QHT və MEDİA
A- A A+

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin nümayəndələri Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlandırılıb

2019-09-11 08:40:31

.

Sentyabrın 10-da Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov ölkəmizdə səfərdə olan İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Qərarlarının İcrası Departamentinin rəhbəri Veronika Kotek və onun müavini Klare Oveylə görüşüb.

Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri və mövcud vəziyyəti, Ermənistanın işğalçılıq siyasəti nəticəsində ölkəmizdə yaranan qaçqın və məcburi köçkün problemi, bu problemin idarə edilməsi sahəsində əldə olunmuş təcrübə barədə qonağa ətraflı məlumat verilib. Diqqətə çatdırılıb ki, BMT Təhlükəsizlik Şurasının, ATƏT-in, AŞPA-nın, İƏT-in, Avropa Parlamentinin və digər qurumların Ermənistanın işğalçılıq siyasətini pisləyən, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qərar və qətnamələri hələ də kağız üzərində qalır. Təcavüzkar Ermənistanın bir milyondan çox azərbaycanlının beynəlxalq sənədlərdə təsbit edilmiş əsas hüquqlarını pozması faktına dünya ictimaiyyətinin laqeyd münasibəti təəccüb və təəssüf hissi doğurur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi azərbaycanlı qaçqınlara və məcburi köçkünlərə qarşı törədilən cinayətlərə və hüquqpozmalara görə Ermənistana qarşı təsirli tədbirlər görməlidir. Görüşdə bu məhkəmənin Ermənistanın silahlı təcavüzü nəticəsində zərər çəkmiş Azərbaycan vətəndaşlarının hüquqlarının bərpasına çağıran “Çıraqov və digərləri Ermənistana qarşı” işi ilə bağlı 2015-ci il 16 iyun tarixli qərar qəbul etdiyi xatırladılıb.

Qeyd olunub ki, Azərbaycan dövləti qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həllini prioritet məsələ elan edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahədə genişmiqyaslı tədbirlər həyata keçirilir. Qaçqınların və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsi istiqamətində dövlət proqramı icra olunur. Bildirilib ki, Birinci vitse-prezident xanım Mehriban Əliyeva tərəfindən məcburi köçkünlərin mənzil, təhsil, sağlamlıq problemlərinin həllinə xüsusi diqqət və qayğı göstərilir. Hələ də ən ağır şəraitdə yaşayan məcburi köçkünlər Mehriban Əliyevanın tapşırığına uyğun olaraq, yeni mənzillərlə birinci növbədə təmin olunurlar. İndiyədək 300 minə yaxın qaçqın və məcburi köçkün üçün müasir tipli və bütün zəruri infrastrukturla təchiz olunmuş 105 qəsəbə salınıb, bu məqsədlə yeni yaşayış komplekslərinin inşası davam etdirilir.

Səmimi görüşə görə öz təşəkkürlərini bildirən qonaqlar münaqişənin tezliklə həllini tapmasının vacibliyini vurğulayaraq Azərbaycanın qaçqın və məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı gördüyü işləri yüksək qiymətləndiriblər.

Görüşdə, eyni zamanda, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 475

QHT və MEDİA

2020-04-09 09:40:48

QHT və MEDİA
Şura QHT-ləri Sorğuda fəal iştirak etməy...
Şura QHT-ləri Sorğuda fəal iştirak etməy...

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası koronavi...

2020-04-07 08:30:37

QHT və MEDİA
İctimai Qərargah ictimai sektorun poten...
İctimai Qərargah ictimai sektorun poten...

"Ümid edirəm ki, Şuranın təşkil etdiyi İctimai Qərargah #koronavirusla effekt...

CƏMİYYƏT

2020-04-01 15:10:10

CƏMİYYƏT
31 mart 1918-ci il Bakı hadisələri bir i...
31 mart 1918-ci il Bakı hadisələri bir i...

XX əsr tariximizin ən ağrılı, ən qanlı, ən faciəli məqamı - xalqımızın və əra...

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

İQTİSADİ

2020-04-07 18:15:52

İQTİSADİ
Sahil Babayev: Fərdi sahibkarlar üçün DS...
Sahil Babayev: Fərdi sahibkarlar üçün DS...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi İqtisadiyyat Nazirliyi ilə birlik...

2020-04-05 17:25:14

İQTİSADİ
Sahibkarlıqla bağlı Koordinasiya Şurası ...
Sahibkarlıqla bağlı Koordinasiya Şurası ...

Ölkədə sahibkarlıq fəaliyyətini (o cümlədən kiçik və orta sahibkarlığı) dəstə...