyətində müvəffəqiyyətlər arzuladı.

Millət vəkili, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev çıxışında "Əsrin müqaviləsi"nin yeni neft strategiyası və doktrinasının uğurla həyata keçirilməsinə start verdiyini vurğuladı. "Dərin bir inam və uzaqgörənliklə işlənib hazırlanan bu böyük layihə özünü tamamilə doğrultmuş, təkcə iqtisadi nəticələrinə görə deyil, həm siyasi, həm də sosial rifah mülahizələri baxımından əsl təməl rolunu oynamışdır. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi: “Əsrin müqaviləsi” məhz Azərbaycanın dövlət müstəqilliyinin əldə olunmasından irəli gəlmiş tarixi hadisədir. Biz sübut etdik ki, Azərbaycan etibarlı tərəfdaşdır. Biz sübut etdik ki, Azərbaycana xarici sərmayənin gəlməsi və istifadə olunması üçün burada bütün imkanlar yaradılıbdır. Biz sübut etdik ki, Azərbaycana gələn hər bir iş adamı, şirkət, vətəndaş burada azad, sərbəst, rahat işləyə və yaşaya bilər. Biz bu müqaviləni imzaladıq və sübut etdik ki, Azərbaycan xalqının milli mənafeləri üçün çalışırıq və ona görə də bu cür nailiyyətləri əldə etməyə qadirik” - deyə bildirdi.

Tədbirin rəsmi hissəsinin sonunda Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup partiya fəalı Fəxri Fərmanlarla təltif olundular. Tədbir respublikanın tanınmış incəsənət nümayəndələrinin iştirakı ilə bayram konserti ilə davam etdi.

Toğrul

Fact-info.az


Kateqoriya : SOSİAL Baxış sayı : 184

QHT və MEDİA

2019-11-21 06:50:06

QHT və MEDİA
“Jewish Journal” azərbaycanlı məcburi kö...
“Jewish Journal” azərbaycanlı məcburi kö...

Amerikanın “Jewish Journal” nəşri Xocalı qırğınının möcüzə nəticəsində sağ qa...

2019-11-20 19:55:53

QHT və MEDİA
YAP Pirallahı rayon təşkilatının təşkil...
YAP Pirallahı rayon təşkilatının təşkil...

Neft Daşları qəsəbəsində keçirilən tədbirdə Yeni Azərbaycan Partiyası Pirall...

CƏMİYYƏT

2019-11-19 09:25:12

CƏMİYYƏT
Sərt qayalar üzərində inşa edilmiş Diri ...
Sərt qayalar üzərində inşa edilmiş Diri ...

Qobustanda yerləşən Diri baba türbəsi Şirvan-Abşeron memarlıq üslubunda inşa ...

2019-11-14 10:20:06

CƏMİYYƏT
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) lay...

İQTİSADİ

2019-11-18 18:35:15

İQTİSADİ
2019-cu ilin 9 ayı ərzində avtomobil yo...
2019-cu ilin 9 ayı ərzində avtomobil yo...

-Agentlik yol infrastrukturunun inkişafı ilə bağlı işlərin kompleks şəkildə...

2019-11-18 08:35:03

İQTİSADİ
Vaşinqtonda “Əsrin müqaviləsi”nə dair fo...
Vaşinqtonda “Əsrin müqaviləsi”nə dair fo...

Noyabrın 21-də Vaşinqtonda Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı ilə “Əsrin...