CƏMİYYƏT
A- A A+

“Unudulmayan tarix”i dünyaya xatırladan film

2019-09-15 05:55:09

Xalqımızın tarixində baş verən faciələrin hər biri düşünülmüş məkrli siyasətin bariz nümunəsidir.Və bu siyasəti zaman-zaman həyata keçirən mənfur erməni millətçiləri öz maraqları naminə böyük dövlətlərə yalmanmış və eyni zamanda onların da maraqlarına xidmət etmişlər

Doğrudur,bir zamanlar bu faciələri xalqımızın qan yaddaşından silməyə çalışan sovet rejimi müəyyən qədər buna nail olsa da, lakin sona qədər bacarmamışdır. Məsəl var ki,”sən saydığını say, gör fələk nə sayır”. Ulu Tanrının hokmü ilə tarixi həqiqətlər üzə çıxdıqca, düşmənlərimizi daha aydın şəkildə tanımağa başladıq… Bu həqiqətlərdən ən mühümü, sel suları nəticəsində aşkarlanan kütləvi məzarlığın üzə çıxmasıdır.

Həmin məzarlıq 1918-ci ildə Quba qırğınları zamanı həmvətənlərimizin vəhşicəsinə soyqırım edilməsinin əyani danılmaz sübutudur. Digər mühüm olan həqiqət isə həmin faciələri ömürlərinin sonuna qədər unuda bilməyən, qan yaddaşlarında yaşadan şahidlərdir. O şahidlər ki,yaşı yüzə çatmış və yüzdən yuxarı olan soydaşlarımız sağlıqlarında həmin faktları istedadlı tədqiqatçı-jurnalist Əkrəm Bəydəmirliyə danışa bilmişlər. Artıq həmin şahidlər dünyadan köçüblər.

Onların səsini və video-görüntüsünü vaxtında lentə alan, 4 illik zəhməti bahasına kifayət qədər sənədlər və faktlar toplayan vətənpərvər həmkarımız Əkrəm müəllim “1918-ci il: ”Unudulmayan tarix” adlı əsəri ilə əvvəl oxucularının, sonra isə tamaşaçılarının görüşünə gəldi. Bu əsəri təkcə tədqiqat işi kimi deyil, həm də hüquqi baxımdan təhqiqat işi də adlandırmaq olar. Çünki bu mövzuda çox ağır kütləvi cinayətlər var. Xatırlatmaq istərdim ki, yazar Əkrəm Bəydəmirli müəllifi olduğu “1918-ci il: ”Unudulmayan tarix” əsərini əvvəlcə Azərbaycan dilində,sonra ingiliscə kitab halında nəşr etdirdi.

Və ondan sonra bu əsərin ssenarisi üzərində mükəmməl işləyərək ötən ilin iyul ayında tamaşaçılara təqdim etdi. Bu yaxınlarda isə eyniadlı filmin ingilis dillində (titrlə) təqdimatını keçirtdi. Sual oluna bilər ki, bu tədqiqat bir daha lazımdırmı?

Təbii ki, müstəqilliyimizə qovuşandan bu yana tariximizin gözəl bilicisi Ulu Öndər Heydər Əliyev prioritet işlərindən biri kimi tarixi faciələrimizi araşdırıb ona hüquqi -siyasi qiymət verilməsi ilə bağlı xeyli işlər görmüşdür. Məhz onun 26 mart 1998-ci il tarixdə imzaladığı Sərəncamla 31 mart Azərbaycanlıların soyqırımı günü rəsmən elan edilmişdir. Ulu Öndərin bu misilsiz xidmətlərini layiqincə davam etdirən Prezident İlham Əliyev də 30 dekabr 2009-cu ildə erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddialarını və təcavüz siyasətini, qanlı cinayətlərini dünya ictimaiyyətinə çatdırmaq, gələcək nəsillərin milli yaddaşını qorumaq və soyqırım qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədi ilə Quba şəhərində “Soyqırım Memorial Kompleksi”nin yaradılması haqqında Sərəncam imzaladı.

Həmçinin bu Soyqırımı Memorial Kompleksi – 1918-ci ildə bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə ucaldıldı. 2013-cü il sentyabrın 18-də isə prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Quba Soyqırımı Memorial Kompleksinin açılışında etdilər. Bəli,”1918-ci il : “Unudulmayan tarix”əsərinin müəllifi Əkrəm Bəydəmirli əsl vicdanlı Azərbaycan vətəndaşı, qələm sahibi olaraq digər tədqiqatçılarımız kimi Ulu Öndərin və cənab Prezidentimizin bu istiqamətdə gördüyü işlərə öz bacarığı və istedadı ilə dəstək verib.

Eyni zamanda öz faciələrimizi təkcə özümüzün deyil, dünya ictimaiyyətinin də məlumatlı olmasına növbəti dəfə imkan yaradıb. Qeyd etdiyimiz kimi, ingilis dilində titrlərlə təqdim olunan “Unudulmayan tarix” i dünyaya xatırladan sənədli film xarici tamaşaçılar üçün mən deyərdim ki, faciələrimizin bir növ pasportudur. Çünki cəmi 32 dəqiqə ərzində xarici tamaşaçılar 1918-ci ildə Bakını alova bürümüş bolşevik-daşnak faşizminin qəddarlığının pik nöqtəsini filmdəki xronikadan, foto-şəkillərdən görür və ən əsası isə ahıl yaşda olan şahidlərin dilindən deyilənləri eşidirlər.

Bir məqamı da demək lazımdır ki, hər il 15 sentyabrda Bakının işğaldan azad etmək üçün Türkiyədən qardaş köməyinə gəlmiş general Nuru Paşanın başçılığı ilə Qafqaz İslam Ordusunu və Hərbi naziri Ənvər Paşanı rəhmətlə, sevgilə anır. ”Unudulmayan tarix”sənədli filmində Şamaxı yolu üstündəki tənha Türk məzarının nümayişi də bu xilaskar Türk Ordusunun qəhrəmanlığına bir ehtiramdır. Etiraf edək ki, ”Unudulmayan tarix”layihəsini həm doğma dilimizdə, həm də xarici dildə ekranlaşdırmaq, qlobal faciəli hadisələrin əsas hədəflərini yığcam şəkildə ortaya qoymaq heç də asan deyil. Ancaq əsərin müəllifi olan Əkrəm Bəydəmirli öz peşəkar komandası ilə bu ağır və məsuliyyətli işin öhdəsindən gələ bilmişdir.

Sonda bir də onu diqqətə çatdırmaq istərdim ki,”1918-ci il hadisələri Unudulmayan tarix” sənədli filmi hər dəfə nümayiş olunduqca maskalanmış erməni faşistlərinin, daşnak terrorçularının yırtıcı simaları görünəcəkdir. Bununla da artıq dünyalarını dəyişmiş filmdəki şahidlərin, soyqırımı qurbanlarının və Vətən uğrunda canlarından keçən şəhidlərimizin ruhları da qismən rahatlıq tapacaqdır...

Şahnaz Ağamir Azərtürk

  • @continue

Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 497

QHT və MEDİA

2019-10-22 09:45:08

QHT və MEDİA
Oleq Kuznetsov: Qaregin Njdenin nasist i...
Oleq Kuznetsov: Qaregin Njdenin nasist i...

Oktyabrın 21-də Bakı Dövlət Universiteti (BDU) və Beynəlxalq Münasibətlərin T...

2019-10-20 14:50:47

QHT və MEDİA
"Türk Şurasının Bakı sammiti türk birliy...
"Türk Şurasının Bakı sammiti türk birliy...

Bakıda keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yeddinci sammiti...

CƏMİYYƏT

2019-10-22 08:40:42

CƏMİYYƏT
21 oktyabr 1987-ci il: Heydər Əliyevin S...
21 oktyabr 1987-ci il: Heydər Əliyevin S...

1987–ci ilin 21 oktyabr günü SSRİ-də yaşayan ermənilər və digər anti-Azərbayc...

2019-10-18 10:25:33

CƏMİYYƏT
Dünyəvi ədalətin türk modeli: bu günü və...
Dünyəvi ədalətin türk modeli: bu günü və...

Azərbaycanın Dağlıq Qarabağ faciəsini böyük dövlətlərin liderləri görmək istə...

İQTİSADİ

2019-10-22 08:10:28

İQTİSADİ
"İnvestisiya təşviqi sənədi sərmayələrin...
"İnvestisiya təşviqi sənədi sərmayələrin...

İndiyədək Azərbaycanda 346 sahibkara investisiya dəyəri 3,9 mlrd. manata yaxı...

2019-10-18 11:30:48

İQTİSADİ
“Davos Ümumdünya İqtisadi Forumunun hesa...
“Davos Ümumdünya İqtisadi Forumunun hesa...

“Bizim sosial siyasətimiz birmənalıdır. Dəfələrlə demişəm ki, siyasətimizin m...